Fənn · Ekologiya mühəndisliyi

Torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji asaslan

İF-4184y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn torpaqların meliorasiyası və rekultivasiyasının nəzəri əsaslarını, torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi prinsiplərini öyrədir. Fənn çərçivəsində torpaqların eroziyası, şorlaşması, deqradasiyası və çirklənməsi, onların meliorasiya və rekultivasiya üsulları, neftlə çirklənmiş torpaqların bərpası, həmçinin torpaq mühafizəsinin ekoloji əsasları və dayanıqlı torpaq idarəçiliyi məsələləri təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji mühafizəsinin əsas prinsiplərini izah edir.

  2. CLO 2: Torpaqların deqradasiyası, eroziyası, şorlaşması və çirklənmə səbəblərini təhlil edir.

  3. CLO 3: Müxtəlif torpaq tipləri üçün meliorasiya və rekultivasiya üsullarını tətbiq edir.

  4. CLO 4: Torpaqların ekoloji vəziyyətini və meliorativ tədbirlərin səmərəliliyini qiymətləndirir.

  5. CLO 5: Çirklənmiş və pozulmuş torpaqların bərpası üzrə müvafiq tədbirləri əsaslandırır.

  6. CLO 6: Torpaq ehtiyatlarının mühafizəsi və dayanıqlı istifadəsinə yönəlmiş mühəndislik həllərini təklif edir.