Fənn · Ekologiya mühəndisliyi

Ətraf mühitin kimyası və toksikologiyanın əsasları

İF-4176y5 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ətraf mühitdə baş verən fiziki-kimyəvi prosesləri, atmosfer, hidrosfer və litosferin kimyəvi xüsusiyyətlərini, həmçinin çirkləndirici maddələrin ətraf mühitdə davranışını öyrədir. Fənn çərçivəsində toksikologiyanın əsasları, zəhərli maddələrin təsnifatı, toksiki təsir mexanizmləri, toksikokinetika və biotransformasiya prosesləri, sənaye çirkləndiricilərinin ekotoksikoloji xüsusiyyətləri, eləcə də radioaktiv maddələrin təsiri və təhlükəsizlik prinsipləri təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ətraf mühitdə baş verən fiziki-kimyəvi prosesləri və geosferlərdə maddələrin çevrilmə qanunauyğunluqlarını izah edir.

  2. CLO 2: Atmosfer, hidrosfer və litosferdə baş verən kimyəvi prosesləri və çirkləndirici maddələrin davranışını təhlil edir.

  3. CLO 3: Zəhərli maddələrin təsnifatını, toksik xüsusiyyətlərini və orqanizmə təsir mexanizmlərini müəyyən edir.

  4. CLO 4: Toksikoloji göstəriciləri və zərərli maddələrin ekoloji risklərini qiymətləndirir.

  5. CLO 5: Toksikokinetika, biotransformasiya və radioaktiv şüalanmanın ətraf mühitə və canlı orqanizmlərə təsirini şərh edir.

  6. CLO 6: Ətraf mühitin kimyəvi çirklənməsinin və toksik təsirlərin azaldılmasına yönəlmiş tədbirləri əsaslandırır.