Fənn · Ekologiya mühəndisliyi

Mülki müdafiəSillabus

İF-4153y3 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4153y
Kredit
3
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 15 saat seminar
Auditoriyadan kənar saatlar
a) 18 saat MRTSİ b) 27 saat TSİ

Fənn haqqında

Bu fənni öyrənən tələbə dinc həyat Гәаһууән və müharibə dövründə Azərbaycan respublikası ərazisində bütün insanların torpaq, su və hava məkanının, istehsalat və sosial obyektlərin və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün dövlət hökumət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyala keçirilən tədbirlər sistemi haqqında geniş biliklərə malik olacaq.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi
  • problem-based learning
  • seminar
  • case study

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Mülki müdafiənin məqsədini, vəzifələrini, prinsiplərini və normativ-hüquqi əsaslarını izah edir.

  2. CLO 2: Təbii və texnogen fövqəladə halların növlərini, yaranma səbəblərini və mümkün nəticələrini müəyyən edir.

  3. CLO 3: Fövqəladə hallarda əhalinin mühafizəsi və təhlükəsizlik tədbirlərini tətbiq edir.

  4. CLO 4: Fövqəladə hallar zamanı risklərin qiymətləndirilməsi və operativ fəaliyyət qaydalarını təhlil edir.

  5. CLO 5: Fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsi və istifadəsini nümayiş etdirir.

  6. CLO 6: Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirləri əsaslandırır.

Mövzu planı

  1. 1.
    Mülki müdafiənin əsaslarıMühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri

  2. 2.
    2. MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr.Mühazirə

    Mülki müdafiə qüvvələrinin strukturu və idarəetmə səviyyələri. Peşəkar xilasedici bölmələr və onların funksiyaları. Könüllü mülki müdafiə formalaşmaları və icma əsaslı iştirak. Hərbiləşdirilməmiş dəstələrin tərkibi, vəzifələri və fəaliyyət istiqamətləri. Fövqəladə hallarda qüvvələrin qarşılıqlı fəaliyyəti və koordinasiya mexanizmləri

  3. 3.
    1. MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr.Məşğələ

    Sənaye və infrastruktur obyektlərində mülki müdafiənin təşkili. Sənaye müəssisələrində mülki müdafiə sisteminin qurulması prinsipləri. Kritik infrastruktur obyektlərində risklərin idarə olunması yanaşmaları. Obyekt səviyyəsində mülki müdafiə planlaşdırılması və cavab mexanizmləri. Obyekt personalının hazırlığı və təlim sistemi. Texnogen risklərə qarşı mühəndis-texniki və təşkilati tədbirlər.

  4. 4.
    3. Fövqəladə hallar və onların xarakteristikasıMühazirə

    FH anlayışı və təsnifatı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər və müasir nümunələr. Şüalanma dozası, doza gücü və təsirlər. İonlaşdırıcı şüalar: mənbələr və təsir mexanizmi. AES qəzaları və radioaktiv çirklənmə ssenariləri. Kimyəvi təhlükəli obyektlər və maddələr. Partlayış, yanğın təhlükəli qəzalar, onların idarə olunması

  5. 5.
    4. Hərbi xarakterli fövqəladə hallarMühazirə

    Müasir hərbi təhlükələr və hibrid risklər. Nüvə silahı və zədələyici amilləri. Kimyəvi silah və təsir xüsusiyyətləri. Bioloji (bakterioloji) silah. Adi qırğın vasitələri. Hərbi xarakterli fövqəladə halların əhali və infrastruktur üçün nəticələri

  6. 6.
    5. Təbii xarakterli fövqəladə hallarMühazirə

    Zəlzələlər və seysmik risklər. Sel və daşqınlar. Torpaq sürüşmələri. Qasırğa, güclü külək, qar uçqunları. Quraqlıq və ekstremal temperatur hadisələri. İqlim dəyişmələrinin yaratdığı risklər.

  7. 7.
    2. Təbii xarakterli fövqəladə hallarMəşğələ

    Təbii fəlakətlərin sosial-iqtisadi və ekoloji nəticələri.

  8. 8.
    6. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsiMühazirə

    Fövqəladə hallarda istifadə olunan nəzarət və monitorinq cihazlarının rolu. Radiasiya, kimyəvi və toksik mühitin operativ qiymətləndirilməsi prinsipləri. Müasir mülki müdafiə və fövqəladə hallar xidmətlərində istifadə olunan cihazlar

  9. 9.
    7. FH-da əhalinin mühafizəsinin əsaslarıMühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. MM-in vahid xəbərdarlıq siqnalları (CELL BROADCAST sisteminin iş prinsipi) .Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması

  10. 10.
    8. Fərdi mühafizə vəsaitləriMühazirə

    Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı

  11. 11.
    Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illəri)Mühazirə

    Bu mövzu 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəblərini və fəaliyyətini əhatə edir. Dövlətin 23 aylıq fəaliyyəti dövründə həyata keçirilən siyasi, iqtisadi, hüquqi və təhsil sahəsində islahatlar araşdırılır. Xarici siyasətdə əldə olunan diplomatik uğurlar və beynəlxalq münasibətlərdə atılan addımlar təhlil edilir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki əhəmiyyəti xüsusi vurğulanır.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  12. 12.
    Mülki müdafiənin mühafizə qurğularıMühazirə

    MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi

  13. 13.
    4. Mülki müdafiənin mühafizə qurğularıMəşğələ

    Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləşdirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları

  14. 14.
    10. Mülki müdafiənin mühafizə qurğularıMəşğələ

    Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi

  15. 15.
    11. FH-da əhalinin köçürülməsi Mühazirə

    Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi.

  16. 16.
    12. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər

  17. 17.
    5. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Məşğələ

    Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri

  18. 18.
    13. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ

    FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər

  19. 19.
    6. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi

  20. 20.
    14. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması

  21. 21.
    7. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıMəşğələ

    Tam və qismi sanitar təmizləmənin keçirilməsi

  22. 22.
    15. Fövqəladə hal baş verdikdə ilkin tibbi yardımMühazirə

    Zədələnmələr zamanı ilk tibbi yardım

  23. 23.
    8. Fövqəladə hal baş verdikdə ilkin tibbi yardımMəşğələ

    Travmalar, qanaxma, sınıq və yanıqlar zamanı ilkin yardımın göstərilməsi, CPR elementləri və zərərçəkənin təhlükəsiz təxliyəyə hazırlanması

  24. 24.
    1. Mülki müdafiənin hüquqi əsasları və təşkiliSərbəst iş

    Mülki müdafiə haqqında qanunvericilik, məqsəd, vəzifələr və idarəetmə sistemi araşdırılır.

  25. 25.
    QEYRI-ƏTALƏT HESABLAMA SISTEMLƏRI.Mühazirə

    Bu mövzuda qeyri-ətalət hesablama sistemlərinin mahiyyəti, onların ətalət hesablama sistemlərindən fərqi və Nyuton mexanikasında tutduğu yer öyrənilir. Qeyri-ətalət istinad sistemlərinin sürətlənən və ya fırlanan koordinat sistemləri olduğu izah edilir. Belə sistemlərdə cismin hərəkətini düzgün təsvir etmək üçün həqiqi qüvvələrlə yanaşı, inersiya (xəyali) qüvvələrinin də nəzərə alınmasının zəruriliyi əsaslandırılır. Mövzuda inersiya qüvvəsi, mərkəzdənqaçma qüvvəsi, Koriolis qüvvəsi və Eyler qüvvəsinin yaranma səbəbləri, riyazi ifadələri və fiziki mənaları təhlil edilir. Yer kürəsinin fırlanması nəticəsində baş verən hadisələr – Fuko rəqqası, küləklərin istiqamətinin dəyişməsi, okean cərəyanları və ballistik hərəkətlərdə Koriolis qüvvəsinin təsiri real nümunələr əsasında izah olunur. Həmçinin qeyri-ətalət sistemlərinin mühəndislik, aviasiya, kosmik texnika, robototexnika, naviqasiya və avtomatik idarəetmə sistemlərində tətbiqləri nəzərdən keçirilir. Mövzu tələbələrdə müxtəlif istinad sistemlərində mexaniki prosesləri təhlil etmək, inersiya qüvvələrinin təsirini qiymətləndirmək və onların praktik tətbiqlərini izah etmək bacarıqlarının formalaşdırılmasına xidmət edir.

    • Mövzunun mənimsənilməsi nəticəsində tələbə: Ətalət və qeyri-ətalət hesablama sistemləri anlayışlarını izah edir və onların fərqlərini müəyyənləşdirir. Qeyri-ətalət hesablama sistemlərində hərəkətin təsvir xüsusiyyətlərini təhlil edir. Ətalət qüvvələrinin yaranma səbəblərini və fiziki mahiyyətini izah edir. Mərkəzdənqaçma ətalət qüvvəsini və onun fırlanan sistemlərdə təsirini izah edir. Koriolis qüvvəsinin yaranma mexanizmini və hərəkət edən cisimlərə təsirini təhlil edir. Qeyri-ətalət sistemlərində Nyuton qanunlarının tətbiq xüsusiyyətlərini izah edir. Ətalət qüvvələrindən istifadə etməklə müxtəlif mexaniki hadisələri və praktiki məsələləri təhlil edir. Fırlanan sistemlərdə, Yer səthində baş verən proseslərdə və texniki qurğularda qeyri-ətalət sistemlərinin rolunu qiymətləndirir. Qeyri-ətalət hesablama sistemlərinə aid fiziki məsələləri həll edir və alınan nəticələri əsaslandırı
  26. 26.
    3. Sənaye obyektlərində mülki müdafiənin təşkiliSərbəst iş

    Obyektlərdə mülki müdafiə planları, risklərin idarə olunması və personalın hazırlığı araşdırılır.

  27. 27.
    5. Fərdi mühafizə vasitələri və onların tətbiqiSərbəst iş

    Tənəffüs, dəri, göz və tibbi mühafizə vasitələrinin növləri və istifadəsi öyrənilir.

    • Tələbə fərdi mühafizə vasitələrinin növlərini tanıyır, onların təyinatını və istifadə qaydalarını izah edir.
  28. 28.
    6. Mühafizə qurğuları və onların istismarıSərbəst iş

    Sığınacaqların və radiasiya daldanacaqlarının quruluşu və istifadə qaydaları araşdırılır.

  29. 29.
    7. Xilasetmə və digər təxirəsalınmaz işlərSərbəst iş

    Xilasetmə işlərinin təşkili, qüvvə və vasitələrin fəaliyyəti öyrənilir

  30. 30.
    8. Təbii fəlakətlər və onların nəticələriSərbəst iş

    Zəlzələ, sel, sürüşmə, quraqlıq və iqlim dəyişmələrinin təsiri təhlil edilir.

  31. 31.
    9. İlk tibbi yardım və zərərçəkənlərin təxliyəsiSərbəst iş

    Travma, qanaxma, sınıq, yanıq və CPR qaydaları araşdırılır.

  32. 32.
    10. Sənaye obyektlərinin dayanıqlığının artırılmasıSərbəst iş

    Obyektlərin dayanıqlığına təsir edən amillər və mühəndis-texniki tədbirlər öyrənilir.

  33. 33.
    1. Mülki müdafiənin əsaslarıMühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri.

  34. 34.
    2. MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr. Mühazirə

    Mülki müdafiə qüvvələrinin strukturu və idarəetmə səviyyələri. Peşəkar xilasedici bölmələr və onların funksiyaları. Könüllü mülki müdafiə formalaşmaları və icma əsaslı iştirak. Hərbiləşdirilməmiş dəstələrin tərkibi, vəzifələri və fəaliyyət istiqamətləri. Fövqəladə hallarda qüvvələrin qarşılıqlı fəaliyyəti və koordinasiya mexanizmləri

  35. 35.
    1. MM qüvvələri: peşəkar, könüllü və hərbiləşdirilməmiş dəstələr. Məşğələ

    Sənaye və infrastruktur obyektlərində mülki müdafiənin təşkili. Sənaye müəssisələrində mülki müdafiə sisteminin qurulması prinsipləri. Kritik infrastruktur obyektlərində risklərin idarə olunması yanaşmaları. Obyekt səviyyəsində mülki müdafiə planlaşdırılması və cavab mexanizmləri. Obyekt personalının hazırlığı və təlim sistemi. Texnogen risklərə qarşı mühəndis-texniki və təşkilati tədbirlər

  36. 36.
    3. Fövqəladə hallar və onların xarakteristikasıMühazirə

    FH anlayışı və təsnifatı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər və müasir nümunələr. Şüalanma dozası, doza gücü və təsirlər. İonlaşdırıcı şüalar: mənbələr və təsir mexanizmi. AES qəzaları və radioaktiv çirklənmə ssenariləri. Kimyəvi təhlükəli obyektlər və maddələr. Partlayış, yanğın təhlükəli qəzalar, onların idarə olunması

  37. 37.
    4. Hərbi xarakterli fövqəladə hallarMühazirə

    Müasir hərbi təhlükələr və hibrid risklər. Nüvə silahı və zədələyici amilləri. Kimyəvi silah və təsir xüsusiyyətləri. Bioloji (bakterioloji) silah. Adi qırğın vasitələri. Hərbi xarakterli fövqəladə halların əhali və infrastruktur üçün nəticələri

  38. 38.
    5. Təbii xarakterli fövqəladə hallar.Mühazirə

    Zəlzələlər və seysmik risklər. Sel və daşqınlar. Torpaq sürüşmələri. Qasırğa, güclü külək, qar uçqunları. Quraqlıq və ekstremal temperatur hadisələri. İqlim dəyişmələrinin yaratdığı risklər

  39. 39.
    Mülki müdafiənin əsaslarıMühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri

  40. 40.
    Mülki müdafiənin əsaslarıMühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri

  41. 41.
    Mülki müdafiənin əsaslarıMühazirə

    “Mülki müdafiə haqqında” AR qanununun əsas müddəaları. Mülki müdafiənin strateji məqsədləri və vəzifələri. Dövlət təhlükəsizlik və risk idarəetmə sistemində MM-in rolu FH-da MM-nin idarəetməi prinsipləri.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5