Subject · Information security (master)

Sənaye iot (iiot) təhlükəsizliyiSyllabus

MS-14146 creditsAutumn semesterElective2

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-1414
Credits
6
Student workload
80
Semester
Autumn semester
Academic year
2
Subject type
Elective
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
30 saat – mühazirə 15 saat – seminar
Out-of-class hours
40 saat – sərbəst iş 40 saat – analitik layihə işi və ya məsləhət

About the subject

Sənaye iot (iiot) təhlükəsizliyi» fənni sənaye müəssisələrində istifadə olunan əşyaların i̇nterneti (iot) texnologiyalarının və sənaye iot sistemlərinin təhlükəsizliyinin təmin edilməsi prinsiplərini öyrənir. fənn çərçivəsində iiot arxitekturası, sensorlar, aktuatorlar, sənaye şəbəkələri, kənar hesablama (edge computing), bulud texnologiyaları və onların qarşılıqlı əlaqəsi nəzərdən keçirilir. həmçinin iiot sistemlərində kibertəhlükələrin və zəifliklərin müəyyənləşdirilməsi, autentifikasiya və girişə nəzarət, məlumatların şifrələnməsi, təhlükəsiz kommunikasiya protokolları, şəbəkə seqmentasiyası, monitorinq və hücumların aşkarlanması üsulları öyrənilir. xüsusi diqqət sənaye mühitində məxfilik, bütövlük və əlçatanlığın qorunmasına, risklərin qiymətləndirilməsinə və iiot infrastrukturunun kiberhücumlara qarşı dayanıqlılığının təmin edilməsinə yönəldilir.

Teaching methods

  • lecture
  • seminar

Course learning outcomes (CLO)

  1. CLO 1: Iiot arxitekturasını, əsas komponentlərini və it/ot təhlükəsizlik tələbləri arasındakı fərqləri izah edir.

  2. CLO 2: Verilmiş sənaye ssenarisində aktivləri, təhdidləri və zəiflikləri müəyyənləşdirir, riskləri ehtimal və təsirə görə qiymətləndirir.

  3. CLO 3: Iiot cihazları, rabitə protokolları və şəbəkələr üçün mühafizə yanaşmalarını müqayisə edir və uyğun tədbirləri əsaslandırır.

  4. CLO 4: Sənaye mühitində monitorinq, insidentə cavab və bərpa tədbirlərini verilmiş hadisə əsasında təhlil edir

  5. CLO 5: Etibarlı mənbələrə əsaslanaraq iiot təhlükəsizliyi üzrə analitik hesabat və əsaslandırılmış tövsiyələr hazırlayır, nəticələri təqdim edir.

Topic plan

  1. 1.
    Iiot-yə giriş və sənaye təhlükəsizliyinin xüsusiyyətləri mühazirə: iot, iiot və it/ot fərqləri; əlçatanlıq, bütövlük və fiziki proseslərin təhlükəsizliyi. seminar: ağıllı zavod nümunəsində IT və OT tələblərinin müqayisəsi.Lecture
  2. 2.
    Iiot arxitekturası və əsas komponentlər mühazirə: sensor, aktuator, plc, hmi, SCADA və şlüzün rolu; məlumat axını. seminar: verilmiş sxemdə komponentlərin və etibar sərhədlərinin müəyyənləşdirilməsi.Lecture
  3. 3.
    Aktivlərin inventarlaşdırılması və məlumatların təsnifatı mühazirə: cihazlar, proqram təminatı, istehsal məlumatları və aktiv sahibliyi. seminar: kiçik istehsal xətti üçün aktiv siyahısının hazırlanması.Lecture
  4. 4.
    Iiot-də təhdidlər və zəifliklər mühazirə: zəif parollar, köhnə proqram təminatı, yanlış sazlamalar, icazəsiz giriş və xidmətin dayanması. seminar: verilmiş hadisədə təhdid, zəiflik və nəticənin fərqləndirilməsi.Lecture
  5. 5.
    Sənaye mühitində risklərin qiymətləndirilməsi mühazirə: ehtimal və təsir; istehsal, insan və avadanlıq üçün nəticələr; risk prioritetləri. seminar: 3×3 keyfiyyət risk matrisi ilə beş riskin qiymətləndirilməsi.Lecture
  6. 6.
    Sənaye rabitəsi və protokol təhlükəsizliyi mühazirə: modbus/tcp və OPC ua; autentifikasiya, bütövlük və şifrələmənin rolu. seminar: protokolların mühafizə imkanlarının konseptual müqayisəsi.Lecture
  7. 7.
    Mqtt və iiot məlumat mübadiləsinin mühafizəsi mühazirə: broker, mövzu və abunə; tls, giriş icazələri və məlumatın etibarlılığı. seminar: sensor–şlüz–broker sxemi üçün təhlükəsizlik tələblərinin seçilməsi.Lecture
  8. 8.
    Iiot şəbəkələrinin seqmentləşdirilməsi mühazirə: it/ot ayrılması, təhlükəsizlik zonaları, DMZ və çoxqatlı müdafiə. seminar: hazır zavod şəbəkə sxemində zonaların və icazəli əlaqələrin göstərilməsi.Lecture
  9. 9.
    İdentifikasiya və uzaqdan girişin idarə olunması mühazirə: cihaz identifikasiyası, minimum səlahiyyət, MFA və təchizatçı girişləri. seminar: operator, inzibatçı və servis əməkdaşı üçün giriş matrisinin hazırlanması.Lecture
  10. 10.
    Cihaz və firmware təhlükəsizliyi mühazirə: təhlükəsiz sazlama, yeniləmələrin doğrulanması, secure boot anlayışı və fiziki giriş. seminar: iiot cihazının seçilməsi üçün təhlükəsizlik yoxlama siyahısıLecture
  11. 11.
    Simsiz iiot əlaqələrinin təhlükəsizliyi mühazirə: simsiz sensor şəbəkələri; dinləmə, saxtalaşdırma və müdaxilə riskləri; yerləşdirmə amilləri. seminar: simli və simsiz həllərin risk, xərc və etibarlılıq baxımından müqayisəsi.Lecture
  12. 12.
    Kənar hesablama və bulud inteqrasiyası mühazirə: şlüzdən buluda məlumat ötürülməsi, saxlanma, giriş və məsuliyyət bölgüsü. seminar: lokal və bulud əsaslı monitorinqin üstünlük və risklərinin təhlili.Lecture
  13. 13.
    Təhlükəsizlik monitorinqi və hadisələrin aşkarlanması mühazirə: jurnallar, passiv monitorinq, xəbərdarlıqlar və yanlış pozitivlər; soc-un rolu. seminar: müəllimin verdiyi qısa jurnal nümunəsində şübhəli hadisələrin şərhi.Lecture
  14. 14.
    İnsidentə cavab, ehtiyat nüsxə və bərpa mühazirə: xəbərvermə, koordinasiya, məhdudlaşdırma, bərpa və istehsalın davamlılığı. seminar: şlüzün sıradan çıxması ssenarisi üçün qısa cavab və bərpa ardıcıllığı.Lecture
  15. 15.
    Standartlar və iiot təhlükəsizlik tədbirlərinin əsaslandırılması mühazirə: isa/iec 62443 və NIST yanaşmaları; prioritetlər, təchizatçı seçimi və yekun mühafizə konsepsiyası. seminar: verilmiş müəssisə üçün beş prioritet tədbirin əsaslandırılması və yekun müzakirə.Lecture

Reading list

  1. Stouffer, k. və b. guide to operational technology (ot) security. NIST SP 800-82 rev. 3, 2023. əsas oxu mənbəyi: OT arxitekturası, risklər, şəbəkə mühafizəsi və təhlükəsizlik tədbirləri.
  2. Fagan, m., megas, k. n., scarfone, k., smith, m. iot device cybersecurity capability core baseline. NISTIR 8259a, 2020. cihazların baza təhlükəsizlik imkanları.
  3. Fagan, m. və b. iot device cybersecurity guidance for the federal government: establishing iot device cybersecurity requirements. NIST SP 800-213, 2021. cihaz seçimi və riskə əsaslanan təhlükəsizlik tələbləri üçün metodik mənbə.
  4. Isa. isa/iec 62443 series of standards. standartlar seriyasına rəsmi açıq icmal. risk qiymətləndirilməsi, sistem və komponent təhlükəsizliyi üzrə hissələrə giriş. tam standart mətnlərinin əldə edilməsi ayrıca lisenziya tələb edə bilər.
  5. Banks, a., briggs, e., borgendale, k., gupta, r. (red.). MQTT version 5.0. OASIS standard, 7 mart 2019. giriş və təhlükəsizlik bölmələri üzrə seçilmiş oxu.
  6. Opc foundation. OPC 10000-2: OPC unified architecture – part 2: security model. rəsmi onlayn sənədləşmə. təhlükəsizlik modeli üzrə seçilmiş oxu

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5