Fənn · Kimya mühəndisliyi

Ağıllı və funksional komposit materiallar

MS-09226 kreditMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

—

Tədris ili

2026-2027

Fənnin təsviri

“Ağıllı və funksional kompozit materiallar” fənni kompozit materialların quruluşu, tərkibi, təsnifatı, alınma üsulları və xassələrinin öyrənilməsinə yönəlmişdir. Fənn çərçivəsində polimer, metal və keramika əsaslı kompozit materiallar, nanokompozitlər, hibrid və çoxfunksiyalı materiallar, həmçinin xarici təsirlərə cavab verən ağıllı materialların xüsusiyyətləri öyrənilir. Kompozit materiallarda tərkib–struktur–xassə əlaqələri, matris və möhkəmləndirici komponentlərin qarşılıqlı təsiri, materialların mexaniki, termiki, fiziki-kimyəvi və funksional xüsusiyyətləri təhlil edilir. Fənnin əsas hədəfi tələbələrdə ağıllı və funksional kompozit materialların quruluşu, alınma texnologiyaları və tətbiq sahələri haqqında sistemli biliklər formalaşdırmaq, onların müxtəlif materialların xassələrini müqayisə etmək, uyğun kompozit materialı seçmək və onun funksional xüsusiyyətlərini qiymətləndirmək bacarıqlarını inkişaf etdirməkdir. Fənnin məqsədi tələbələrə kompozit materialların tərkib və strukturunun onların xassələrinə təsirini müəyyənləşdirməyi, müxtəlif matris və möhkəmləndirici komponentlərin düzgün seçilməsini, materialların alınması və modifikasiyası üsullarını, müasir instrumental analiz metodlarının tətbiqini və alınmış nəticələrin elmi əsaslarla şərh edilməsini öyrətməkdir. Eyni zamanda, tələbələrin ağıllı və funksional kompozit materialların sənaye, energetika, elektronika, ekologiya, tibb və digər müasir texnoloji sahələrdə tətbiq imkanlarını qiymətləndirmək, ekoloji təhlükəsizlik və davamlı inkişaf prinsiplərini nəzərə almaqla material seçimi və texniki həllər hazırlamaq bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.