Fənn · Ekologiya mühəndisliyi
Ətraf mühitin idarə olunması (Ekoloji menecment)
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn ətraf mühitin idarə olunmasının nəzəri və praktiki əsaslarını, ekoloji menecment sistemlərini və ətraf mühitin mühafizəsi üzrə müasir idarəetmə yanaşmalarını öyrədir. Fənn çərçivəsində ekoloji ekspertiza, ekoloji audit və monitorinq, təbii ehtiyatların səmərəli idarə edilməsi, ekoloji risklərin qiymətləndirilməsi, beynəlxalq ekoloji standartlar (ISO), ekoloji siyasətin hazırlanması və dayanıqlı inkişaf prinsipləri təhlil edilir.
Fənn təlim nəticələri
CLO 1: Ekoloji menecmentin əsas anlayışlarını, prinsiplərini və idarəetmə sistemlərini izah edir
CLO 2: Ətraf mühitin idarə olunmasına dair milli və beynəlxalq normativ-hüquqi tələbləri şərh edir.
CLO 3: Ekoloji risklərin qiymətləndirilməsi, ekoloji ekspertiza və ekoloji audit proseslərini tətbiq edir.
CLO 4: Ətraf mühitin monitorinqi nəticələrini ekoloji qərarların qəbulunda təhlil edir.
CLO 5: Müəssisələrdə ekoloji menecment sistemlərinin və ISO 14001 standartının tətbiqini qiymətləndirir.
CLO 6: Ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf məqsədlərinə uyğun ekoloji idarəetmə tədbirlərini əsaslandırır.