Fənn · Ekologiya mühəndisliyi
Ekoloji ekspertiza və layihələndirmənin əsaslarıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. 1. Dövlət Ekoloji Ekspertizası və onun həyata keçirilməsi
Mühazirə1. Ekoloji təhlükəli Dövlət əhəmiyyətli obyektlər. 2. Dövlət Ekoloji Ekspertiza qanununun əhəmiyyəti. 3. DEE komissiyasının tərkibi və onun funksiyaları 4. Ekoloji ekspertizanın obyektləri.
Mənbəyə keç: 1. Dövlət Ekoloji Ekspertizası və onun həyata keçirilməsi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Dövlət ekoloji ekspertizasının mahiyyətini, məqsədini və hüquqi əsaslarını izah edir. Dövlət ekoloji ekspertizasının əsas prinsiplərini, funksiyalarını və mərhələlərini müəyyən edir. Ekoloji ekspertizaya təqdim olunan layihə və sənədlərə qoyulan əsas tələbləri izah edir.
2. 3.Ekoloji layihələndirmə və ekspertizanın obyektləri
Mühazirə3.Təbiətdən istifadə növlərinin təsnifatı 2.Ekoloji ekspertizanın obyektləri və tipləri 3.Ekoloji ekspertizanın mexanizmləri və prinsipləri
Mənbəyə keç: 3.Ekoloji layihələndirmə və ekspertizanın obyektləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji layihələndirmənin və ekoloji ekspertizanın mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji ekspertizanın obyektlərini və onların təsnifatını müəyyən edir. Ekoloji layihələndirmə prosesinin əsas mərhələlərini və prinsiplərini izah edir.
3. Mövzu 4: Ekoloji ekspertizanın aparılması mərhələləri və subyektləri
MühazirəDövlət, idarə, müəssisə, ictimai, elmi ekoloji ekspertizası, Ekoloji ekspertizanın aparılması üsulları, Ekoloji ekspertizanın əsas mərhələləri
Mənbəyə keç: Mövzu 4: Ekoloji ekspertizanın aparılması mərhələləri və subyektləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertizanın aparılması mərhələlərini, məqsədini və hüquqi əsaslarını izah edir. Ekoloji ekspertiza prosesində iştirak edən subyektləri, onların hüquq, vəzifə və səlahiyyətlərini müəyyən edir. Ekoloji ekspertizanın təşkili və aparılması qaydasını təsvir edir.
4. Mövzu 5: Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri
MühazirəƏMTQ prosesinin araşdırılmasının planlaşdırılması, Ekoloji riskin qiymətləndirilməsi, Ekoloji şəraitin təhlili və proqnozu , Landşaf planlaşdırılması.
Mənbəyə keç: Mövzu 5: Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji əsaslandırmanın əsas prinsiplərini, istiqamətlərini və normativ-hüquqi tələblərini müəyyən edir. Planlaşdırılan fəaliyyətin ətraf mühitə mümkün təsirlərini müəyyənləşdirir və qiymətləndirir.
5. Mövzu: 6 Təbii komplekslərin qiymətləndirilməsi və ekoloji ekspertiza problemləri
MühazirəBu mövzuda təbii komplekslərin ekoloji xüsusiyyətləri, onların qiymətləndirilməsi meyarları və metodları, antropogen təsirlərin təbii ekosistemlərə təsiri, ekoloji risklərin müəyyən edilməsi, ekoloji ekspertiza prosesində rast gəlinən əsas problemlər və onların həlli yolları öyrənilir. Həmçinin təbii ehtiyatların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və davamlı inkişaf baxımından ekoloji ekspertizanın rolu, qiymətləndirmə nəticələrinin ekoloji qərar qəbuletmə prosesində tətbiqi araşdırılır.
Mənbəyə keç: Mövzu: 6 Təbii komplekslərin qiymətləndirilməsi və ekoloji ekspertiza problemləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Təbii komplekslərin qiymətləndirilməsinin mahiyyətini, məqsədini və ekoloji ekspertizadakı rolunu izah edir. Təbii komplekslərin ekoloji qiymətləndirilməsində istifadə olunan əsas meyarları və göstəriciləri müəyyən edir. Təbii komplekslərə antropogen təsirləri və onların ekoloji nəticələrini təhlil edir.
6. Mövzu 7: Ekoloji ekspertizanın qiymətləndirilməsi
MühazirəEkoloji ekspertiza Proqnozlaşdırma metodlarının qiymətləndirilməsi, Avtonəqliyyatın çirkləndirici maddələrinin tullantılarına nəzarət, Çirkab suların həll olunan qarışıqlardan təmizlənməsi, Havanın təhlili üsulları, Suların kimyəvi çirklənməsi
Mənbəyə keç: Mövzu 7: Ekoloji ekspertizanın qiymətləndirilməsi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertizanın qiymətləndirilməsinin mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji ekspertizanın qiymətləndirilməsi zamanı istifadə olunan əsas meyarları, göstəriciləri və metodları müəyyən edir. Ekoloji ekspertiza sənədlərinin və ekspert rəylərinin qiymətləndirilməsi prinsiplərini izah edir.
7. Mövzu 8: Atmosfer havası ekoloji faktor kimi
MühazirəHavanın təhlili üsulları, Atmosfer havasının qorunması Atmosferin tərkibi və onun həyatın mövcudluğunda rolu, Havanın təbii çirklənmə mənbələri, Atmosferi süni çirkləndirən sənaye sahələri, Atmosfer havasının radioaktiv maddələrlə çirklənməsi
Mənbəyə keç: Mövzu 8: Atmosfer havası ekoloji faktor kimi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Atmosfer havasının ekoloji faktor kimi mahiyyətini, tərkibini və canlı orqanizmlərə təsirini izah edir. Atmosfer havasının əsas ekoloji funksiyalarını və ekosistemlərdə rolunu müəyyən edir. Atmosfer havasının keyfiyyətinə təsir edən təbii və antropogen amilləri fərqləndirir və təhlil edir.
8. Mövzu 9: Layihələndirmənin əsasları və növləri
MühazirəLayihələndirmənin əsasları, Eskiz layihə, Texniki layihə, İşçi layihə
Mənbəyə keç: Mövzu 9: Layihələndirmənin əsasları və növləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Layihələndirmə anlayışını, mahiyyətini, məqsədini və əsas prinsiplərini izah edir. Layihələndirmə prosesinin əsas mərhələlərini və təşkilati xüsusiyyətlərini müəyyən edir. Layihələndirmənin əsas növlərini və təsnifatını (texniki, ekoloji, sənaye, tikinti, innovasiya və s.) fərqləndirir.
9. Mövzu 10: Ekoloji layihələndirmə
MühazirəSənaye müəssisələrinin və istehsalat sexlərinin layihələrinin ekoloji ekspertizası, Layihələrin ekoloji ekspertizasının məqsədi, Layihələndirmənin ekoloji ekspertizasının prinsipləri, Qiymətləndirmə meyarı
Mənbəyə keç: Mövzu 10: Ekoloji layihələndirmə (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji layihələndirmənin mahiyyətini, məqsədini, əsas prinsiplərini və əhəmiyyətini izah edir. Ekoloji layihələndirmənin əsas mərhələlərini və həyata keçirilməsi qaydalarını müəyyən edir. Ekoloji layihələrin hazırlanmasında istifadə olunan metodları, meyarları və normativ tələbləri izah edir.
10. Mövzu 11: Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələləri
MühazirəEkoloji ekspertizanın yerinə yetirilməsinin hazırlıq əsas və son mərhələləri,Ekspertiza aktının tərtib edilməsi, Ekspertiza materiallarının analitik işlənməsi
Mənbəyə keç: Mövzu 11: Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələlərinin mahiyyətini, məqsədini və ardıcıllığını izah edir. Ekoloji ekspertiza prosesinin əsas mərhələlərini (sənədlərin qəbulu, ilkin qiymətləndirmə, ekspert təhlili, rəyin hazırlanması və qərarın qəbul edilməsi) müəyyən edir. Ekoloji ekspertiza zamanı tələb olunan sənədləri və onların qiymətləndirilməsi prinsiplərini izah edir.
11. Mövzu 12: Ətraf mühitin mühafizəsi
MühazirəAzərbaycan Respublikasının torpaq məcəlləsində ətraf mühitin qorunması üzrə əsas tələblər, Azərbaycan Respublikasında su məcəlləsində təbii su hövzələrinin qorunması haqqında istifadə qaydalarına və normalarına dair əsas tələblər
Mənbəyə keç: Mövzu 12: Ətraf mühitin mühafizəsi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ətraf mühitin mühafizəsinin mahiyyətini, məqsədini və əsas prinsiplərini izah edir. Ətraf mühitə təsir edən əsas təbii və antropogen amilləri müəyyən edir və onların nəticələrini təhlil edir. Ətraf mühitin mühafizəsinin əsas istiqamətlərini (atmosfer havasının, su ehtiyatlarının, torpaq və biomüxtəlifliyin qorunması) fərqləndirir.
12. Mövzu 13: Layihə üzrə ekoloji təkliflər və ekspertiza qaydaları
MühazirəLayihədə ekoloji tələblər, Ekspertiza qaydası, Ekspert rəyinin strukturu, məzmunu və hüquqi əsasları, Ekspert rəyində tələb olunan normativ, statik məlumatlar.
Mənbəyə keç: Mövzu 13: Layihə üzrə ekoloji təkliflər və ekspertiza qaydaları (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Layihələr üzrə ekoloji təkliflərin mahiyyətini, məqsədini və hazırlanma prinsiplərini izah edir. Layihələrin ətraf mühitə mümkün təsirlərini müəyyən edir və ekoloji riskləri qiymətləndirir. Ekoloji təkliflərin hazırlanması zamanı istifadə olunan əsas meyarları və tələbləri müəyyən edir.
13. Mövzu 14: Yerin təki haqqında Azərbaycan respublikasının qanunu
MühazirəYerin təki haqqında Azərbaycan Respublikasının qanunu, Yerin təkindən istifadə prinsipləri
Mənbəyə keç: Mövzu 14: Yerin təki haqqında Azərbaycan respublikasının qanunu (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununun məqsədini və əsas prinsiplərini izah edir. Yerin təki anlayışını, onun hüquqi statusunu və dövlət mülkiyyətində olmasını şərh edir. Yerin təkindən istifadə və mühafizə qaydalarını izah edir.
14. Mövzu 15: Atmosfer havasının çirklənmədən qorunması üzrə ekspertiza
MühazirəAtmosfer havasının çirklənmədən qorunması üzrə ekspertiza edilməsi, Atmosfer havasının çirklənmədən qorunması üzrə layihə həllərini ekspertiza edilməsi
Mənbəyə keç: Mövzu 15: Atmosfer havasının çirklənmədən qorunması üzrə ekspertiza (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Atmosfer havasının çirklənməsinin əsas mənbələrini, səbəblərini və ətraf mühitə təsirlərini izah edir. Atmosfer havasının mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin əsas müddəalarını şərh edir. Atmosfer havasının çirklənmədən qorunması üzrə ekoloji ekspertizanın məqsədini, vəzifələrini və əhəmiyyətini izah edir.
15. Mövzu 16: Müəssisələrin texniki(texnoloji) tələbləri
MühazirəMüəssisələrin texniki (texnoloji) həllərindən irəli sürülən tələblər, Layihələrindəki-natamamlıqlar və səhvlərə dair xarakterik misallar
Mənbəyə keç: Mövzu 16: Müəssisələrin texniki(texnoloji) tələbləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Müəssisələrdə texniki (texnoloji) tələblərin mahiyyətini və məqsədini izah edir. İstehsal proseslərində tətbiq olunan texnoloji tələbləri və onların ekoloji təhlükəsizliyə təsirini şərh edir. Müəssisələrdə istifadə olunan avadanlıq və texnoloji proseslərin ekoloji normalara uyğunluğunu qiymətləndirir.
16. Mövzu 17: Sənaye müəssisələrində istifadə edilən təmizləyici qurğuların ekoloji ekspertizası
MühazirəEkoloji ekspertiza baxımından təmizləyici qurğuların qrupları, Tullantıların tərkibinə və zərərliyinə görə qrupları, Qaztəmizləyici və toztutucu qurğuların qəza rejimində işləyib-işləmə¬diyinin aşkar edilməsi
Mənbəyə keç: Mövzu 17: Sənaye müəssisələrində istifadə edilən təmizləyici qurğuların ekoloji ekspertizası (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Sənaye müəssisələrində istifadə olunan təmizləyici qurğuların növlərini və təyinatını izah edir. Atmosfer emissiyalarının, çirkab suların və istehsalat tullantılarının təmizlənməsi üçün tətbiq olunan texnologiyaları fərqləndirir. Təmizləyici qurğuların iş prinsiplərini və ekoloji səmərəliliyini izah edir.
17. Mövzu 18: Qaztəmizləyici və toztutucu qurğuların texniki parametrləri
MühazirəBu mövzuda sənaye müəssisələrində atmosfer havasının çirklənməsinin qarşısının alınması məqsədilə istifadə olunan qaztəmizləyici və toztutucu qurğuların növləri, iş prinsipləri və əsas texniki parametrləri öyrənilir. Qaz və toz emissiyalarının əmələgəlmə mənbələri, onların ətraf mühitə və insan sağlamlığına təsiri, çirkləndiricilərin təmizlənməsində tətbiq olunan müasir texnologiyalar, həmçinin qurğuların məhsuldarlığı, təmizləmə səmərəliliyi, hidravlik müqaviməti, qaz sərfi, təzyiq itkisi və enerji sərfi kimi texniki göstəriciləri təhlil edilir. Mövzuda müxtəlif tip qaztəmizləyici və toztutucu qurğuların seçilməsi, istismarı, monitorinqi və ekoloji ekspertiza zamanı qiymətləndirilməsi prinsipləri də izah olunur. Eyni zamanda, bu qurğuların ekoloji qanunvericiliyin və normativ sənədlərin tələblərinə uyğun tətbiqi, sənaye müəssisələrində ekoloji təhlükəsizliyin təmin edilməsində və atmosfer havasının mühafizəsində rolu araşdırılır.
Mənbəyə keç: Mövzu 18: Qaztəmizləyici və toztutucu qurğuların texniki parametrləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Qaztəmizləyici və toztutucu qurğuların təyinatını, növlərini və tətbiq sahələrini izah edir. Qaztəmizləyici və toztutucu qurğuların iş prinsiplərini şərh edir. Qurğuların əsas texniki parametrlərini (məhsuldarlıq, təmizləmə səmərəliliyi, hidravlik müqavimət, hava/qaz sərfi, təzyiq itkisi və s.) izah edir.
18. Mövzu 19: Tullantılar
MühazirəBuxar –qaz şəkilli (birfazalı) tullantılar, Qaz təmizləyici qurğuların praktiki layihələndirilməsində daha çox rast gəlinən komponentlər
Mənbəyə keç: Mövzu 19: Tullantılar (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Tullantı anlayışını izah edir və tullantıların növlərini (məişət, sənaye, tibbi, təhlükəli və s.) fərqləndirir. Tullantıların ətraf mühitə və insan sağlamlığına təsirini izah edir. Tullantıların çeşidlənməsi və təkrar emalının əhəmiyyətini dərk edir və izah edir.
19. Mövzu 20: Tullantıların təsnifatı
MühazirəAqreqat halına və hissəciklərin ölçülərinə görə qruplaşdırılan tullantılar, Tənzimlənməyə məruz edilməyən tullantılar, Aerozol
Mənbəyə keç: Mövzu 20: Tullantıların təsnifatı (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Tullantıları mənşəyinə görə (məişət, sənaye, kənd təsərrüfatı, tibbi, tikinti və s.) təsnif edir. Tullantıları fiziki vəziyyətinə görə (bərk, maye və qaz halında) fərqləndirir. Tullantıları təhlükəlilik dərəcəsinə görə (təhlükəli və təhlükəsiz) qruplaşdırır.
20. Mövzu 21: Aerozol (iki fazalı) tullantılar
MühazirəAerozolun xarakteristikası, Qaz təmizləmədə «hissəciklərin diametri» anlayışı, Aerozollarda hissəciklərin forması
Mənbəyə keç: Mövzu 21: Aerozol (iki fazalı) tullantılar (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Aerozol (iki fazalı) tullantıların anlayışını izah edir və onların əsas xüsusiyyətlərini sadalayır. Aerozol tullantılarının yaranma mənbələrini (məişət, tibb, sənaye, kosmetika və s.) müəyyən edir. Aerozol tullantılarının tərkibini və təhlükə xüsusiyyətlərini izah edir.
21. Mövzu 22: Aerozol hissəcikləri
MühazirəHissəciklərin xüsusi səthi, Hissəciklərin sıxlığı, Aerozolların elektrikləşməsi
Mənbəyə keç: Mövzu 22: Aerozol hissəcikləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Aerozol hissəciklərinin anlayışını izah edir və onların yaranma mexanizmini təsvir edir. Aerozol hissəciklərini mənşəyinə görə (təbii və antropogen) fərqləndirir. Aerozol hissəciklərinin ölçülərinə görə təsnifatını (iri, incə və ultraincə hissəciklər) izah edir.
22. Mövzu 23: Ekoloji norma və normalaşdırma
MühazirəSağlam mühit şəraitinin bərpası, Dünyanın dayanıqlı inkişafının ekoloji əsasları, Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılması
Mənbəyə keç: Mövzu 23: Ekoloji norma və normalaşdırma (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji norma və normalaşdırma anlayışlarını izah edir və onların məqsədini müəyyənləşdirir. Ekoloji normalaşdırmanın əsas prinsiplərini və növlərini (hava, su, torpaq, səs-küy, radiasiya və s.) fərqləndirir. Ətraf mühitin keyfiyyət göstəricilərinin normativlərini və onların tətbiq sahələrini izah edir.
23. Mövzu: 1 Ekoloji ekspertizanın təşkili və əsasları
MəşğələBu mövzu, təsərrüfat və digər fəaliyyətlərin ətraf mühitə potensial mənfi təsirlərinin öncədən müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması mexanizmlərini əhatə edir. Kurs çərçivəsində ekoloji ekspertizanın hüquqi-normativ əsasları, təşkili prinsipləri, dövlət və ictimai ekoloji ekspertizanın aparılma mərhələləri, eləcə də layihələrin ekoloji standartlara uyğunluğunun yoxlanılması üsulları öyrənilir.
Mənbəyə keç: Mövzu: 1 Ekoloji ekspertizanın təşkili və əsasları (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertiza anlayışını, məqsədini və vəzifələrini izah edir. Ekoloji ekspertizanın hüquqi əsaslarını və təşkili prinsiplərini xarakterizə edir. Ekoloji ekspertizanın növlərini və mərhələlərini fərqləndirir.
24. Mövzu: 3 Ekoloji layihələndirmə və ekspertizanın obyektləri və subyektləri
MəşğələBu mövzu ekoloji ekspertiza və layihələndirmə prosesinin kimlər tərəfindən həyata keçirildiyini (subyektlər) və bu prosesin hansı fəaliyyət növlərinə, sənədlərə və ərazilərə şamil edildiyini (obyektlər) müəyyən edir. Mövzu çərçivəsində dövlət orqanlarının, müstəqil ekspertlərin və ictimaiyyətin hüquq və vəzifələri, habelə ekoloji təsir potensialı olan sənəd və layihələrin (texniki-iqtisadi əsaslandırmalar, tikinti layihələri, normativ-texniki sənədlər) təsnifatı nəzərdən keçirilir.
Mənbəyə keç: Mövzu: 3 Ekoloji layihələndirmə və ekspertizanın obyektləri və subyektləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji layihələndirmə və ekoloji ekspertiza anlayışlarını, məqsəd və vəzifələrini izah edir. Ekoloji ekspertizanın obyektlərini (layihələr, proqramlar, tikinti və istehsal obyektləri, təbii ehtiyatlardan istifadə fəaliyyəti və s.) müəyyən edir və xarakterizə edir. Ekoloji ekspertizanın subyektlərini (dövlət orqanları, sifarişçilər, layihə təşkilatları, ekspertlər, hüquqi və fiziki şəxslər, ictimaiyyət) fərqləndirir və onların səlahiyyətlərini izah edir.
25. Mövzu: 4 Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri
MəşğələBu mövzu, yeni investisiya layihələrinin və ya təsərrüfat fəaliyyətlərinin təbiətə vura biləcəyi zərərin minimallaşdırılması üçün həyata keçirilən elmi-texniki və hüquqi əsaslandırma prosesini təsvir edir. Burada əsas diqqət layihənin yerləşdiyi ərazinin ekoloji potensialının qiymətləndirilməsinə, resurslardan səmərəli istifadəyə, tullantıların idarə olunmasına və layihənin fəaliyyəti zamanı ətraf mühitin dayanıqlığının qorunub saxlanılması üçün tədbirlər kompleksinin işlənməsinə yönəldilir.
Mənbəyə keç: Mövzu: 4 Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılması anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Planlaşdırılan fəaliyyətin ətraf mühitə mümkün təsirlərini müəyyən edir və qiymətləndirir. Ekoloji əsaslandırmanın əsas istiqamətlərini (təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, ekoloji risklərin azaldılması və dayanıqlı inkişaf prinsipləri) xarakterizə edir.
26. Mövu: 5 Təbii komplekslərin qiymətləndirilməsi və ekoloji ekspertiza problemləri
MəşğələBu mövzu landşaftların, ekosistemlərin və xüsusi mühafizə olunan təbiət ərazilərinin dayanıqlığının qiymətləndirilməsi metodologiyasını və ekoloji ekspertiza prosesində qarşıya çıxan çətinlikləri əhatə edir. Burada təbii komplekslərin "reaksiyası" (antropogen təzyiqlərə qarşı), onların özünütəmizləmə potensialı və ekoloji ekspertizanın keyfiyyətinə, obyektivliyinə və icrasına mane olan bürokratik, metodoloji və kadr potensialı ilə bağlı problemlər kompleks şəkildə təhlil edilir.
Mənbəyə keç: Mövu: 5 Təbii komplekslərin qiymətləndirilməsi və ekoloji ekspertiza problemləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Təbii komplekslər anlayışını, onların tərkibini və ekoloji əhəmiyyətini izah edir. Təbii komplekslərin ekoloji qiymətləndirilməsi meyarlarını və metodlarını xarakterizə edir. Təbii komplekslərə təsir göstərən antropogen və təbii amilləri müəyyən edir və onların nəticələrini təhlil edir.
27. Mövzu: 6 Ekoloji ekspertizanın qiymətləndirilməsi və atmosfer havası ekoloji faktor kimi
MəşğələBu mövzu ekoloji ekspertiza rəylərinin keyfiyyətinin yoxlanılması, monitorinqi və ekspertizanın səmərəliliyinin qiymətləndirilməsi meyarlarını əhatə edir. Eyni zamanda, atmosfer havası kritik ekoloji faktor kimi təhlil olunur: havanın çirklənməsinin proqnozlaşdırılması, yayılma modelləri, transsərhəd çirklənmənin qarşısının alınması və atmosferin keyfiyyəti standartlarının (limitlər, normativlər) ekspertiza prosesindəki həlledici rolu araşdırılır.
Mənbəyə keç: Mövzu: 6 Ekoloji ekspertizanın qiymətləndirilməsi və atmosfer havası ekoloji faktor kimi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertizanın qiymətləndirilməsi anlayışını, məqsədini və əsas meyarlarını izah edir. Atmosfer havasının ekoloji faktor kimi rolunu və əhəmiyyətini xarakterizə edir. Atmosfer havasının keyfiyyət göstəricilərini və çirklənmə mənbələrini müəyyən edir.
28. Mövzu: 7 Ekoloji layihələndirmənin əsasları və növləri
MəşğələBu mövzu, təsərrüfat fəaliyyətinin layihələndirilməsi mərhələsində ekoloji tələblərin nəzərə alınması metodologiyasını əhatə edir. Mövzu çərçivəsində layihələndirmənin əsas prinsipləri (təbiətə minimal təsir, resurslara qənaət, tullantısız texnologiyaların tətbiqi) və onun əsas növləri (tikinti layihələrinin ekoloji əsaslandırılması, şəhərsalma layihələndirilməsi, sənaye obyektlərinin texnoloji layihələndirilməsi) təhlil edilir.
Mənbəyə keç: Mövzu: 7 Ekoloji layihələndirmənin əsasları və növləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji layihələndirmə anlayışını, məqsədini və əsas vəzifələrini izah edir. Ekoloji layihələndirmənin əsas prinsiplərini (təbiətdən səmərəli istifadə, ekoloji təhlükəsizliyin təmin edilməsi, mənfi təsirlərin azaldılması və dayanıqlı inkişaf) xarakterizə edir. Ekoloji layihələndirmənin əsas mərhələlərini və hazırlanma qaydalarını izah edir.
29. Mövzu: 8 Ekoloji ekspertizanın icra mərhələləri
MəşğələBu mövzu dövlət və ya ictimai ekoloji ekspertizanın başlanğıcından yekun rəyin verilməsinə qədər keçdiyi ardıcıl prosedurları əhatə edir. Burada ekspertizaya sənədlərin təqdim edilməsi, onların ilkin yoxlanılması (skrininq), ekspert qrupunun formalaşdırılması, obyektin yerində tədqiqi, analitik hesablamalar, ictimai dinləmələrin keçirilməsi və nəhayət, müsbət və ya mənfi rəyin formalaşdırılması kimi mərhələlər ardıcıl şəkildə izah olunur.
Mənbəyə keç: Mövzu: 8 Ekoloji ekspertizanın icra mərhələləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertizanın icra mərhələlərini, məqsədini və ardıcıllığını izah edir. Ekoloji ekspertizanın hazırlanması mərhələsində tələb olunan sənədləri və məlumatları müəyyən edir. Ekspertiza materiallarının təhlili və qiymətləndirilməsi mərhələlərini xarakterizə edir.
30. Mövzu: 9 Ətraf mühitin mühafizəsində qanunvericilik bazasının rolu və əhəmiyyəti
MəşğələBu mövzu ətraf mühitin idarə olunmasında hüququn tənzimləyici funksiyasını və qanunvericilik sisteminin (konstitusiya normaları, beynəlxalq konvensiyalar, milli qanunlar, standartlar) ekoloji təhlükəsizliyin təmin edilməsindəki yerini əhatə edir. Burada təbiətdən istifadə qaydalarının hüquqi formalaşdırılması, ekoloji pozuntulara görə məsuliyyət növləri və dövlətin ekoloji siyasətinin icrasında qanunvericiliyin yaratdığı məcburi çərçivə və stimul mexanizmləri təhlil olunur.
Mənbəyə keç: Mövzu: 9 Ətraf mühitin mühafizəsində qanunvericilik bazasının rolu və əhəmiyyəti (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik bazasının anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji qanunvericiliyin əsas prinsiplərini və istiqamətlərini (təbiətdən səmərəli istifadə, ekoloji təhlükəsizlik, çirklənmənin qarşısının alınması və məsuliyyət prinsipləri) xarakterizə edir. Ətraf mühitin mühafizəsi ilə bağlı normativ-hüquqi sənədlərin rolunu izah edir.
31. Mövzu: 10 Ekoloji təkliflər və ekspertiza qaydaları
MəşğələBu mövzu, layihələrin ekoloji səmərəliliyini artırmaq üçün irəli sürülən təşəbbüslərin (təkliflərin) mahiyyətini və bu təkliflərin rəsmi ekspertiza prosesində hüquqi qiymətləndirilməsi qaydalarını əhatə edir. Mövzu çərçivəsində təkliflərin texniki-iqtisadi əsaslandırılması, təsirin azaldılması üzrə innovativ yanaşmaların seçilməsi və bu təkliflərin dövlət ekoloji ekspertizasının prosedurlarına, standartlarına və təsnifat tələblərinə uyğunlaşdırılması qaydaları təhlil edilir.
Mənbəyə keç: Mövzu: 10 Ekoloji təkliflər və ekspertiza qaydaları (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji təklif anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji təkliflərin hazırlanması prinsiplərini və əsas istiqamətlərini müəyyən edir. Ekoloji ekspertiza qaydalarını, mərhələlərini və həyata keçirilmə prosedurlarını izah edir.
32. Mövzu: 11 Atmosfer havasının ekspertizası və müəssisələrin texniki tələbləri
MəşğələBu mövzu, stasionar və hərəkətli mənbələrdən atmosferə atılan tullantıların proqnozlaşdırılması və onların ekoloji normalara uyğunluğunun qiymətləndirilməsini əhatə edir. Mövzuda müəssisələrin layihələndirilməsi və istismarı zamanı riayət etməli olduqları texniki tələblər (təmizləyici qurğuların quraşdırılması, tullantıların limitləşdirilməsi, emissiyaların monitorinqi sistemləri) və bu tələblərin dövlət ekoloji ekspertizasında necə audit olunduğu araşdırılır.
Mənbəyə keç: Mövzu: 11 Atmosfer havasının ekspertizası və müəssisələrin texniki tələbləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Atmosfer havasının ekoloji ekspertizası anlayışını, məqsədini və vəzifələrini izah edir. Atmosfer havasının keyfiyyət göstəricilərinin və çirklənmə mənbələrinin qiymətləndirilməsi üsullarını xarakterizə edir. Müəssisələrin atmosfer havasına təsir edən fəaliyyət istiqamətlərini və texniki tələblərini müəyyən edir.
33. Mövzu:12 Sənaye müəssisələrində qurğuların ekoloji ekspertizası və texniki parametrləri
MəşğələBu mövzu sənaye obyektlərindəki istehsalat proseslərinin, texnoloji xətlərin və təmizləyici qurğuların ətraf mühitə təsir potensialının qiymətləndirilməsi mexanizmlərini əhatə edir. Burada sənaye qurğularının texniki parametrləri (performans göstəriciləri, tullantıların həcmi, enerji səmərəliliyi) ilə ekoloji tələblərin vəhdəti araşdırılır. Ekspertiza prosesində bu parametrlərin mövcud ekoloji standartlara və texniki reqlamentlərə uyğunluğu yoxlanılır.
Mənbəyə keç: Mövzu:12 Sənaye müəssisələrində qurğuların ekoloji ekspertizası və texniki parametrləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Sənaye müəssisələrində qurğuların ekoloji ekspertizası anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Sənaye qurğularının ətraf mühitə təsir mənbələrini və əsas ekoloji risklərini müəyyən edir. Qurğuların texniki parametrlərinin (məhsuldarlıq, enerji sərfi, emissiya göstəriciləri, tullantı həcmi və s.) ekoloji qiymətləndirilməsini həyata keçirir.
34. Mövzu: 13 Tullantılar və onun təsnifatı
MəşğələBu mövzu tullantıların yaranma mənbələri, onların ətraf mühitə təsiri və idarə olunması strategiyalarını əhatə edir. Mövzuda tullantıların növləri (məişət, sənaye, təhlükəli, tikinti, tibbi və s.) üzrə təsnifatı, onların təhlükəlilik dərəcəsinə görə bölgüsü və tullantıların "4R" prinsipi (Reduce - Azaltmaq, Reuse - Yenidən istifadə, Recycle - Emal etmək, Recover - Bərpa etmək) əsasında idarə olunması mexanizmləri nəzərdən keçirilir.
Mənbəyə keç: Mövzu: 13 Tullantılar və onun təsnifatı (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Tullantı anlayışını, yaranma səbəblərini və ətraf mühit üçün əhəmiyyətini izah edir. Tullantıların əsas növlərini və təsnifat prinsiplərini (mənşəyinə, tərkibinə, fiziki vəziyyətinə və təhlükəlilik dərəcəsinə görə) müəyyən edir. Məişət, sənaye, kənd təsərrüfatı, tibbi və təhlükəli tullantıları fərqləndirir və xarakterizə edir.
35. Mövzu: 14 Aerozol toz hissəcikləri və ikifazalı tullantılar
MəşğələBu mövzu sənaye və təbii proseslər nəticəsində atmosferə yayılan dispers sistemləri — aerozolları, həmçinin texnoloji proseslərdə yaranan ikifazalı (bərk-maye və ya bərk-qaz) qarışıqları və onların ətraf mühitə təsirini əhatə edir. Mövzuda aerozol hissəciklərinin (PM2.5, PM10) ölçülərinə görə təsnifatı, onların insan orqanizminə və ekosistemə təsiri, habelə sənaye müəssisələrində ikifazalı tullantıların tutulması və zərərsizləşdirilməsi üçün tətbiq olunan texnologiyalar (siklonlar, elektrofiltrlər və s.) təhlil edilir.
Mənbəyə keç: Mövzu: 14 Aerozol toz hissəcikləri və ikifazalı tullantılar (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Aerozol toz hissəcikləri və ikifazalı tullantılar anlayışlarını izah edir, onların əsas xüsusiyyətlərini müəyyən edir. Aerozol hissəciklərinin yaranma mənbələrini və növlərini (təbii və antropogen) fərqləndirir. Toz hissəciklərinin ölçüsünü, tərkibini və atmosferdə yayılma xüsusiyyətlərini izah edir.
36. Mövzu: 15 Ekoloji normalar və tətbiqi
MəşğələBu mövzu ətraf mühitin keyfiyyətinin qorunması üçün dövlət tərəfindən müəyyən edilmiş limitləri və məhdudiyyətləri əhatə edir. Mövzuda yol verilən maksimum qatılıq (YMQ), yol verilən emissiya hədləri (YVEH), tullantıların yerləşdirilməsi normaları və digər texniki-normativ sənədlərin (standartların) mahiyyəti izah edilir. Həmçinin, bu normaların müəssisələrin layihələndirilməsindən tutmuş onların istismarı müddətinədək tətbiq olunma mexanizmləri və normativlərə riayət edilməsinə nəzarət (monitorinq) prosesi təhlil olunur.
Mənbəyə keç: Mövzu: 15 Ekoloji normalar və tətbiqi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji norma anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji normaların əsas növlərini (atmosfer havası, su, torpaq, tullantılar, səs-küy və digər təsir amilləri üzrə) fərqləndirir. Ətraf mühitin keyfiyyət göstəricilərinin və çirklənmə hədlərinin normalaşdırılması prinsiplərini izah edir.
37. Mövzu: 1 .Dövlət ekoloji ekspertizanın təşkili prinsipləri və ətraf mühitə təsirin qiymətləndirilməsi.
Sərbəst işBu mövzu hər hansı təsərrüfat fəaliyyətinin reallaşdırılmasından əvvəl onun ətraf mühitə mümkün olan mənfi təsirlərinin proqnozlaşdırılmasını, qarşısının alınmasını və elmi-texniki baxımdan əsaslandırılmasını əhatə edir. Bu, ekoloji hüququn ən mühüm "qabaqlayıcı" (preventiv) mexanizmlərindən biridir.
Mənbəyə keç: Mövzu: 1 .Dövlət ekoloji ekspertizanın təşkili prinsipləri və ətraf mühitə təsirin qiymətləndirilməsi. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Dövlət ekoloji ekspertizası anlayışını, məqsədini və vəzifələrini izah edir. Dövlət ekoloji ekspertizasının təşkili prinsiplərini (qanunilik, müstəqillik, obyektivlik, elmi əsaslandırma, kompleks yanaşma və şəffaflıq) xarakterizə edir. Dövlət ekoloji ekspertizasının həyata keçirilmə mərhələlərini və prosedurlarını izah edir.
38. Mövzu: 2 Ekoloji ekspertizanın aparılması mərhələləri və subyektləri, planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri.
Sərbəst işBu mövzu dövlət ekoloji ekspertizasının (DEE) icra prosesini, bu prosesdə iştirak edən tərəflərin hüquqi statusunu və planlaşdırılan təsərrüfat fəaliyyətinin ekoloji baxımdan yararlılığını sübut edən meyarları əhatə edir.
Mənbəyə keç: Mövzu: 2 Ekoloji ekspertizanın aparılması mərhələləri və subyektləri, planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji ekspertizanın aparılması mərhələlərini, onların ardıcıllığını və məzmununu izah edir. Ekoloji ekspertizanın əsas subyektlərini (dövlət orqanları, ekspertlər, layihə təşkilatları, sifarişçilər və ictimaiyyət) müəyyən edir və onların rolunu xarakterizə edir. Ekoloji ekspertiza prosesində iştirak edən tərəflərin hüquq və vəzifələrini izah edir.
39. Mövzu: 3 Təbii komplekslərin və ekoloji ekspertizanın problemləri.
Sərbəst işBu mövzu müasir dövrdə təbii ekosistemlərin parçalanması, deqradasiyası və bu problemlərin hüquqi həlli mexanizmi olan ekoloji ekspertiza institutunun qarşılaşdığı çatışmazlıqları, eləcə də idarəetmə və icra mərhələsindəki maneələri əhatə edir.
Mənbəyə keç: Mövzu: 3 Təbii komplekslərin və ekoloji ekspertizanın problemləri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Təbii kompleks anlayışını, onun tərkibini və ekoloji əhəmiyyətini izah edir. Təbii komplekslərin əsas komponentlərini (torpaq, su, atmosfer, bitki və heyvanat aləmi) xarakterizə edir. Təbii komplekslərə təsir edən antropogen və təbii amilləri müəyyən edir və onların nəticələrini təhlil edir.
40. Mövzu: 4 Ekoloji layihələndirmə, ekspertizanın yerinə yetirilmə mərhələləri və ətraf mühitin mühafizəsi.
Sərbəst işBu mövzu hər hansı bir sənaye, infrastruktur və ya təsərrüfat layihəsinin ilkin planlaşdırılmasından başlayaraq, onun ekoloji təhlükəsizlik standartlarına uyğunlaşdırılması, ekspert qiymətləndirilməsindən keçirilməsi və icra prosesində ətraf mühitin qorunması üçün tətbiq olunan inteqrasiya olunmuş fəaliyyət sistemini əhatə edir.
Mənbəyə keç: Mövzu: 4 Ekoloji layihələndirmə, ekspertizanın yerinə yetirilmə mərhələləri və ətraf mühitin mühafizəsi. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ekoloji layihələndirmə anlayışını, məqsədini və əsas prinsiplərini izah edir. Ekoloji layihələrin hazırlanması zamanı ətraf mühitin mühafizəsi tələblərini müəyyən edir. Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələlərini (sənədlərin hazırlanması, materialların təhlili, təsirlərin qiymətləndirilməsi, nəticələrin rəsmiləşdirilməsi və qərarın qəbulu) izah edir.
41. Mövzu: 5 Müəssisələrin texniki(texnoloji) tələblərini sənaye müəssisələrində istifadə edilən təmizləyici qurğuların ekoloji ekspertizası.
Sərbəst işBu mövzu sənaye obyektlərinin fəaliyyəti zamanı ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün nəzərdə tutulan texnoloji avadanlıqların (filtrlər, arıtma sistemləri və s.) layihələndirilməsini, onların texniki parametrlərinin ekoloji standartlara uyğunluğunun qiymətləndirilməsini və bu qurğuların effektivliyinin hüquqi tənzimlənməsini əhatə edir.
Mənbəyə keç: Mövzu: 5 Müəssisələrin texniki(texnoloji) tələblərini sənaye müəssisələrində istifadə edilən təmizləyici qurğuların ekoloji ekspertizası. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Müəssisələrin texniki və texnoloji tələblərinin mahiyyətini, məqsədini və ekoloji təhlükəsizlik baxımından əhəmiyyətini izah edir. Sənaye müəssisələrində istifadə olunan təmizləyici qurğuların növlərini (qaztəmizləyici, su təmizləyici, filtrasiya və tullantı emalı qurğuları) fərqləndirir. Təmizləyici qurğuların texniki parametrlərini və ekoloji göstəricilərini qiymətləndirir
42. Mövzu: 2.Ətraf mühitə təsirlərin qiymətləndirilməsi prinsipləri.
Mühazirə1. Ətraf mühit anlayışı 2. Təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi prinsipləri. 3. Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi 4. Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi və onun inkişafı
Mənbəyə keç: Mövzu: 2.Ətraf mühitə təsirlərin qiymətləndirilməsi prinsipləri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) anlayışını, məqsədini və əhəmiyyətini izah edir. ƏMTQ-nin əsas prinsiplərini (qanunauyğunluq, şəffaflıq, elmi əsaslandırma, davamlı inkişaf, ictimai iştirak və s.) izah edir. Layihələrin ətraf mühitə mümkün təsirlərini müəyyən edir və təhlil edir.
43. Mövzu: 2 Ətraf mühitə təsirin qiymətləndirilməsi prinsipləri
MəşğələBu mövzu, planlaşdırılan fəaliyyətlərin ətraf mühitə və insan sağlamlığına göstərə biləcəyi birbaşa və dolayı təsirlərin sistemli şəkildə müəyyən edilməsi, analiz edilməsi və azaldılması prosesini əhatə edir. Burada ƏMTQ-nin əsas mərhələləri (skrininq, miqyaslama, təsirin proqnozlaşdırılması, monitorinq) və bu prosesi tənzimləyən beynəlxalq və milli yanaşmaların fundamental prinsipləri (şəffaflıq, elmi əsaslılıq, ictimai iştirakçılıq və s.) araşdırılır.
Mənbəyə keç: Mövzu: 2 Ətraf mühitə təsirin qiymətləndirilməsi prinsipləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) anlayışını, məqsədini və vəzifələrini izah edir. ƏMTQ-nin əsas prinsiplərini (elmi əsaslandırma, komplekslik, preventivlik, şəffaflıq, davamlı inkişaf və ictimai iştirak) izah edir. Ətraf mühitə təsir göstərə biləcək fəaliyyət və layihələri müəyyən edir və təsnifləşdirir.