Fənn · Cihaz mühəndisliyi (bachelor)
Cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri” fənni 050604 – “Cihaz mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrin gələcək fəaliyyəti üçün zəruri olan peşəkar və akademik kompetensiyaları formalaşdırmaq məqsədi daşıyır. Fənnin tədrisi bakalavrları avtomatlaşdırılmış layihələndirmə sistemlərinin funksional təyinatları, quruluşları və iş prinsipləri barəsində sistemli nəzəri biliklərlə təmin edir. Kurs çərçivəsində tələbələrə sadə və mürəkkəb sistemlərin konseptual layihələndirilməsi metodikası, həndəsi modelləşdirmə və kompüter qrafikası sahəsində mürəkkəb tapşırıqları həll etmək bacarıqları aşılanır. Proqram sayəsində tələbələr müasir sənaye təyinatlı layihələndirmə komplekslərindən istifadə vərdişlərinə yiyələnərək istehsalatda səmərəli fəaliyyət göstərmək imkanı qazanırlar. Tədris planına layihələndirmənin sistem analizi, avtomatlaşdırılmış sistemlərin texniki, riyazi və digər təminat növləri, həmçinin istehsal təyinatlı xüsusi sistemlər və modern CALS texnologiyaları mövzuları daxildir.
Fənn təlim nəticələri
CLO 1: FTN 1 (ALS-in funksiyaları və təminat növlərinin mənimsənilməsi): Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (ALS/CAD) funksional təyinatını, quruluşunu, iş prinsiplərini və təminat növlərini (proqram, aparat, informasiya və s.) təhlil etmək.
CLO 2: FTN 2 (Həndəsi modelləşdirmə və kompüter qrafikası): Həndəsi modelləşdirmə və kompüter qrafikası alətlərindən istifadə edərək cihaz və maşın detallarının 2D/3D rəqəmsal modellarını qurmaq.
CLO 3: FTN 3 (Konseptual və kompleks layihələndirmə): Sadə və mürəkkəb cihaz sistemlərinin konseptual layihələndirilməsi metodikasını tətbiq etməklə mühəndislik layihələrini işləyib hazırlamaq.
CLO 4: FTN 4 (Sənaye təyinatlı ALS komplekslərinin tətbiqi): Cihazqayırma sahəsində mürəkkəb mühəndislik tapşırıqlarını həll etmək üçün sənaye təyinatlı layihələndirmə proqram komplekslərindən (CAD/CAM/CAE) peşəkar səviyyədə istifadə etmək.
CLO 5: FTN 5 (Rəqəmsal mühəndislik həllərinin inteqrasiyası): Müasir avtomatlaşdırılmış layihələndirmə sistemlərindən əldə olunan bilik və bacarıqları istehsalat proseslərinin səmərəliliyini artırmaq üçün kompleks cihazqayırma məsələlərinə inteqrasiya etmək.