Subject · Information security (master)

Telekom şəbəkələrinə hücumlar və müdafiə mexanizmləri

MS-14126 creditsAutumn semesterElective2

About this subject

Credits

6

Workload

135hours

Semester

Autumn

Academic year

2

Description

Fənn telekommunikasiya şəbəkələrində mövcud olan təhlükəsizlik təhdidlərinin, hücum üsullarının və müasir müdafiə mexanizmlərinin öyrənilməsini nəzərdə tutur. fənn çərçivəsində telekommunikasiya infrastrukturlarına yönəlmiş şəbəkə hücumları, xidmətin dayandırılması (dos/ddos), məlumatların ələ keçirilməsi və dəyişdirilməsi, saxtalaşdırma, trafik manipulyasiyası, siqnallaşma sistemlərinə hücumlar və digər kiber təhdidlər araşdırılır. həmçinin firewall, ids/ips, şəbəkə seqmentasiyası, autentifikasiya, girişə nəzarət, şifrələmə, təhlükəsiz protokollar, trafik monitorinqi və insidentlərin aşkarlanması və qarşısının alınması mexanizmləri öyrənilir. fənn tələbələrdə telekommunikasiya şəbəkələrində təhlükəsizlik risklərini müəyyənləşdirmək və qiymətləndirmək, hücumların əlamətlərini aşkar etmək, uyğun müdafiə mexanizmlərini seçmək və şəbəkənin məxfiliyini, bütövlüyünü, əlçatanlığını və dayanıqlılığını təmin etmək üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Telekommunikasiya şəbəkələrinin (mobil, sabit, ip-əsaslı) arxitekturasını və komponentlərini təsvir edə, bu şəbəkələrə qarşı yönələn müasir hücum növlərini (ddos, mitm, siqnalizasiya protokollarının zəiflikləri, ss7/diameter/gtp hücumları və s.) təsnif edə bilir;

  2. CLO 2: Telekom infrastrukturuna qarşı yönələn təhdidlər üzrə tədqiqat sualı formalaşdıra, hücum ssenarilərinə dair hipotezlər qura və risklərin qiymətləndirilməsi üçün metodoloji çərçivə (təhdid modelləşdirilməsi, zəiflik analizi) dizayn edə bilir;

  3. CLO 3: Şəbəkə təhlükəsizliyi sahəsində beynəlxalq standartları (3gpp, etsi, itu-t, gsma), akademik ədəbiyyatı və sənaye hesabatlarını sistemli şəkildə araşdıra, əldə edilən biliklər əsasında tədqiqat çərçivəsini formalaşdıra bilir;

  4. CLO 4: Şəbəkə trafikinin monitorinqi, hücum siqnaturlarının aşkarlanması və anomaliya analizi üçün müvafiq alət və metodları (ids/ips, log analizi, maşın öyrənməsi əsaslı aşkarlama) tətbiq edə, əldə edilmiş verilənləri statistik üsullarla işləyə və vizuallaşdıra bilir;

  5. CLO 5: Telekom şəbəkələrinin mühafizəsi üçün müdafiə mexanizmlərini (kriptoqrafik protokollar, autentifikasiya sxemləri, siqnalizasiya firewall-ları, şəbəkə seqmentasiyası, fövqəladə bərpa planları) layihələndirə və effektivliyini qiymətləndirə bilir;

  6. CLO 6: Real hücum hadisələrinin (sənaye insidentləri, case study-lər) texniki-analitik təhlilini apara, nəticələri elmi hesabat və ya layihə şəklində məntiqi strukturda yaza, şifahi və yazılı formada auditoriyaya təqdim edə bilir;

  7. CLO 7: Telekom təhlükəsizliyi sahəsində tədqiqatların aparılmasında etik və hüquqi prinsiplərə (icazəsiz sınaqların və real operator şəbəkələrinə müdaxilənin qadağan olunması, abunəçi məlumatlarının məxfiliyi) və metodoloji standartlara riayət etməklə müstəqil və ya komanda halında tədqiqat, layihə və ya dissertasiya işini hazırlaya bilir.