Ümumi məlumat
- Fənn kodu
- İFS-4187y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 240
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat mühazirə b) 30 saat seminar
- Auditoriyadan kənar saatlar
- a) 66 saat MRTSİ b) 99 saat TSİ
Fənn haqqında
Bu fənn ekoloji ekspertiza və layihələndirmənin nəzəri və hüquqi əsaslarını, layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi prinsiplərini və ekoloji qərar qəbuletmə mexanizmlərini öyrədir. Fənn çərçivəsində ekoloji ekspertizanın mərhələləri, normativ-hüquqi tələblər, layihələrin texniki-iqtisadi və ekoloji əsaslandırılması, ekoloji risklərin qiymətləndirilməsi, təsirin azaldılması tədbirləri və ekoloji sənədləşdirmə prinsipləri təhlil edilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- təqdimatlar
- komanda işi
- problem-based learning
- seminar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Ekoloji ekspertiza və ekoloji layihələndirmənin məqsədini, prinsiplərini və mərhələlərini izah edir.
CLO 2: Layihələrin ətraf mühitə mümkün təsirlərini və ekoloji risklərini müəyyən edir.
CLO 3: Ekoloji ekspertiza prosesində normativ-hüquqi tələbləri və qiymətləndirmə meyarlarını tətbiq edir.
CLO 4: Layihələrin texniki-iqtisadi və ekoloji əsaslandırılmasını təhlil edir.
CLO 5: Ekoloji ekspertiza nəticələrinə əsasən layihələrin ekoloji cəhətdən uyğunluğunu qiymətləndirir.
CLO 6: Ekoloji tələblərə uyğun layihələndirmə və ətraf mühitin mühafizəsi üzrə tədbirləri əsaslandırır.
Mövzu planı
- 1.1. Dövlət Ekoloji Ekspertizası və onun həyata keçirilməsiMühazirə
1. Ekoloji təhlükəli Dövlət əhəmiyyətli obyektlər. 2. Dövlət Ekoloji Ekspertiza qanununun əhəmiyyəti. 3. DEE komissiyasının tərkibi və onun funksiyaları 4. Ekoloji ekspertizanın obyektləri.
- Dövlət ekoloji ekspertizasının mahiyyətini, məqsədini və hüquqi əsaslarını izah edir. Dövlət ekoloji ekspertizasının əsas prinsiplərini, funksiyalarını və mərhələlərini müəyyən edir. Ekoloji ekspertizaya təqdim olunan layihə və sənədlərə qoyulan əsas tələbləri izah edir.
- 2.3.Ekoloji layihələndirmə və ekspertizanın obyektləriMühazirə
3.Təbiətdən istifadə növlərinin təsnifatı 2.Ekoloji ekspertizanın obyektləri və tipləri 3.Ekoloji ekspertizanın mexanizmləri və prinsipləri
- Ekoloji layihələndirmənin və ekoloji ekspertizanın mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji ekspertizanın obyektlərini və onların təsnifatını müəyyən edir. Ekoloji layihələndirmə prosesinin əsas mərhələlərini və prinsiplərini izah edir.
- 3.Mövzu 4: Ekoloji ekspertizanın aparılması mərhələləri və subyektləriMühazirə
Dövlət, idarə, müəssisə, ictimai, elmi ekoloji ekspertizası, Ekoloji ekspertizanın aparılması üsulları, Ekoloji ekspertizanın əsas mərhələləri
- Ekoloji ekspertizanın aparılması mərhələlərini, məqsədini və hüquqi əsaslarını izah edir. Ekoloji ekspertiza prosesində iştirak edən subyektləri, onların hüquq, vəzifə və səlahiyyətlərini müəyyən edir. Ekoloji ekspertizanın təşkili və aparılması qaydasını təsvir edir.
- 4.Mövzu 5: Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləriMühazirə
ƏMTQ prosesinin araşdırılmasının planlaşdırılması, Ekoloji riskin qiymətləndirilməsi, Ekoloji şəraitin təhlili və proqnozu , Landşaf planlaşdırılması.
- Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji əsaslandırmanın əsas prinsiplərini, istiqamətlərini və normativ-hüquqi tələblərini müəyyən edir. Planlaşdırılan fəaliyyətin ətraf mühitə mümkün təsirlərini müəyyənləşdirir və qiymətləndirir.
- 5.Mövzu: 6 Təbii komplekslərin qiymətləndirilməsi və ekoloji ekspertiza problemləriMühazirə
Bu mövzuda təbii komplekslərin ekoloji xüsusiyyətləri, onların qiymətləndirilməsi meyarları və metodları, antropogen təsirlərin təbii ekosistemlərə təsiri, ekoloji risklərin müəyyən edilməsi, ekoloji ekspertiza prosesində rast gəlinən əsas problemlər və onların həlli yolları öyrənilir. Həmçinin təbii ehtiyatların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və davamlı inkişaf baxımından ekoloji ekspertizanın rolu, qiymətləndirmə nəticələrinin ekoloji qərar qəbuletmə prosesində tətbiqi araşdırılır.
- Təbii komplekslərin qiymətləndirilməsinin mahiyyətini, məqsədini və ekoloji ekspertizadakı rolunu izah edir. Təbii komplekslərin ekoloji qiymətləndirilməsində istifadə olunan əsas meyarları və göstəriciləri müəyyən edir. Təbii komplekslərə antropogen təsirləri və onların ekoloji nəticələrini təhlil edir.
- 6.Mövzu 7: Ekoloji ekspertizanın qiymətləndirilməsiMühazirə
Ekoloji ekspertiza Proqnozlaşdırma metodlarının qiymətləndirilməsi, Avtonəqliyyatın çirkləndirici maddələrinin tullantılarına nəzarət, Çirkab suların həll olunan qarışıqlardan təmizlənməsi, Havanın təhlili üsulları, Suların kimyəvi çirklənməsi
- Ekoloji ekspertizanın qiymətləndirilməsinin mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji ekspertizanın qiymətləndirilməsi zamanı istifadə olunan əsas meyarları, göstəriciləri və metodları müəyyən edir. Ekoloji ekspertiza sənədlərinin və ekspert rəylərinin qiymətləndirilməsi prinsiplərini izah edir.
- 7.Mövzu 8: Atmosfer havası ekoloji faktor kimiMühazirə
Havanın təhlili üsulları, Atmosfer havasının qorunması Atmosferin tərkibi və onun həyatın mövcudluğunda rolu, Havanın təbii çirklənmə mənbələri, Atmosferi süni çirkləndirən sənaye sahələri, Atmosfer havasının radioaktiv maddələrlə çirklənməsi
- Atmosfer havasının ekoloji faktor kimi mahiyyətini, tərkibini və canlı orqanizmlərə təsirini izah edir. Atmosfer havasının əsas ekoloji funksiyalarını və ekosistemlərdə rolunu müəyyən edir. Atmosfer havasının keyfiyyətinə təsir edən təbii və antropogen amilləri fərqləndirir və təhlil edir.
- 8.Mövzu 9: Layihələndirmənin əsasları və növləriMühazirə
Layihələndirmənin əsasları, Eskiz layihə, Texniki layihə, İşçi layihə
- Layihələndirmə anlayışını, mahiyyətini, məqsədini və əsas prinsiplərini izah edir. Layihələndirmə prosesinin əsas mərhələlərini və təşkilati xüsusiyyətlərini müəyyən edir. Layihələndirmənin əsas növlərini və təsnifatını (texniki, ekoloji, sənaye, tikinti, innovasiya və s.) fərqləndirir.
- 9.Mövzu 10: Ekoloji layihələndirməMühazirə
Sənaye müəssisələrinin və istehsalat sexlərinin layihələrinin ekoloji ekspertizası, Layihələrin ekoloji ekspertizasının məqsədi, Layihələndirmənin ekoloji ekspertizasının prinsipləri, Qiymətləndirmə meyarı
- Ekoloji layihələndirmənin mahiyyətini, məqsədini, əsas prinsiplərini və əhəmiyyətini izah edir. Ekoloji layihələndirmənin əsas mərhələlərini və həyata keçirilməsi qaydalarını müəyyən edir. Ekoloji layihələrin hazırlanmasında istifadə olunan metodları, meyarları və normativ tələbləri izah edir.
- 10.Mövzu 11: Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələləriMühazirə
Ekoloji ekspertizanın yerinə yetirilməsinin hazırlıq əsas və son mərhələləri,Ekspertiza aktının tərtib edilməsi, Ekspertiza materiallarının analitik işlənməsi
- Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələlərinin mahiyyətini, məqsədini və ardıcıllığını izah edir. Ekoloji ekspertiza prosesinin əsas mərhələlərini (sənədlərin qəbulu, ilkin qiymətləndirmə, ekspert təhlili, rəyin hazırlanması və qərarın qəbul edilməsi) müəyyən edir. Ekoloji ekspertiza zamanı tələb olunan sənədləri və onların qiymətləndirilməsi prinsiplərini izah edir.
- 11.Mövzu 12: Ətraf mühitin mühafizəsiMühazirə
Azərbaycan Respublikasının torpaq məcəlləsində ətraf mühitin qorunması üzrə əsas tələblər, Azərbaycan Respublikasında su məcəlləsində təbii su hövzələrinin qorunması haqqında istifadə qaydalarına və normalarına dair əsas tələblər
- Ətraf mühitin mühafizəsinin mahiyyətini, məqsədini və əsas prinsiplərini izah edir. Ətraf mühitə təsir edən əsas təbii və antropogen amilləri müəyyən edir və onların nəticələrini təhlil edir. Ətraf mühitin mühafizəsinin əsas istiqamətlərini (atmosfer havasının, su ehtiyatlarının, torpaq və biomüxtəlifliyin qorunması) fərqləndirir.
- 12.Mövzu 13: Layihə üzrə ekoloji təkliflər və ekspertiza qaydalarıMühazirə
Layihədə ekoloji tələblər, Ekspertiza qaydası, Ekspert rəyinin strukturu, məzmunu və hüquqi əsasları, Ekspert rəyində tələb olunan normativ, statik məlumatlar.
- Layihələr üzrə ekoloji təkliflərin mahiyyətini, məqsədini və hazırlanma prinsiplərini izah edir. Layihələrin ətraf mühitə mümkün təsirlərini müəyyən edir və ekoloji riskləri qiymətləndirir. Ekoloji təkliflərin hazırlanması zamanı istifadə olunan əsas meyarları və tələbləri müəyyən edir.
- 13.Mövzu 14: Yerin təki haqqında Azərbaycan respublikasının qanunuMühazirə
Yerin təki haqqında Azərbaycan Respublikasının qanunu, Yerin təkindən istifadə prinsipləri
- "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununun məqsədini və əsas prinsiplərini izah edir. Yerin təki anlayışını, onun hüquqi statusunu və dövlət mülkiyyətində olmasını şərh edir. Yerin təkindən istifadə və mühafizə qaydalarını izah edir.
- 14.Mövzu 15: Atmosfer havasının çirklənmədən qorunması üzrə ekspertizaMühazirə
Atmosfer havasının çirklənmədən qorunması üzrə ekspertiza edilməsi, Atmosfer havasının çirklənmədən qorunması üzrə layihə həllərini ekspertiza edilməsi
- Atmosfer havasının çirklənməsinin əsas mənbələrini, səbəblərini və ətraf mühitə təsirlərini izah edir. Atmosfer havasının mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin əsas müddəalarını şərh edir. Atmosfer havasının çirklənmədən qorunması üzrə ekoloji ekspertizanın məqsədini, vəzifələrini və əhəmiyyətini izah edir.
- 15.Mövzu 16: Müəssisələrin texniki(texnoloji) tələbləriMühazirə
Müəssisələrin texniki (texnoloji) həllərindən irəli sürülən tələblər, Layihələrindəki-natamamlıqlar və səhvlərə dair xarakterik misallar
- Müəssisələrdə texniki (texnoloji) tələblərin mahiyyətini və məqsədini izah edir. İstehsal proseslərində tətbiq olunan texnoloji tələbləri və onların ekoloji təhlükəsizliyə təsirini şərh edir. Müəssisələrdə istifadə olunan avadanlıq və texnoloji proseslərin ekoloji normalara uyğunluğunu qiymətləndirir.
- 16.Mövzu 17: Sənaye müəssisələrində istifadə edilən təmizləyici qurğuların ekoloji ekspertizasıMühazirə
Ekoloji ekspertiza baxımından təmizləyici qurğuların qrupları, Tullantıların tərkibinə və zərərliyinə görə qrupları, Qaztəmizləyici və toztutucu qurğuların qəza rejimində işləyib-işləmə¬diyinin aşkar edilməsi
- Sənaye müəssisələrində istifadə olunan təmizləyici qurğuların növlərini və təyinatını izah edir. Atmosfer emissiyalarının, çirkab suların və istehsalat tullantılarının təmizlənməsi üçün tətbiq olunan texnologiyaları fərqləndirir. Təmizləyici qurğuların iş prinsiplərini və ekoloji səmərəliliyini izah edir.
- 17.Mövzu 18: Qaztəmizləyici və toztutucu qurğuların texniki parametrləriMühazirə
Bu mövzuda sənaye müəssisələrində atmosfer havasının çirklənməsinin qarşısının alınması məqsədilə istifadə olunan qaztəmizləyici və toztutucu qurğuların növləri, iş prinsipləri və əsas texniki parametrləri öyrənilir. Qaz və toz emissiyalarının əmələgəlmə mənbələri, onların ətraf mühitə və insan sağlamlığına təsiri, çirkləndiricilərin təmizlənməsində tətbiq olunan müasir texnologiyalar, həmçinin qurğuların məhsuldarlığı, təmizləmə səmərəliliyi, hidravlik müqaviməti, qaz sərfi, təzyiq itkisi və enerji sərfi kimi texniki göstəriciləri təhlil edilir. Mövzuda müxtəlif tip qaztəmizləyici və toztutucu qurğuların seçilməsi, istismarı, monitorinqi və ekoloji ekspertiza zamanı qiymətləndirilməsi prinsipləri də izah olunur. Eyni zamanda, bu qurğuların ekoloji qanunvericiliyin və normativ sənədlərin tələblərinə uyğun tətbiqi, sənaye müəssisələrində ekoloji təhlükəsizliyin təmin edilməsində və atmosfer havasının mühafizəsində rolu araşdırılır.
- Qaztəmizləyici və toztutucu qurğuların təyinatını, növlərini və tətbiq sahələrini izah edir. Qaztəmizləyici və toztutucu qurğuların iş prinsiplərini şərh edir. Qurğuların əsas texniki parametrlərini (məhsuldarlıq, təmizləmə səmərəliliyi, hidravlik müqavimət, hava/qaz sərfi, təzyiq itkisi və s.) izah edir.
- 18.Mövzu 19: TullantılarMühazirə
Buxar –qaz şəkilli (birfazalı) tullantılar, Qaz təmizləyici qurğuların praktiki layihələndirilməsində daha çox rast gəlinən komponentlər
- Tullantı anlayışını izah edir və tullantıların növlərini (məişət, sənaye, tibbi, təhlükəli və s.) fərqləndirir. Tullantıların ətraf mühitə və insan sağlamlığına təsirini izah edir. Tullantıların çeşidlənməsi və təkrar emalının əhəmiyyətini dərk edir və izah edir.
- 19.Mövzu 20: Tullantıların təsnifatıMühazirə
Aqreqat halına və hissəciklərin ölçülərinə görə qruplaşdırılan tullantılar, Tənzimlənməyə məruz edilməyən tullantılar, Aerozol
- Tullantıları mənşəyinə görə (məişət, sənaye, kənd təsərrüfatı, tibbi, tikinti və s.) təsnif edir. Tullantıları fiziki vəziyyətinə görə (bərk, maye və qaz halında) fərqləndirir. Tullantıları təhlükəlilik dərəcəsinə görə (təhlükəli və təhlükəsiz) qruplaşdırır.
- 20.Mövzu 21: Aerozol (iki fazalı) tullantılarMühazirə
Aerozolun xarakteristikası, Qaz təmizləmədə «hissəciklərin diametri» anlayışı, Aerozollarda hissəciklərin forması
- Aerozol (iki fazalı) tullantıların anlayışını izah edir və onların əsas xüsusiyyətlərini sadalayır. Aerozol tullantılarının yaranma mənbələrini (məişət, tibb, sənaye, kosmetika və s.) müəyyən edir. Aerozol tullantılarının tərkibini və təhlükə xüsusiyyətlərini izah edir.
- 21.Mövzu 22: Aerozol hissəcikləriMühazirə
Hissəciklərin xüsusi səthi, Hissəciklərin sıxlığı, Aerozolların elektrikləşməsi
- Aerozol hissəciklərinin anlayışını izah edir və onların yaranma mexanizmini təsvir edir. Aerozol hissəciklərini mənşəyinə görə (təbii və antropogen) fərqləndirir. Aerozol hissəciklərinin ölçülərinə görə təsnifatını (iri, incə və ultraincə hissəciklər) izah edir.
- 22.Mövzu 23: Ekoloji norma və normalaşdırmaMühazirə
Sağlam mühit şəraitinin bərpası, Dünyanın dayanıqlı inkişafının ekoloji əsasları, Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılması
- Ekoloji norma və normalaşdırma anlayışlarını izah edir və onların məqsədini müəyyənləşdirir. Ekoloji normalaşdırmanın əsas prinsiplərini və növlərini (hava, su, torpaq, səs-küy, radiasiya və s.) fərqləndirir. Ətraf mühitin keyfiyyət göstəricilərinin normativlərini və onların tətbiq sahələrini izah edir.
- 23.Mövzu: 1 Ekoloji ekspertizanın təşkili və əsaslarıMəşğələ
Bu mövzu, təsərrüfat və digər fəaliyyətlərin ətraf mühitə potensial mənfi təsirlərinin öncədən müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması mexanizmlərini əhatə edir. Kurs çərçivəsində ekoloji ekspertizanın hüquqi-normativ əsasları, təşkili prinsipləri, dövlət və ictimai ekoloji ekspertizanın aparılma mərhələləri, eləcə də layihələrin ekoloji standartlara uyğunluğunun yoxlanılması üsulları öyrənilir.
- Ekoloji ekspertiza anlayışını, məqsədini və vəzifələrini izah edir. Ekoloji ekspertizanın hüquqi əsaslarını və təşkili prinsiplərini xarakterizə edir. Ekoloji ekspertizanın növlərini və mərhələlərini fərqləndirir.
- 24.Mövzu: 3 Ekoloji layihələndirmə və ekspertizanın obyektləri və subyektləriMəşğələ
Bu mövzu ekoloji ekspertiza və layihələndirmə prosesinin kimlər tərəfindən həyata keçirildiyini (subyektlər) və bu prosesin hansı fəaliyyət növlərinə, sənədlərə və ərazilərə şamil edildiyini (obyektlər) müəyyən edir. Mövzu çərçivəsində dövlət orqanlarının, müstəqil ekspertlərin və ictimaiyyətin hüquq və vəzifələri, habelə ekoloji təsir potensialı olan sənəd və layihələrin (texniki-iqtisadi əsaslandırmalar, tikinti layihələri, normativ-texniki sənədlər) təsnifatı nəzərdən keçirilir.
- Ekoloji layihələndirmə və ekoloji ekspertiza anlayışlarını, məqsəd və vəzifələrini izah edir. Ekoloji ekspertizanın obyektlərini (layihələr, proqramlar, tikinti və istehsal obyektləri, təbii ehtiyatlardan istifadə fəaliyyəti və s.) müəyyən edir və xarakterizə edir. Ekoloji ekspertizanın subyektlərini (dövlət orqanları, sifarişçilər, layihə təşkilatları, ekspertlər, hüquqi və fiziki şəxslər, ictimaiyyət) fərqləndirir və onların səlahiyyətlərini izah edir.
- 25.Mövzu: 4 Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləriMəşğələ
Bu mövzu, yeni investisiya layihələrinin və ya təsərrüfat fəaliyyətlərinin təbiətə vura biləcəyi zərərin minimallaşdırılması üçün həyata keçirilən elmi-texniki və hüquqi əsaslandırma prosesini təsvir edir. Burada əsas diqqət layihənin yerləşdiyi ərazinin ekoloji potensialının qiymətləndirilməsinə, resurslardan səmərəli istifadəyə, tullantıların idarə olunmasına və layihənin fəaliyyəti zamanı ətraf mühitin dayanıqlığının qorunub saxlanılması üçün tədbirlər kompleksinin işlənməsinə yönəldilir.
- Planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılması anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Planlaşdırılan fəaliyyətin ətraf mühitə mümkün təsirlərini müəyyən edir və qiymətləndirir. Ekoloji əsaslandırmanın əsas istiqamətlərini (təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, ekoloji risklərin azaldılması və dayanıqlı inkişaf prinsipləri) xarakterizə edir.
- 26.Mövu: 5 Təbii komplekslərin qiymətləndirilməsi və ekoloji ekspertiza problemləriMəşğələ
Bu mövzu landşaftların, ekosistemlərin və xüsusi mühafizə olunan təbiət ərazilərinin dayanıqlığının qiymətləndirilməsi metodologiyasını və ekoloji ekspertiza prosesində qarşıya çıxan çətinlikləri əhatə edir. Burada təbii komplekslərin "reaksiyası" (antropogen təzyiqlərə qarşı), onların özünütəmizləmə potensialı və ekoloji ekspertizanın keyfiyyətinə, obyektivliyinə və icrasına mane olan bürokratik, metodoloji və kadr potensialı ilə bağlı problemlər kompleks şəkildə təhlil edilir.
- Təbii komplekslər anlayışını, onların tərkibini və ekoloji əhəmiyyətini izah edir. Təbii komplekslərin ekoloji qiymətləndirilməsi meyarlarını və metodlarını xarakterizə edir. Təbii komplekslərə təsir göstərən antropogen və təbii amilləri müəyyən edir və onların nəticələrini təhlil edir.
- 27.Mövzu: 6 Ekoloji ekspertizanın qiymətləndirilməsi və atmosfer havası ekoloji faktor kimiMəşğələ
Bu mövzu ekoloji ekspertiza rəylərinin keyfiyyətinin yoxlanılması, monitorinqi və ekspertizanın səmərəliliyinin qiymətləndirilməsi meyarlarını əhatə edir. Eyni zamanda, atmosfer havası kritik ekoloji faktor kimi təhlil olunur: havanın çirklənməsinin proqnozlaşdırılması, yayılma modelləri, transsərhəd çirklənmənin qarşısının alınması və atmosferin keyfiyyəti standartlarının (limitlər, normativlər) ekspertiza prosesindəki həlledici rolu araşdırılır.
- Ekoloji ekspertizanın qiymətləndirilməsi anlayışını, məqsədini və əsas meyarlarını izah edir. Atmosfer havasının ekoloji faktor kimi rolunu və əhəmiyyətini xarakterizə edir. Atmosfer havasının keyfiyyət göstəricilərini və çirklənmə mənbələrini müəyyən edir.
- 28.Mövzu: 7 Ekoloji layihələndirmənin əsasları və növləriMəşğələ
Bu mövzu, təsərrüfat fəaliyyətinin layihələndirilməsi mərhələsində ekoloji tələblərin nəzərə alınması metodologiyasını əhatə edir. Mövzu çərçivəsində layihələndirmənin əsas prinsipləri (təbiətə minimal təsir, resurslara qənaət, tullantısız texnologiyaların tətbiqi) və onun əsas növləri (tikinti layihələrinin ekoloji əsaslandırılması, şəhərsalma layihələndirilməsi, sənaye obyektlərinin texnoloji layihələndirilməsi) təhlil edilir.
- Ekoloji layihələndirmə anlayışını, məqsədini və əsas vəzifələrini izah edir. Ekoloji layihələndirmənin əsas prinsiplərini (təbiətdən səmərəli istifadə, ekoloji təhlükəsizliyin təmin edilməsi, mənfi təsirlərin azaldılması və dayanıqlı inkişaf) xarakterizə edir. Ekoloji layihələndirmənin əsas mərhələlərini və hazırlanma qaydalarını izah edir.
- 29.Mövzu: 8 Ekoloji ekspertizanın icra mərhələləriMəşğələ
Bu mövzu dövlət və ya ictimai ekoloji ekspertizanın başlanğıcından yekun rəyin verilməsinə qədər keçdiyi ardıcıl prosedurları əhatə edir. Burada ekspertizaya sənədlərin təqdim edilməsi, onların ilkin yoxlanılması (skrininq), ekspert qrupunun formalaşdırılması, obyektin yerində tədqiqi, analitik hesablamalar, ictimai dinləmələrin keçirilməsi və nəhayət, müsbət və ya mənfi rəyin formalaşdırılması kimi mərhələlər ardıcıl şəkildə izah olunur.
- Ekoloji ekspertizanın icra mərhələlərini, məqsədini və ardıcıllığını izah edir. Ekoloji ekspertizanın hazırlanması mərhələsində tələb olunan sənədləri və məlumatları müəyyən edir. Ekspertiza materiallarının təhlili və qiymətləndirilməsi mərhələlərini xarakterizə edir.
- 30.Mövzu: 9 Ətraf mühitin mühafizəsində qanunvericilik bazasının rolu və əhəmiyyətiMəşğələ
Bu mövzu ətraf mühitin idarə olunmasında hüququn tənzimləyici funksiyasını və qanunvericilik sisteminin (konstitusiya normaları, beynəlxalq konvensiyalar, milli qanunlar, standartlar) ekoloji təhlükəsizliyin təmin edilməsindəki yerini əhatə edir. Burada təbiətdən istifadə qaydalarının hüquqi formalaşdırılması, ekoloji pozuntulara görə məsuliyyət növləri və dövlətin ekoloji siyasətinin icrasında qanunvericiliyin yaratdığı məcburi çərçivə və stimul mexanizmləri təhlil olunur.
- Ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik bazasının anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji qanunvericiliyin əsas prinsiplərini və istiqamətlərini (təbiətdən səmərəli istifadə, ekoloji təhlükəsizlik, çirklənmənin qarşısının alınması və məsuliyyət prinsipləri) xarakterizə edir. Ətraf mühitin mühafizəsi ilə bağlı normativ-hüquqi sənədlərin rolunu izah edir.
- 31.Mövzu: 10 Ekoloji təkliflər və ekspertiza qaydalarıMəşğələ
Bu mövzu, layihələrin ekoloji səmərəliliyini artırmaq üçün irəli sürülən təşəbbüslərin (təkliflərin) mahiyyətini və bu təkliflərin rəsmi ekspertiza prosesində hüquqi qiymətləndirilməsi qaydalarını əhatə edir. Mövzu çərçivəsində təkliflərin texniki-iqtisadi əsaslandırılması, təsirin azaldılması üzrə innovativ yanaşmaların seçilməsi və bu təkliflərin dövlət ekoloji ekspertizasının prosedurlarına, standartlarına və təsnifat tələblərinə uyğunlaşdırılması qaydaları təhlil edilir.
- Ekoloji təklif anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji təkliflərin hazırlanması prinsiplərini və əsas istiqamətlərini müəyyən edir. Ekoloji ekspertiza qaydalarını, mərhələlərini və həyata keçirilmə prosedurlarını izah edir.
- 32.Mövzu: 11 Atmosfer havasının ekspertizası və müəssisələrin texniki tələbləriMəşğələ
Bu mövzu, stasionar və hərəkətli mənbələrdən atmosferə atılan tullantıların proqnozlaşdırılması və onların ekoloji normalara uyğunluğunun qiymətləndirilməsini əhatə edir. Mövzuda müəssisələrin layihələndirilməsi və istismarı zamanı riayət etməli olduqları texniki tələblər (təmizləyici qurğuların quraşdırılması, tullantıların limitləşdirilməsi, emissiyaların monitorinqi sistemləri) və bu tələblərin dövlət ekoloji ekspertizasında necə audit olunduğu araşdırılır.
- Atmosfer havasının ekoloji ekspertizası anlayışını, məqsədini və vəzifələrini izah edir. Atmosfer havasının keyfiyyət göstəricilərinin və çirklənmə mənbələrinin qiymətləndirilməsi üsullarını xarakterizə edir. Müəssisələrin atmosfer havasına təsir edən fəaliyyət istiqamətlərini və texniki tələblərini müəyyən edir.
- 33.Mövzu:12 Sənaye müəssisələrində qurğuların ekoloji ekspertizası və texniki parametrləriMəşğələ
Bu mövzu sənaye obyektlərindəki istehsalat proseslərinin, texnoloji xətlərin və təmizləyici qurğuların ətraf mühitə təsir potensialının qiymətləndirilməsi mexanizmlərini əhatə edir. Burada sənaye qurğularının texniki parametrləri (performans göstəriciləri, tullantıların həcmi, enerji səmərəliliyi) ilə ekoloji tələblərin vəhdəti araşdırılır. Ekspertiza prosesində bu parametrlərin mövcud ekoloji standartlara və texniki reqlamentlərə uyğunluğu yoxlanılır.
- Sənaye müəssisələrində qurğuların ekoloji ekspertizası anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Sənaye qurğularının ətraf mühitə təsir mənbələrini və əsas ekoloji risklərini müəyyən edir. Qurğuların texniki parametrlərinin (məhsuldarlıq, enerji sərfi, emissiya göstəriciləri, tullantı həcmi və s.) ekoloji qiymətləndirilməsini həyata keçirir.
- 34.Mövzu: 13 Tullantılar və onun təsnifatıMəşğələ
Bu mövzu tullantıların yaranma mənbələri, onların ətraf mühitə təsiri və idarə olunması strategiyalarını əhatə edir. Mövzuda tullantıların növləri (məişət, sənaye, təhlükəli, tikinti, tibbi və s.) üzrə təsnifatı, onların təhlükəlilik dərəcəsinə görə bölgüsü və tullantıların "4R" prinsipi (Reduce - Azaltmaq, Reuse - Yenidən istifadə, Recycle - Emal etmək, Recover - Bərpa etmək) əsasında idarə olunması mexanizmləri nəzərdən keçirilir.
- Tullantı anlayışını, yaranma səbəblərini və ətraf mühit üçün əhəmiyyətini izah edir. Tullantıların əsas növlərini və təsnifat prinsiplərini (mənşəyinə, tərkibinə, fiziki vəziyyətinə və təhlükəlilik dərəcəsinə görə) müəyyən edir. Məişət, sənaye, kənd təsərrüfatı, tibbi və təhlükəli tullantıları fərqləndirir və xarakterizə edir.
- 35.Mövzu: 14 Aerozol toz hissəcikləri və ikifazalı tullantılarMəşğələ
Bu mövzu sənaye və təbii proseslər nəticəsində atmosferə yayılan dispers sistemləri — aerozolları, həmçinin texnoloji proseslərdə yaranan ikifazalı (bərk-maye və ya bərk-qaz) qarışıqları və onların ətraf mühitə təsirini əhatə edir. Mövzuda aerozol hissəciklərinin (PM2.5, PM10) ölçülərinə görə təsnifatı, onların insan orqanizminə və ekosistemə təsiri, habelə sənaye müəssisələrində ikifazalı tullantıların tutulması və zərərsizləşdirilməsi üçün tətbiq olunan texnologiyalar (siklonlar, elektrofiltrlər və s.) təhlil edilir.
- Aerozol toz hissəcikləri və ikifazalı tullantılar anlayışlarını izah edir, onların əsas xüsusiyyətlərini müəyyən edir. Aerozol hissəciklərinin yaranma mənbələrini və növlərini (təbii və antropogen) fərqləndirir. Toz hissəciklərinin ölçüsünü, tərkibini və atmosferdə yayılma xüsusiyyətlərini izah edir.
- 36.Mövzu: 15 Ekoloji normalar və tətbiqiMəşğələ
Bu mövzu ətraf mühitin keyfiyyətinin qorunması üçün dövlət tərəfindən müəyyən edilmiş limitləri və məhdudiyyətləri əhatə edir. Mövzuda yol verilən maksimum qatılıq (YMQ), yol verilən emissiya hədləri (YVEH), tullantıların yerləşdirilməsi normaları və digər texniki-normativ sənədlərin (standartların) mahiyyəti izah edilir. Həmçinin, bu normaların müəssisələrin layihələndirilməsindən tutmuş onların istismarı müddətinədək tətbiq olunma mexanizmləri və normativlərə riayət edilməsinə nəzarət (monitorinq) prosesi təhlil olunur.
- Ekoloji norma anlayışını, məqsədini və əhəmiyyətini izah edir. Ekoloji normaların əsas növlərini (atmosfer havası, su, torpaq, tullantılar, səs-küy və digər təsir amilləri üzrə) fərqləndirir. Ətraf mühitin keyfiyyət göstəricilərinin və çirklənmə hədlərinin normalaşdırılması prinsiplərini izah edir.
- 37.Mövzu: 1 .Dövlət ekoloji ekspertizanın təşkili prinsipləri və ətraf mühitə təsirin qiymətləndirilməsi.Sərbəst iş
Bu mövzu hər hansı təsərrüfat fəaliyyətinin reallaşdırılmasından əvvəl onun ətraf mühitə mümkün olan mənfi təsirlərinin proqnozlaşdırılmasını, qarşısının alınmasını və elmi-texniki baxımdan əsaslandırılmasını əhatə edir. Bu, ekoloji hüququn ən mühüm "qabaqlayıcı" (preventiv) mexanizmlərindən biridir.
- Dövlət ekoloji ekspertizası anlayışını, məqsədini və vəzifələrini izah edir. Dövlət ekoloji ekspertizasının təşkili prinsiplərini (qanunilik, müstəqillik, obyektivlik, elmi əsaslandırma, kompleks yanaşma və şəffaflıq) xarakterizə edir. Dövlət ekoloji ekspertizasının həyata keçirilmə mərhələlərini və prosedurlarını izah edir.
- 38.Mövzu: 2 Ekoloji ekspertizanın aparılması mərhələləri və subyektləri, planlaşdırılan fəaliyyətin ekoloji əsaslandırılmasının əsas istiqamətləri.Sərbəst iş
Bu mövzu dövlət ekoloji ekspertizasının (DEE) icra prosesini, bu prosesdə iştirak edən tərəflərin hüquqi statusunu və planlaşdırılan təsərrüfat fəaliyyətinin ekoloji baxımdan yararlılığını sübut edən meyarları əhatə edir.
- Ekoloji ekspertizanın aparılması mərhələlərini, onların ardıcıllığını və məzmununu izah edir. Ekoloji ekspertizanın əsas subyektlərini (dövlət orqanları, ekspertlər, layihə təşkilatları, sifarişçilər və ictimaiyyət) müəyyən edir və onların rolunu xarakterizə edir. Ekoloji ekspertiza prosesində iştirak edən tərəflərin hüquq və vəzifələrini izah edir.
- 39.Mövzu: 3 Təbii komplekslərin və ekoloji ekspertizanın problemləri.Sərbəst iş
Bu mövzu müasir dövrdə təbii ekosistemlərin parçalanması, deqradasiyası və bu problemlərin hüquqi həlli mexanizmi olan ekoloji ekspertiza institutunun qarşılaşdığı çatışmazlıqları, eləcə də idarəetmə və icra mərhələsindəki maneələri əhatə edir.
- Təbii kompleks anlayışını, onun tərkibini və ekoloji əhəmiyyətini izah edir. Təbii komplekslərin əsas komponentlərini (torpaq, su, atmosfer, bitki və heyvanat aləmi) xarakterizə edir. Təbii komplekslərə təsir edən antropogen və təbii amilləri müəyyən edir və onların nəticələrini təhlil edir.
- 40.Mövzu: 4 Ekoloji layihələndirmə, ekspertizanın yerinə yetirilmə mərhələləri və ətraf mühitin mühafizəsi.Sərbəst iş
Bu mövzu hər hansı bir sənaye, infrastruktur və ya təsərrüfat layihəsinin ilkin planlaşdırılmasından başlayaraq, onun ekoloji təhlükəsizlik standartlarına uyğunlaşdırılması, ekspert qiymətləndirilməsindən keçirilməsi və icra prosesində ətraf mühitin qorunması üçün tətbiq olunan inteqrasiya olunmuş fəaliyyət sistemini əhatə edir.
- Ekoloji layihələndirmə anlayışını, məqsədini və əsas prinsiplərini izah edir. Ekoloji layihələrin hazırlanması zamanı ətraf mühitin mühafizəsi tələblərini müəyyən edir. Ekoloji ekspertizanın yerinə yetirilmə mərhələlərini (sənədlərin hazırlanması, materialların təhlili, təsirlərin qiymətləndirilməsi, nəticələrin rəsmiləşdirilməsi və qərarın qəbulu) izah edir.
- 41.Mövzu: 5 Müəssisələrin texniki(texnoloji) tələblərini sənaye müəssisələrində istifadə edilən təmizləyici qurğuların ekoloji ekspertizası.Sərbəst iş
Bu mövzu sənaye obyektlərinin fəaliyyəti zamanı ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün nəzərdə tutulan texnoloji avadanlıqların (filtrlər, arıtma sistemləri və s.) layihələndirilməsini, onların texniki parametrlərinin ekoloji standartlara uyğunluğunun qiymətləndirilməsini və bu qurğuların effektivliyinin hüquqi tənzimlənməsini əhatə edir.
- Müəssisələrin texniki və texnoloji tələblərinin mahiyyətini, məqsədini və ekoloji təhlükəsizlik baxımından əhəmiyyətini izah edir. Sənaye müəssisələrində istifadə olunan təmizləyici qurğuların növlərini (qaztəmizləyici, su təmizləyici, filtrasiya və tullantı emalı qurğuları) fərqləndirir. Təmizləyici qurğuların texniki parametrlərini və ekoloji göstəricilərini qiymətləndirir
- 42.Mövzu: 2.Ətraf mühitə təsirlərin qiymətləndirilməsi prinsipləri.Mühazirə
1. Ətraf mühit anlayışı 2. Təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi prinsipləri. 3. Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi 4. Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi və onun inkişafı
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) anlayışını, məqsədini və əhəmiyyətini izah edir. ƏMTQ-nin əsas prinsiplərini (qanunauyğunluq, şəffaflıq, elmi əsaslandırma, davamlı inkişaf, ictimai iştirak və s.) izah edir. Layihələrin ətraf mühitə mümkün təsirlərini müəyyən edir və təhlil edir.
- 43.Mövzu: 2 Ətraf mühitə təsirin qiymətləndirilməsi prinsipləri Məşğələ
Bu mövzu, planlaşdırılan fəaliyyətlərin ətraf mühitə və insan sağlamlığına göstərə biləcəyi birbaşa və dolayı təsirlərin sistemli şəkildə müəyyən edilməsi, analiz edilməsi və azaldılması prosesini əhatə edir. Burada ƏMTQ-nin əsas mərhələləri (skrininq, miqyaslama, təsirin proqnozlaşdırılması, monitorinq) və bu prosesi tənzimləyən beynəlxalq və milli yanaşmaların fundamental prinsipləri (şəffaflıq, elmi əsaslılıq, ictimai iştirakçılıq və s.) araşdırılır.
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) anlayışını, məqsədini və vəzifələrini izah edir. ƏMTQ-nin əsas prinsiplərini (elmi əsaslandırma, komplekslik, preventivlik, şəffaflıq, davamlı inkişaf və ictimai iştirak) izah edir. Ətraf mühitə təsir göstərə biləcək fəaliyyət və layihələri müəyyən edir və təsnifləşdirir.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |