General information
- Subject code
- MS-1420
- Credits
- 6
- Student workload
- 135
- Semester
- Autumn semester
- Academic year
- 2
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- 30 saat mühazirə 30 seminar
- Out-of-class hours
- 60 saat sərbəst iş və layihə fəaliyyəti
About the subject
Bu fənn kriptovalyuta protokollarının fəaliyyət prinsiplərinin, blokçeyn əsaslı rəqəmsal aktivlərin idarə olunması mexanizmlərinin və token iqtisadiyyatının nəzəri və praktiki əsaslarının öyrənilməsini nəzərdə tutur. fənn çərçivəsində bitcoin və ethereum kimi kriptovalyuta sistemlərinin arxitekturası, konsensus alqoritmləri, tranzaksiyaların emalı, tokenlərin yaradılması və dövriyyəsi, tokenomikanın əsas prinsipləri, tokenlərin paylanması modelləri və iqtisadi stimullaşdırma mexanizmləri araşdırılır. eyni zamanda, faydalı tokenlər (utility tokens), idarəetmə tokenləri (governance tokens), stabilkoinlər (stablecoins), mərkəzləşdirilməmiş maliyyə (defi) protokolları və ağıllı müqavilələrin token iqtisadiyyatında rolu öyrənilir. fənn tələbələrdə kriptovalyuta protokollarının təhlükəsizlik və etibarlılıq xüsusiyyətlərini təhlil etmək, token iqtisadiyyatının davamlılığını qiymətləndirmək, iqtisadi riskləri müəyyənləşdirmək və blokçeyn əsaslı layihələrin token modellərini təhlil etmək üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.
Teaching methods
- lecture
- interactive discussion
- project-based learning
- teamwork
- presentations
- seminar
Course learning outcomes (CLO)
CLO 1: Kriptovalyuta protokollarının arxitekturasını, tranzaksiya emalı, konsensus, blokların təsdiqlənməsi və şəbəkə iştirakçılarının qarşılıqlı fəaliyyət prinsiplərini izah edir; müxtəlif protokolların xüsusiyyətlərini müqayisə edir.
CLO 2: Token iqtisadiyyatının əsas anlayışlarını, token emissiyası və paylanması modellərini, təklif-tələb mexanizmlərini, vesting, staking, burning və mükafatlandırma modellərini təhlil edir.
CLO 3: Utility, governance, security və non-fungible token (nft) modellərini, stabilkoinlərin mexanizmlərini və tokenlərin ekosistem daxilində funksiyalarını müqayisə edir.
CLO 4: Kriptovalyuta protokollarının iqtisadi stimullarını və idarəetmə modellərini qiymətləndirir, iştirakçı davranışının protokolun təhlükəsizliyinə, mərkəzsizləşməsinə və dayanıqlılığına təsirini təhlil edir.
CLO 5: Defi protokollarının, likvidlik hovuzlarının, avtomatlaşdırılmış bazar yaradıcılarının və kreditləşmə mexanizmlərinin iş prinsiplərini izah edir, iqtisadi və texniki riskləri müəyyənləşdirir.
CLO 6: Protokol və token modellərində iqtisadi hücumları, manipulyasiya, likvidlik, oracle, konsentrasiya və idarəetmə risklərini qiymətləndirir, risklərin azaldılması üçün uyğun tədbirlər təklif edir.
CLO 7: Must have general knowledge of information security risks, their characteristics, and management. must have general knowledge of relevance, formation features and application of information security policy, as well as methods of ensuring it. must have general knowledge of information security audit basics, features, relevance, and procedural rules.
Topic plan
- 1.Kriptovalyuta protokollarına girişLecture
Kriptovalyuta protokollarının yaranması, əsas anlayışları, arxitekturası və blokçeyn ekosistemində rolu öyrənilir. mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş sistemlər, etimad modeli, şəbəkə iştirakçıları və protokol qaydaları müqayisə edilir.
- 2.. tranzaksiyalar, bloklar və şəbəkə arxitekturasıLecture
Tranzaksiyanın yaradılması və yoxlanılması, blokların quruluşu, qovşaqların qarşılıqlı fəaliyyəti, mempool, təsdiqlər və zəncirin bütövlüyü araşdırılır. UTXO və hesab əsaslı modellərin fərqləri izah olunur.
- 3.Konsensus və təhlükəsizlik mexanizmləriLecture
Proof of work, proof of stake və digər konsensus yanaşmaları müqayisə edilir. təhlükəsizlik, canlılıq, finality, enerji sərfiyyatı və iqtisadi stimulların protokolun işləməsinə təsiri təhlil olunur.
- 4.Bitcoin protokolu və iqtisadi modeliLecture
Bitcoin tranzaksiyaları, UTXO modeli, mədənçilik, blok mükafatı, emissiya qrafiki və yarılanma (halving) mexanizmi öyrənilir. mədənçilərin stimulları və şəbəkənin iqtisadi təhlükəsizliyi qiymətləndirilir.
- 5.Ethereum-un hesab modeli, gas, tranzaksiya haqları, validatorlar və smart müqavilələrin protokol daxilində rolu araşdırılır. digər platformalarla müqayisə və miqyaslana bilmə yanaşmaları müzakirə edilir.Lecture
- 6.Token standartları və token növləriLecture
Fungible və non-fungible tokenlər, erc-20, erc-721, erc-1155 kimi standartların ümumi prinsipləri və tokenlərin istifadə halları öyrənilir. token standartlarının uyğunluq və inteqrasiyaya təsiri təhlil olunur.
- 7.Tokenomikanın əsaslarıLecture
Tokenomika anlayışı, tokenin funksiyası, təklifin strukturu, dövriyyədə olan və maksimum təklif, emissiya tempi və token dəyərinə təsir edən amillər araşdırılır. i̇qtisadi modelin məqsədləri və fərziyyələri müəyyən edilir.
- 8.Token emissiyası, paylanması və vestingLecture
İlkin paylanma, komanda və investor payları, icma təşviqləri, vesting cədvəlləri, kilidləmə müddətləri və tokenlərin dövriyyəyə daxil olmasının bazara təsiri təhlil edilir. ədalətli paylanma və konsentrasiya riskləri müzakirə olunur.
- 9.Staking, mükafatlandırma və token yandırılmasıLecture
Staking, validator mükafatları, cərimələr, slashing, likvid staking və token burning mexanizmləri izah olunur. bu mexanizmlərin təklifə, iştirakçı davranışına və protokol təhlükəsizliyinə təsiri qiymətləndirilir.
- 10.Stabilkoinlər və qiymət sabitliyiLecture
Fiat təminatlı, kriptoaktivlə təminatlı və alqoritmik stabilkoinlərin modelləri müqayisə edilir. təminat, ehtiyatların şəffaflığı, peg-in qorunması, likvidlik və depeg riskləri təhlil olunur.
- 11.Defi protokolları və likvidlik iqtisadiyyatıLecture
Mərkəzləşdirilməmiş birjalar, avtomatlaşdırılmış bazar yaradıcıları, likvidlik hovuzları, kreditləşmə, borclanma və yield farming mexanizmləri öyrənilir. i̇mpermanent loss, likvidlik çatışmazlığı və gəlirlilik riskləri nəzərdən keçirilir.
- 12.İdarəetmə tokenləri və DAOLecture
Governance tokenlərinin funksiyaları, səsvermə mexanizmləri, təkliflərin irəli sürülməsi, nümayəndəlik, kvorum və qərarların icrası araşdırılır. səs gücünün konsentrasiyası, aşağı iştirak və idarəetmə hücumları təhlil edilir.
- 13.Governance tokenlərinin funksiyaları, səsvermə mexanizmləri, təkliflərin irəli sürülməsi, nümayəndəlik, kvorum və qərarların icrası araşdırılır. səs gücünün konsentrasiyası, aşağı iştirak və idarəetmə hücumları təhlil edilir.Lecture
Token dəyərinə təsir edən tələb, təklif, likvidlik, istifadə səviyyəsi, gəlir axınları və bazar gözləntiləri araşdırılır. bazar kapitallaşması, tam seyreltilmiş qiymətləndirmə (fdv), dövriyyə və token kilidlərinin təsiri izah olunur.
- 14.Kriptovalyuta protokollarında iqtisadi hücumlar və risklərLecture
51% hücumu, sybil hücumu, mev, flash-loan hücumları, oracle manipulyasiyası, rug pull və bazar manipulyasiyası kimi risklər konseptual səviyyədə təhlil edilir. risklərin erkən aşkarlanması və azaldılması tədbirləri müəyyən edilir.
- 15.Tənzimləmə, uyğunluq və yekun layihəLecture
Aml/kyc, vergi, istifadəçi müdafiəsi, açıqlama və hesabatlılıq məsələləri müzakirə olunur. tələbələr seçilmiş kriptovalyuta protokolu və ya token layihəsi üçün tokenomika təhlili, risk qiymətləndirilməsi və yekun təqdimat hazırlayırlar.
Reading list
- Andreas m. antonopoulos. mastering bitcoin: unlocking digital cryptocurrencies. o’reilly media
- Arvind narayanan et al. bitcoin and cryptocurrency technologies: a comprehensive introduction. princeton university press.
- Chris burniske and jack tatar. cryptoassets: the innovative investor’s guide to bitcoin and beyond. mcgraw-hill.
- —
- Fabian schär. decentralized finance: on blockchain- and smart contract-based financial markets. federal reserve bank of st. louis review, 2021.
- Bitcoin developer documentation:(opens in a new tab)
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-7 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-7 |