Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn qlobal ekoloji problemlərin yaranma səbəblərini, onların təbii ekosistemlərə və cəmiyyətə təsirini, həmçinin qlobal ekoloji proseslərin qanunauyğunluqlarını öyrədir. Fənn çərçivəsində iqlim dəyişmələri, biomüxtəlifliyin azalması, təbii ehtiyatlardan səmərəli istifadə, qlobal ekoloji təhlükələr, dayanıqlı inkişaf prinsipləri və bu problemlərin həllinə yönəlmiş beynəlxalq yanaşmalar təhlil edilir.
Fənn təlim nəticələri
CLO 1: Qlobal ekologiyanın əsas anlayışlarını, prinsiplərini və qlobal ekoloji problemlərin yaranma səbəblərini izah edir.
CLO 2: Qlobal ekoloji problemlərin ekosistemlərə, biomüxtəlifliyə və cəmiyyətə təsirlərini təhlil edir.
CLO 3: İqlim dəyişmələri, biomüxtəlifliyin azalması və təbii ehtiyatların tükənməsi ilə bağlı ekoloji riskləri qiymətləndirir.
CLO 4: Qlobal ekoloji problemlərin həllinə yönəlmiş beynəlxalq konvensiya və sazişlərin rolunu şərh edir.
CLO 5: Dayanıqlı inkişaf prinsiplərinin qlobal ekoloji problemlərin həllində tətbiqini əsaslandırır.
CLO 6: Qlobal ekoloji problemlərin azaldılmasına yönəlmiş tədbirləri və idarəetmə yanaşmalarını təklif edir.