Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn şəhər ekosistemlərinin formalaşması, şəhərləşmənin ətraf mühitə təsiri və urbanizasiya ilə bağlı ekoloji problemləri öyrədir. Fənn çərçivəsində şəhər mühitinin ekoloji vəziyyəti, hava, su və torpaq çirklənməsi, tullantıların idarə olunması, yaşıl infrastruktur, ekoloji planlaşdırma və dayanıqlı şəhər inkişafı prinsipləri təhlil edilir.
Fənn təlim nəticələri
CLO 1: Şəhər ekologiyasının əsas anlayışlarını, prinsiplərini və şəhər ekosistemlərinin xüsusiyyətlərini izah edir.
CLO 2: Şəhərləşmənin ətraf mühitə və ekosistemlərə təsirlərini təhlil edir.
CLO 3: Şəhər mühitində hava, su, torpaq və səs-küy çirklənməsinin mənbələrini müəyyən edir.
CLO 4: Şəhər ekoloji problemlərinin qiymətləndirilməsi və monitorinqi üsullarını tətbiq edir.
CLO 5: Şəhər ekosistemlərinin qorunması və dayanıqlı şəhər inkişafı prinsiplərini əsaslandırır.
CLO 6: Şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirləri təklif edir.