Subject · Information security (master)

Sənaye iot (iiot) təhlükəsizliyi

MS-14146 creditsAutumn semesterElective2

About this subject

Credits

6

Workload

80hours

Semester

Autumn

Academic year

2

Description

Sənaye iot (iiot) təhlükəsizliyi» fənni sənaye müəssisələrində istifadə olunan əşyaların i̇nterneti (iot) texnologiyalarının və sənaye iot sistemlərinin təhlükəsizliyinin təmin edilməsi prinsiplərini öyrənir. fənn çərçivəsində iiot arxitekturası, sensorlar, aktuatorlar, sənaye şəbəkələri, kənar hesablama (edge computing), bulud texnologiyaları və onların qarşılıqlı əlaqəsi nəzərdən keçirilir. həmçinin iiot sistemlərində kibertəhlükələrin və zəifliklərin müəyyənləşdirilməsi, autentifikasiya və girişə nəzarət, məlumatların şifrələnməsi, təhlükəsiz kommunikasiya protokolları, şəbəkə seqmentasiyası, monitorinq və hücumların aşkarlanması üsulları öyrənilir. xüsusi diqqət sənaye mühitində məxfilik, bütövlük və əlçatanlığın qorunmasına, risklərin qiymətləndirilməsinə və iiot infrastrukturunun kiberhücumlara qarşı dayanıqlılığının təmin edilməsinə yönəldilir.

Course learning outcomes

  1. CLO 1: Iiot arxitekturasını, əsas komponentlərini və it/ot təhlükəsizlik tələbləri arasındakı fərqləri izah edir.

  2. CLO 2: Verilmiş sənaye ssenarisində aktivləri, təhdidləri və zəiflikləri müəyyənləşdirir, riskləri ehtimal və təsirə görə qiymətləndirir.

  3. CLO 3: Iiot cihazları, rabitə protokolları və şəbəkələr üçün mühafizə yanaşmalarını müqayisə edir və uyğun tədbirləri əsaslandırır.

  4. CLO 4: Sənaye mühitində monitorinq, insidentə cavab və bərpa tədbirlərini verilmiş hadisə əsasında təhlil edir

  5. CLO 5: Etibarlı mənbələrə əsaslanaraq iiot təhlükəsizliyi üzrə analitik hesabat və əsaslandırılmış tövsiyələr hazırlayır, nəticələri təqdim edir.