Subject · Kimya mühəndisliyi
Ağıllı və funksional komposit materiallar
About this subject
Credits
6
Workload
180hours
Semester
—
Academic year
2026-2027
Description
“ağıllı və funksional kompozit materiallar” fənni kompozit materialların quruluşu, tərkibi, təsnifatı, alınma üsulları və xassələrinin öyrənilməsinə yönəlmişdir. fənn çərçivəsində polimer, metal və keramika əsaslı kompozit materiallar, nanokompozitlər, hibrid və çoxfunksiyalı materiallar, həmçinin xarici təsirlərə cavab verən ağıllı materialların xüsusiyyətləri öyrənilir. kompozit materiallarda tərkib–struktur–xassə əlaqələri, matris və möhkəmləndirici komponentlərin qarşılıqlı təsiri, materialların mexaniki, termiki, fiziki-kimyəvi və funksional xüsusiyyətləri təhlil edilir. fənnin əsas hədəfi tələbələrdə ağıllı və funksional kompozit materialların quruluşu, alınma texnologiyaları və tətbiq sahələri haqqında sistemli biliklər formalaşdırmaq, onların müxtəlif materialların xassələrini müqayisə etmək, uyğun kompozit materialı seçmək və onun funksional xüsusiyyətlərini qiymətləndirmək bacarıqlarını inkişaf etdirməkdir. fənnin məqsədi tələbələrə kompozit materialların tərkib və strukturunun onların xassələrinə təsirini müəyyənləşdirməyi, müxtəlif matris və möhkəmləndirici komponentlərin düzgün seçilməsini, materialların alınması və modifikasiyası üsullarını, müasir instrumental analiz metodlarının tətbiqini və alınmış nəticələrin elmi əsaslarla şərh edilməsini öyrətməkdir. eyni zamanda, tələbələrin ağıllı və funksional kompozit materialların sənaye, energetika, elektronika, ekologiya, tibb və digər müasir texnoloji sahələrdə tətbiq imkanlarını qiymətləndirmək, ekoloji təhlükəsizlik və davamlı inkişaf prinsiplərini nəzərə almaqla material seçimi və texniki həllər hazırlamaq bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.
Course learning outcomes
No learning outcomes have been added.