Ümumi məlumat
- Fənn kodu
- İFS-44y-
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat – mühazirə; b) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 72 saat – sərbəst iş; b) 48 saat – hazırlıq
Fənn haqqında
“Xüsusi təyinatlı materiallar” fənninin məqsədi 050601- “Aerokosmik mühəndislik” ixtisası üzrə bakalavr pilləsində təhsilalanlarda metal əsasli xüsusi təyinatli kompozitlər, keramika əsasında kompozit materiallar, hidratsellyuloz liflərdən karbon lifləri, fəza armaturlaşdırılmış kompozisiya materialları,qeyri metal əsasli xüsusi təyinatli kompozitlər, forma yaddaşlı ağıllı polimer kompozitlər, xüsusi məqsədlər üçün nanokompozit materialların əsas müddəalarını tələbələrə öyrətmək, müvafiq struktur və analiz metodlarından, proqram-texniki vasitələrdən istifadə bacarığını aşılamaqdır. Xüsusilə də Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan zavodlarda istehsal olunan silah və hərbi təyinatlı maşınların istehsalında qəbul olunmuş standartlar çərçivəsində keyfiyyətli, etibarlı və səmərəli məmulatların istehsalı və onların tətbiq olunmasıdır.
Tədris metodları
- interaktiv müzakirə
- mühazirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Metal matrisli kompozit materiallar. Metal liflər. Metal liflərin xassələri və tətbiqi. Qara metal və ərintilərdən məftillər.Mühazirə
Metal matrisli kompozitlərin əsasları və metal liflərin xüsusiyyətlərinin öyrənilməsi.
- 2.Metal lifli kompozisiya materialları. Lifli kompozisiya materiallarının xarakteristikası. Metal matrissa əsasında kompozitlərin əsas növləri, xassələri, alınma metodları və tətbiq sahələri.Mühazirə
Lifli kompozitlərin təsnifatı və onların alınma texnologiyaları.
- 3.Metal lifli müxtəlif əsaslı kompozisiya materialları. Metal lifli müxtəlif əsaslı kompozisiya materiallarının tətbiq sahələri.Mühazirə
Müxtəlif əsaslı metal lifli kompozitlərin texniki xüsusiyyətləri.
- 4.Psevdoərintilər. Psevdoərintilərin xassələri və alınma metodları. Dəmir, Volfram, molibden, Nikel və Titan əsasında psevdoərintilərin xassələri və alınma metodları.Mühazirə
Psevdoərintilərin müxtəlif metal əsaslarında alınma xüsusiyyətləri.
- 5.Psevdoərintilərin tətbiq sahələri. Psevdoərintilərin alınma üsulları.Mühazirə
Psevdoərintilərin sənayedə istifadəsi və texnoloji alınma üsulları
- 6.Evtektik kompozisiya materialları. Evtektik kompozisiya materiallarının ümumi xarakteristikası. Evtektik kompozisiya materiallarının əriməlik diaqramları və strukturu.Mühazirə
Evtektik kompozitlərin quruluşu və faza diaqramlarının analizi.
- 7.Evtektik kompozision materialların alınma metodları.Mühazirə
Evtektik kompozitlərin istehsal prosesləri və texnologiyaları.
- 8.Keramika əsasında kompozit materiallar. Keramika kompozit materiallarının təsnifatı, üstünlükləri, mənfi cəhətləri və əsas xassələri.Mühazirə
Keramik kompozitlərin fiziki-mexaniki xassələri və tətbiqi.
- 9.Keramika kompozisiya materiallarının alınma metodları və tətbiq sahələri. Liflərlə və zərrəciklərlə möhkəmləndirilmiş keramika kompozisiya materialları.Mühazirə
Keramikanın müxtəlif yollarla möhkəmləndirilməsi üsulları.
- 10.Karbon-karbonlu kompozisiya materialları.Mühazirə
Yüksək temperaturadavamlı karbon-karbonlu kompozitlərin xassələri.
- 11.Hidratsellyuloz liflərdən karbon lifləri. Hidratsellyulozdan liflərin xarakteristikası. Hidratsellyulozların molekulyar strukturu.Mühazirə
Hidratsellyuloz əsaslı karbon liflərinin quruluşu və alınması.
- 12.Karbon lifləri əsasında materiallar. Karbon liflərinin tədqiqatlarının metodları və metodologiyası. Karbon lifli keramika kompozit materiallarının əsas xassələri.Mühazirə
Karbon lifli materialların tədqiqat üsulları və xassələri.
- 13.Fəza armaturlaşdırılmış kompozisiya materialları. Fəza armaturlaşdırılmasının yaradılma üsulları.Mühazirə
Materialların fəza istiqamətində möhkəmləndirilməsi texnologiyaları.
- 14.İki sap sistemi. Dörd sap sistemi. Liflərin viskerizasiyasıMühazirə
Müxtəlif sap sistemlərinin və lif quruluşunun analizi.
- 15.Qeyri metal əsaslı xüsusi təyinatlı kompozitlər. Polimer matrissa əsasında kompozitlər, onların tərkibi, xassələri, alınma metodları. Qatvari və dolanmış polimer kompozitlərin hazırlanma metodu.Mühazirə
Polimer kompozitlərin növləri və istehsal texnologiyaları.
- 16.Nanohibrid polimer – qeyri üzvi kompozitlərin zol – gel alınma metodları. Polimer kompozitlərin tətbiq sahələri. Dendrimerlər – polimerlərin və onların əsasında kompozitlərin yeni növü.Mühazirə
Nanohibrid materialların sintezi və dendrimer strukturlarının öyrənilməsi.
- 17.Mayekristallik kompozitlər. Maye kristalların əsas xassələri. Mayekristallik kompozitlərin alınma metodları. Mayekristallik kompozitlərin tətbiq sahələri.Mühazirə
Maye kristal fazaların kompozitlərdəki rolu və onların tətbiq texnologiyaları.
- 18.Xüsusi məqsədlər üçün polimer kompozit materiallar.Mühazirə
Xüsusi tələblərə cavab verən polimer əsaslı kompozitlərin inkişafı.
- 19.Kompozit materiallar və texnologiyalar. Kompozitlər üçün möhkəmləndirici materiallar. Fiberglas. Bazalt lifi. Karbon lifi. Aramid lifi.Mühazirə
Müxtəlif möhkəmləndirici liflərin (fiberglas, bazalt, karbon, aramid) xarakteristikası.
- 20.Xüsusi məqsədlər üçün maye şüşə kompozitlər. Şüşə və kvars lifləri. Şüşə liflərin xassələri. Üzvi və qeyri üzvi liflər. Bor liflər. Borvolfram liflər.Mühazirə
Maye şüşə və müxtəlif lifli materialların xüsusiyyətlərinin müqayisəsi.
- 21.Xüsusi məqsədlər üçün nanokompozit materiallar. Nanokompozitlər.Mühazirə
Nanomiqyaslı hissəciklərin matrisaya daxil edilməsi və xassələrin dəyişimi.
- 22.Torvari strukturlu materiallar. Qatvari nanokompozitlər. Tərkibində metallar və ya yarımkeçiricilər olan nanokompozitlər.Mühazirə
Mürəkkəb strukturlu (torvari, qatvari) və funksional tərkibli nanokompozitlərin analizi.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |