Subject · Military communications engineering

Radioverici, radioqəbuledici və antenna qurğuları

İF-4533y7 creditsAutumn semesterMandatory2025-2026

About this subject

Credits

7

Workload

210hours

Semester

Autumn

Academic year

2025-2026

Description

"radioverici, radioqəbuledici və antenna qurğulari” fənninin tədris olunmasında əsas məqsəd “hərbi rabitə mühəndisliyi” ixtisası haqqında ətraflı məlumat vermək, ixtisas üzrə mütəxəssisin gələcək fəaliyyəti üçün zəruri bilik və bacarıqları vermək, o cümlədən ümumilikdə radiotexniki qurğuların əsas kaskadlarının iş prinsiplərini, informasiya nəzəriyyəsini, müxtəlid tezlik diapazonlarında çalışan radiotexniki qurğuların spesfiklik xüsusiyyələrini, tezlik diapazonlarından asılı olaraq antenna qurğuların müxtəlif nöz konfiqurasiya və konstruksiyalarının öyrənilməsi, siqnalların yaranma texnologiyalarını, onların gücləndirilməsi, ötürülməsi və qəbulu prinsiplərininin əsaslarını tələbələrə öyrətmək, müasir rabitə avadanlıqlarının parametrlərinin hesabatının aparılma bacarığını aşılamaqdır. bu fənn göstərilən ixtisas üzrə bakalavriat hazırlığında əsas fənnlərdən biri sayılır.

Course learning outcomes

  1. CLO 1: Radiovericinin təyinatı, qurluşu, iş prinsipi və əsas spesfik prinsiplərini izah edilir.

  2. CLO 2: Radiovericinin əsas parametrləri və anlayışlarını izah edilir.

  3. CLO 3: Radioqəbuledicinin təyinatı, qurluşu, iş prinsipi və əsas spesfik prinsiplərini izah edilir.

  4. CLO 4: Superheterodin, birbaşa çevirməli və digər qəbuledici sxemlərin iş prinsiplərini müqayisə edilir.

  5. CLO 5: Həssaslıq, seçicilik, səs-küy əmsalı, dinamik diapazon və siqnal-küy nisbəti kimi əsas radioqəbuledici parametrlərini təhlil edilir.

  6. CLO 6: Modulyasiya və demodulyasiya proseslərini izah edir və am, fm, PM və rəqəmsal modulyasiya üsullarının xüsusiyyətlərini fərqləndirir.

  7. CLO 7: Antennaların təyinatları,iş prinsipləri, növləri və əsas parametrləri izah edilir.

  8. CLO 8: Laboratoriya və ölçmə avadanlıqlarından təhlükəsiz və düzgün istifadə edir, ölçmə nəticələrini emal və təhlil edir

  9. CLO 9: Radioverici, radioqəbuledici və antenna-fider sistemlərinin effektivliyini qiymətləndirir və onların təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirir.