Ümumi məlumat
- Fənn kodu
- İF-36119y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat – mühazirə; b) 15 saat – məşğələ; c) 15 saat – laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 72 saat, b) hazırlıq - 48 saat
Fənn haqqında
" Materialşünaslıq" fənninin tədrisinin əsas məqsədi, bakalavr və magistrlərə xüsusi təyinatlı materialların- metalların, qeyri-metalların, plastik kütlələrin, təbiəti və xassələri, həmçinin onların texnikada daha səmərəli istifadəsi üçün kompleks xassələrinin artırılması üsulları barədə müəyyən bilik aşılamaq, gələcək mütəxəssisləri metal və metallik məmulatların təsnifatı, bu materialların alınma üsulları, tərkibləri,tərkib və xassələri arasında əlaqələrin yaradılması, tətbiq sahələri barədə ümumi biliyi aşılamaq, metal və metallik ərintilərin keyfiyətlənin, xassələrinin müxtəlif üsullarla artırılması üsulları barədə müəyyən təcrübəyə yiyələndirməkdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Metalların kristallik quruluşu və ondakı qüsurlar. Kristalın deformasiya olunmasına dislokasiyaların təsiri və diffuziya.Mühazirə
Metalların kristal quruluşu, qüsurlar, deformasiya mexanizmləri və diffuziya prosesləri.
- 2.Metalların atom-kristal qəfəsləri, struktur və xassələri. Kristal qəfəslərdə yaranan qüsurlar (dislokasiya strukturu). Kristalloqrafik istiqamətlər və müstəvilər.Mühazirə
Kristal qəfəslər, dislokasiyalar və kristalloqrafik istiqamətlər.
- 3.Maddənin üç aqreqat halı. Maye metalın kristallaşma prosesinin mexanizmi. Maye metalın kristallaşması zamanı termiki soyuma əyriləri.Mühazirə
Maddənin aqreqat halları, kristallaşma mexanizmi və soyuma əyriləri.
- 4.Metalların ümumi xassələri (mexaniki, fiziki, kimyəvi və texnoloji). Mexaniki xassələrin təyin edilmə üsulları. Metallik ərintilərin nəzəri əsasları. Ərinti sistemində yaranan struktur və fazalar. Gibbs qaydası və onun ərinti sistemində tətbiqi.Mühazirə
Metalların xassələri, mexaniki sınaqlar və faza tarazlığı (Gibbs qaydası).
- 5.Ərintilərin hal diaqramlarının qurulması üsulları. I; II; III; IV növ hal diaqramları. Parçalar qaydası və fazalar qanunu.Mühazirə
Hal diaqramlarının növləri, fazalar qaydası və diaqram qurulması üsulları.
- 6.Dəmir-karbon (dəmir-sementit) hal diaqramı. Dəmir-karbon ərintilərində faza çevrilmələri. Fe-C diaqramında xarakterik xətlər və nöqtələr. Fe-C ərintilərinin faza və struktur çevrilmələrinin təhlili. Dəmir-karbon hal diaqramının praktiki əhəmiyyəti.Mühazirə
Fe-C diaqramının strukturu, çevrilmələr və praktiki tətbiqi.
- 7.Poladların təsnifatı. Karbonlu poladlar, markaları, strukturları və tətbiq sahələri. Çuqunlar, təsnifatı (ağ, boz, düyün, modifikasiya edilmiş və yüksək möhkəm). Markaları, strukturları və tətbiq sahələri.Mühazirə
Polad və çuqunların təsnifatı, markalanması və sənaye tətbiqi.
- 8.Termiki emal, növləri, aparılma texnologiyaları və tətbiq sahələri. Termiki emal üsullarının, rejimlərinin seçilmə prinsipi.Mühazirə
Termiki emalın əsasları və texnologiyası.
- 9.Poladın termiki emalı, qızdırılma və soyutma zamanı baş verən əsas çevrilmələr (Vəssa çevrilmə) və bu çevrilmələrin getmə mexanizmi.Mühazirə
Poladlarda soyutma və qızdırılma zamanı faza çevrilmələri (Vəssa çevrilməsi).
- 10.Kimyəv-termiki emal (KTE), növləri, aparılma texnologiyası və tətbiq sahələri. Termo-mexaniki emal (TME) növləri, aparılma texnologiyası və tətbiq sahələri.Mühazirə
KTE və TME üsulları, texnologiyaları və tətbiqləri.
- 11.Konstruksiya poladları. Konstruksiya poladlarının kimyəvi tərkibinə, strukturuna, xassələrinə və tətbiq sahələrinə görə təsnifatıMühazirə
Konstruksiya poladlarının təsnifatı və tətbiqi.
- 12.Xüsusi kimyəvi-fiziki xassəli polad və ərintilər. Bu polad və ərintilərin təsnifatı, strukturları, xassələri, markaları və tətbiq sahələri.Mühazirə
Xüsusi xassəli poladların təsnifatı və tətbiq imkanları.
- 13.Al, Cu, Mg və Titan ərintiləri, markaları, struktur və xassələri. Əlvan metal ərintilərinin termiki emal üsulları, struktur və xassələri, tətbiq sahələri.Mühazirə
Əlvan metalların (Al, Cu, Mg, Ti) xassələri, emal üsulları və tətbiqi.
- 14.Ovuntu və qeyri-metal materiallar. Təsnifatı, alınma texnologiyası və tətbiq sahələri.Mühazirə
Ovuntu metallurgiyası və qeyri-metallik materialların xassələri və texnologiyaları.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |