Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn tələbələrə kimyanın əsas nəzəri prinsiplərini, stexiometrik qanunları, kimyəvi proseslərin termodinamik və kinetik əsaslarını, məhlulların və dispers sistemlərin xassələrini, oksidləşmə-reduksiya reaksiyalarını, elektroliz və korroziya proseslərini, həmçinin mühüm qeyri-üzvi birləşmələrin quruluşu, alınması, xassələri və tətbiq sahələri haqqında fundamental biliklər qazandırır.
Fənn təlim nəticələri
CLO 1: Kimyanın əsas anlayışlarını, qanunlarını və nəzəri prinsiplərini izah edir.
CLO 2: Kimyəvi hesablamalarda stexiometrik qanunları tətbiq edir.
CLO 3: Kimyəvi proseslərin termodinamik və kinetik qanunauyğunluqlarını təhlil edir.
CLO 4: Məhlulların, dispers sistemlərin, oksidləşmə-reduksiya reaksiyalarının, elektroliz və korroziya proseslərinin xüsusiyyətlərini qiymətləndirir.
CLO 5: Qeyri-üzvi birləşmələrin quruluşunu, alınma üsullarını və fiziki-kimyəvi xassələrini müəyyən edir.
CLO 6: Kimyəvi bilikləri laboratoriya təcrübələrində və mühəndislik məsələlərinin həllində tətbiq edir.