Fənn · Cihaz mühəndisliyi (bachelor)
Texniki xarici dil (ingilisi dili)
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Texniki xarici dil (ingilis dili) fənni mühəndislik, IT və digər texniki sahələrdə çalışan tələbələrə peşəkar fəaliyyətdə istifadə olunan ixtisas terminologiyasını, beynəlxalq standartları və texniki sənədləşmə qaydalarını öyrədir. Kurs çərçivəsində tələbələr texniki təlimatları, layihə sənədlərini və elmi məqalələri sərbəst oxuyub anlamaq, həmçinin beynəlxalq iş mühitində peşəkar ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirirlər. Bütövlükdə bu fənn qlobal əmək bazarında rəqabətədavamlı mütəxəssis kimi fəaliyyət göstərmək üçün zəruri olan linqvistik və peşəkar bünövrəni formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: FTN 1 İxtisas terminologiyasından istifadə: Tələbə öz sahəsinə aid əsas texniki terminologiyanı, abreviaturaları və peşəkar leksikanı şifahi və yazılı ünsiyyətdə düzgün tətbiq etməyi bacarır.
CLO 2: FTN 2 Texniki sənəd və mətnləri oxuyub-anlama: Tələbə ixtisası üzrə texniki təlimatları, spesifikasiyaları, standartları, elmi-texniki məqalələri və sxem təsvirlərini müstəqil oxuyur və əsas məlumatları təhlil edir.
CLO 3: FTN 3 Texniki yazı və sənədləşmə bacarıqları: Tələbə texniki hesabatlar, layihə xülasələri (abstract), işçi təlimatları və sahəvi elektron məktublaşmaları akademık və peşəkar standartlara uyğun tərtib edir.
CLO 4: FTN 4 Peşəkar mühitdə şifahi ünsiyyət və təqdimat: Tələbə texniki mövzularda, layihə təqdimatlarında və ya mühəndislik müzakirələrində fikirlərini ingilis dilində sərbəst və anlaşıqlı ifadə edir.
CLO 5: FTN 5 Problemlərin təsviri və həlli prosesinin izahı: Tələbə texniki nasazlıqları, sistem xətalarını, onların yaranma səbəblərini və həlli mərhələlərini ingilis dilində dəqiq və strukturlaşdırılmış şəkildə izah edir.