Fənn · Cihaz mühəndisliyi (bachelor)

Materialşünaslıq.Mövzu planı

İF-36119y6 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

14 mövzu
  1. 1. Metalların kristallik quruluşu və ondakı qüsurlar. Kristalın deformasiya olunmasına dislokasiyaların təsiri və diffuziya.

    Mühazirə

    Metalların kristal quruluşu, qüsurlar, deformasiya mexanizmləri və diffuziya prosesləri.

  2. 2. Metalların atom-kristal qəfəsləri, struktur və xassələri. Kristal qəfəslərdə yaranan qüsurlar (dislokasiya strukturu). Kristalloqrafik istiqamətlər və müstəvilər.

    Mühazirə

    Kristal qəfəslər, dislokasiyalar və kristalloqrafik istiqamətlər.

  3. 3. Maddənin üç aqreqat halı. Maye metalın kristallaşma prosesinin mexanizmi. Maye metalın kristallaşması zamanı termiki soyuma əyriləri.

    Mühazirə

    Maddənin aqreqat halları, kristallaşma mexanizmi və soyuma əyriləri.

  4. 4. Metalların ümumi xassələri (mexaniki, fiziki, kimyəvi və texnoloji). Mexaniki xassələrin təyin edilmə üsulları. Metallik ərintilərin nəzəri əsasları. Ərinti sistemində yaranan struktur və fazalar. Gibbs qaydası və onun ərinti sistemində tətbiqi.

    Mühazirə

    Metalların xassələri, mexaniki sınaqlar və faza tarazlığı (Gibbs qaydası).

  5. 5. Ərintilərin hal diaqramlarının qurulması üsulları. I; II; III; IV növ hal diaqramları. Parçalar qaydası və fazalar qanunu.

    Mühazirə

    Hal diaqramlarının növləri, fazalar qaydası və diaqram qurulması üsulları.

  6. 6. Dəmir-karbon (dəmir-sementit) hal diaqramı. Dəmir-karbon ərintilərində faza çevrilmələri. Fe-C diaqramında xarakterik xətlər və nöqtələr. Fe-C ərintilərinin faza və struktur çevrilmələrinin təhlili. Dəmir-karbon hal diaqramının praktiki əhəmiyyəti.

    Mühazirə

    Fe-C diaqramının strukturu, çevrilmələr və praktiki tətbiqi.

  7. 7. Poladların təsnifatı. Karbonlu poladlar, markaları, strukturları və tətbiq sahələri. Çuqunlar, təsnifatı (ağ, boz, düyün, modifikasiya edilmiş və yüksək möhkəm). Markaları, strukturları və tətbiq sahələri.

    Mühazirə

    Polad və çuqunların təsnifatı, markalanması və sənaye tətbiqi.

  8. 8. Termiki emal, növləri, aparılma texnologiyaları və tətbiq sahələri. Termiki emal üsullarının, rejimlərinin seçilmə prinsipi.

    Mühazirə

    Termiki emalın əsasları və texnologiyası.

  9. 9. Poladın termiki emalı, qızdırılma və soyutma zamanı baş verən əsas çevrilmələr (Vəssa çevrilmə) və bu çevrilmələrin getmə mexanizmi.

    Mühazirə

    Poladlarda soyutma və qızdırılma zamanı faza çevrilmələri (Vəssa çevrilməsi).

  10. 10. Kimyəv-termiki emal (KTE), növləri, aparılma texnologiyası və tətbiq sahələri. Termo-mexaniki emal (TME) növləri, aparılma texnologiyası və tətbiq sahələri.

    Mühazirə

    KTE və TME üsulları, texnologiyaları və tətbiqləri.

  11. 11. Konstruksiya poladları. Konstruksiya poladlarının kimyəvi tərkibinə, strukturuna, xassələrinə və tətbiq sahələrinə görə təsnifatı

    Mühazirə

    Konstruksiya poladlarının təsnifatı və tətbiqi.

  12. 12. Xüsusi kimyəvi-fiziki xassəli polad və ərintilər. Bu polad və ərintilərin təsnifatı, strukturları, xassələri, markaları və tətbiq sahələri.

    Mühazirə

    Xüsusi xassəli poladların təsnifatı və tətbiq imkanları.

  13. 13. Al, Cu, Mg və Titan ərintiləri, markaları, struktur və xassələri. Əlvan metal ərintilərinin termiki emal üsulları, struktur və xassələri, tətbiq sahələri.

    Mühazirə

    Əlvan metalların (Al, Cu, Mg, Ti) xassələri, emal üsulları və tətbiqi.

  14. 14. Ovuntu və qeyri-metal materiallar. Təsnifatı, alınma texnologiyası və tətbiq sahələri.

    Mühazirə

    Ovuntu metallurgiyası və qeyri-metallik materialların xassələri və texnologiyaları.