Fənn · Ekologiya mühəndisliyi
Məsafədən zondlanmanın fiziki əsasları
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn məsafədən zondlanmanın fiziki əsaslarını, elektromaqnit şüalanmasının xüsusiyyətlərini və Yer səthinin məsafədən tədqiqi prinsiplərini öyrədir. Fənn çərçivəsində təbii obyektlərin spektral xarakteristikaları, məsafədən zondlama sistemləri və sensorları, peyk məlumatlarının əldə edilməsi və emalı, radiometrik xüsusiyyətlər, həmçinin məsafədən zondlama məlumatlarının ekoloji monitorinq və təbii ehtiyatların idarə edilməsində tətbiqi təhlil edilir.
Fənn təlim nəticələri
CLO 1: Məsafədən zondlanmanın fiziki əsaslarını, elektromaqnit şüalanmasının xüsusiyyətlərini və spektr diapazonlarını izah edir.
CLO 2: Təbii obyektlərin spektral xüsusiyyətlərini və elektromaqnit şüalanması ilə qarşılıqlı təsirini təhlil edir.
CLO 3: Məsafədən zondlama sistemlərinin əsas növlərini, sensorlarını və iş prinsiplərini müəyyən edir.
CLO 4: Məsafədən zondlama məlumatlarının toplanması, emalı və interpretasiyası üsullarını tətbiq edir.
CLO 5: Məsafədən zondlama təsvirlərindən ətraf mühitin monitorinqi və təbii ehtiyatların qiymətləndirilməsində istifadə edir.
CLO 6: Məsafədən zondlama məlumatlarının ekoloji problemlərin həlli və qərarların qəbulunda tətbiqini əsaslandırır.