Subject · Information security (master)

Kriptovalyuta protokolları və token iqtisadiyyatı

MS-14206 creditsAutumn semesterElective2

About this subject

Credits

6

Workload

135hours

Semester

Autumn

Academic year

2

Description

Bu fənn kriptovalyuta protokollarının fəaliyyət prinsiplərinin, blokçeyn əsaslı rəqəmsal aktivlərin idarə olunması mexanizmlərinin və token iqtisadiyyatının nəzəri və praktiki əsaslarının öyrənilməsini nəzərdə tutur. fənn çərçivəsində bitcoin və ethereum kimi kriptovalyuta sistemlərinin arxitekturası, konsensus alqoritmləri, tranzaksiyaların emalı, tokenlərin yaradılması və dövriyyəsi, tokenomikanın əsas prinsipləri, tokenlərin paylanması modelləri və iqtisadi stimullaşdırma mexanizmləri araşdırılır. eyni zamanda, faydalı tokenlər (utility tokens), idarəetmə tokenləri (governance tokens), stabilkoinlər (stablecoins), mərkəzləşdirilməmiş maliyyə (defi) protokolları və ağıllı müqavilələrin token iqtisadiyyatında rolu öyrənilir. fənn tələbələrdə kriptovalyuta protokollarının təhlükəsizlik və etibarlılıq xüsusiyyətlərini təhlil etmək, token iqtisadiyyatının davamlılığını qiymətləndirmək, iqtisadi riskləri müəyyənləşdirmək və blokçeyn əsaslı layihələrin token modellərini təhlil etmək üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Kriptovalyuta protokollarının arxitekturasını, tranzaksiya emalı, konsensus, blokların təsdiqlənməsi və şəbəkə iştirakçılarının qarşılıqlı fəaliyyət prinsiplərini izah edir; müxtəlif protokolların xüsusiyyətlərini müqayisə edir.

  2. CLO 2: Token iqtisadiyyatının əsas anlayışlarını, token emissiyası və paylanması modellərini, təklif-tələb mexanizmlərini, vesting, staking, burning və mükafatlandırma modellərini təhlil edir.

  3. CLO 3: Utility, governance, security və non-fungible token (nft) modellərini, stabilkoinlərin mexanizmlərini və tokenlərin ekosistem daxilində funksiyalarını müqayisə edir.

  4. CLO 4: Kriptovalyuta protokollarının iqtisadi stimullarını və idarəetmə modellərini qiymətləndirir, iştirakçı davranışının protokolun təhlükəsizliyinə, mərkəzsizləşməsinə və dayanıqlılığına təsirini təhlil edir.

  5. CLO 5: Defi protokollarının, likvidlik hovuzlarının, avtomatlaşdırılmış bazar yaradıcılarının və kreditləşmə mexanizmlərinin iş prinsiplərini izah edir, iqtisadi və texniki riskləri müəyyənləşdirir.

  6. CLO 6: Protokol və token modellərində iqtisadi hücumları, manipulyasiya, likvidlik, oracle, konsentrasiya və idarəetmə risklərini qiymətləndirir, risklərin azaldılması üçün uyğun tədbirlər təklif edir.

  7. CLO 7: Must have general knowledge of information security risks, their characteristics, and management. must have general knowledge of relevance, formation features and application of information security policy, as well as methods of ensuring it. must have general knowledge of information security audit basics, features, relevance, and procedural rules.