General information
- Subject code
- MM-0507
- Credits
- 6
- Student workload
- 135
- Semester
- Spring semester
- Academic year
- —
- Subject type
- —
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat mühazirə; b) 15 saat məşğələ
- Out-of-class hours
- 135 saat
About the subject
-
Teaching methods
- lecture
- interactive discussion
- seminar
- presentations
Course learning outcomes (CLO)
CLO 1: • FTN 1. elektrik sisteminin statik rejimlərinin ümumi xüsusiyyətlərini izah edir, statik rejim parametrlərini (gərginlik, cərəyan, güc və s.) müəyyənləşdirir və qiymətləndirir.
CLO 2: • FTN 2. enerji sisteminin rejimlərinə qoyulan texniki tələbləri (dayanıqlılıq, etibarlılıq, keyfiyyət göstəriciləri və məhdudiyyətlər) təhlil edir və əsaslandırır.
CLO 3: • FTN 3. elektrik şəbəkəsi rejimlərinin tənliklərini qurur, rejimlərin hesablanması metodlarını seçir və onların alqoritmlərini tərtib etmə bacarığı nümayiş etdirir.
CLO 4: • FTN 4. elektrik sistemlərinin xüsusi iş rejimlərini (qısaqapanma, yüklənmənin kəskin dəyişməsi, avariya və s.) xarakterizə edir, bu rejimlərin əsas parametrlərini hesablayır və nəticələri texniki baxımdan şərh edir.
CLO 5: • FTN 5. enerji təchizatı problemlərinə optimallaşdırma yanaşmasının metodologiyasını tətbiq edir, tipik optimallaşdırma məsələlərini (itkilərin minimallaşdırılması, gərginlik səviyyələrinin seçimi, resursların paylanması və s.) modelləşdirir və həll variantlarını müqayisə edir.
CLO 6: • FTN 7. enerji şəbəkələri üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin strukturunu və funksiyalarını şərh edir, real vaxt rejimində enerji idarəetməsinin əsas mexanizmlərini (monitorinq, ölçmə, idarəetmə qərarları) izah edir.
CLO 7: Maliyyə əməliyyatlarında fırıldaqçılığın aşkar edilməsi (fraud detection) və çirkli pulların yuyulmasına qarşı mübarizə (aml) üzrə anomaliya tespiti modellərini tətbiq edir.
CLO 8: • FTN 9. enerji auditinin məzmununu, məqsəd və vəzifələrini müəyyənləşdirir; müəssisə avadanlıqlarının enerji səmərəliliyini qiymətləndirir və səmərəliliyin artırılması üçün təkliflər hazırlayır.
Topic plan
- 1.1. elektrik sisteminin rejimlərinin ümumi xüsusiyyətləri. statik rejimlərin parametrləriLecture
Elektrik sistemlərinin rejim anlayışı, rejimlərin əsas növləri və onların xarakterik xüsusiyyətləri izah edilir. statik rejimlərdə gərginlik, cərəyan, güc, tezlik və digər elektrik parametrlərinin qarşılıqlı əlaqəsi, rejimin dayanıqlığı və iş rejiminin qiymətləndirilməsi məsələləri nəzərdən keçirilir.
- 2.2. enerji sisteminin rejimlərinə tələblərLecture
Enerji sistemlərinin normal, etibarlı, iqtisadi və dayanıqlı fəaliyyətinə qoyulan əsas tələblər araşdırılır. gərginlik və tezlik səviyyələrinin saxlanılması, enerji keyfiyyəti, etibarlılıq, dayanıqlıq, təhlükəsizlik və iqtisadi səmərəlilik göstəriciləri təhlil edilir.
- 3.3. elektrik şəbəkəsi rejimlərinin tənlikləri. rejimlərin hesablanması metodlarının alqoritmləşdirilməsiLecture
Elektrik şəbəkələrinin rejimlərini təsvir edən əsas riyazi tənliklər, güc balansı və düyün tənlikləri öyrənilir. yük axınının hesablanması, nyuton-rafson, qaus-zeydel və digər hesablama yanaşmaları, həmçinin rejim hesablamalarının kompüter alqoritmlərinin qurulması prinsipləri izah edilir.
- 4.4. elektrik sistemlərinin xüsusi iş rejimləri və onların parametrləriLecture
Elektrik sistemlərində qəza, qəzaöncəsi, qəza sonrası, minimal və maksimal yük, qeyri-simmetrik və digər xüsusi iş rejimlərinin xüsusiyyətləri araşdırılır. bu rejimlərdə əsas elektrik parametrlərinin dəyişməsi və sistemin etibarlılığına təsiri təhlil edilir.
- 5.5. enerji təchizatı problemlərinə optimallaşdırma yanaşmasının metodologiyası. bəzi optimallaşdırma problemlərinin qısa xarakteristikalarıLecture
Enerji təchizatı məsələlərinin optimallaşdırılması prinsipləri, məqsəd funksiyası, məhdudiyyətlər və qərar dəyişənləri izah edilir. i̇qtisadi yük bölgüsü, itkilərin minimallaşdırılması, enerji xərclərinin azaldılması, avadanlığın optimal seçilməsi və digər optimallaşdırma məsələlərinə baxılır.
- 6.6. modelləşdirmənin ümumi məsələləri. modellərin təsnifatıLecture
Enerji sistemlərinin modelləşdirilməsinin məqsədi, əsas prinsipləri və tətbiq sahələri araşdırılır. fiziki, riyazi, informasiya, simulyasiya, deterministik və stoxastik modellərin xüsusiyyətləri və istifadə məqsədlərinə görə təsnifatı izah edilir.
- 7.7. riyazi modelləşdirmə. riyazi modellərin təsnifatıLecture
Enerji sistemlərinin vəziyyət və proseslərinin riyazi ifadəsi, dəyişənlər, parametrlər, giriş-çıxış əlaqələri və məhdudiyyətlər nəzərdən keçirilir. statik və dinamik, xətti və qeyri-xətti, deterministik və stoxastik riyazi modellərin xüsusiyyətləri təhlil edilir.
- 8.8. kompüter və informasiya modelləşdirməsiLecture
Enerji sistemlərinin tədqiqində kompüter modelləşdirməsinin rolu, informasiya modellərinin qurulması və verilənlərin emalı prinsipləri öyrənilir. simulyasiya, verilənlər bazası, rəqəmsal modellər və kompüter əsaslı analiz vasitələrinin enerji sistemlərinə tətbiqi araşdırılır.
- 9.9. enerji şəbəkələri üçün avtomatlaşdırılmış idarəetmə sistemləriLecture
Enerji şəbəkələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin strukturu, funksiyaları və iş prinsipləri araşdırılır. scada, ems, telemexanika, ölçmə və məlumatların toplanması, monitorinq və idarəetmə funksiyalarının qarşılıqlı əlaqəsi nəzərdən keçirilir.
- 10.10. real vaxt rejimində enerji idarəetməsiLecture
Enerji sistemlərinin real vaxt rejimində monitorinqi, vəziyyətinin qiymətləndirilməsi və idarə olunması məsələləri öyrənilir. operativ məlumatların əldə edilməsi, sinxron ölçmələr, vəziyyətin qiymətləndirilməsi, qəza hallarının aşkarlanması və idarəetmə qərarlarının formalaşdırılması prinsipləri araşdırılır.
- 11.11. elektrik enerjisi istehlakının monitorinqi üçün avtomatlaşdırılmış sistemLecture
Elektrik enerjisi istehlakının avtomatlaşdırılmış monitorinqinin məqsədləri və strukturu araşdırılır. ağıllı sayğaclar, məlumatların toplanması və ötürülməsi, istehlak profillərinin formalaşdırılması, verilənlərin təhlili və enerji sərfinin optimallaşdırılması məsələləri nəzərdən keçirilir.
- 12.12. enerji sistemlərində sayğacların idarə edilməsiLecture
Elektrik enerjisi sayğaclarının funksiyaları, məsafədən oxunması, məlumatların idarə edilməsi və ölçmə nəticələrinin informasiya sistemlərinə inteqrasiyası öyrənilir. ağıllı sayğacların idarə olunması, məlumatların təhlükəsizliyi və ölçmə məlumatlarının keyfiyyəti məsələləri araşdırılır.
- 13.13. enerji auditinin məzmunu və əsas müddəalarıLecture
Enerji auditinin mahiyyəti, mərhələləri və metodologiyası öyrənilir. enerji sərfinin təhlili, enerji balansının hazırlanması, əsas enerji istehlakçılarının müəyyənləşdirilməsi, ölçmə və məlumatların toplanması, enerji itkilərinin aşkarlanması və audit hesabatının hazırlanması məsələləri araşdırılır.
- 14.14. enerji auditinin məqsədi və vəzifələriLecture
Enerji auditinin əsas məqsədləri, enerji sərfinin və itkilərin müəyyənləşdirilməsi, enerji səmərəliliyinin qiymətləndirilməsi və enerji qənaəti tədbirlərinin hazırlanması məsələləri izah edilir. audit zamanı texniki, iqtisadi və təşkilati göstəricilərin qiymətləndirilməsi nəzərdən keçirilir.
- 15.15. müəssisə avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsiLecture
Müəssisələrdə elektrik və istilik avadanlıqlarının enerji səmərəliliyinin qiymətləndirilməsi üsulları öyrənilir. mühərriklər, transformatorlar, kompressorlar, nasoslar, istilik avadanlıqları və digər enerji istehlakçılarının enerji göstəriciləri, itkiləri və iş rejimləri təhlil edilir.
- 16.1. elektrik sistemlərinin rejimləri və statik rejim parametrləriSeminar
Elektrik sisteminin rejim anlayışı, rejimlərin əsas növləri, statik rejimlərin xüsusiyyətləri və onları xarakterizə edən əsas parametrlər – gərginlik, cərəyan, güc, tezlik və itkilər araşdırılır.
- 17.2. enerji sistemlərinin rejimlərinə qoyulan tələblər və xüsusi iş rejimləriSeminar
Enerji sistemlərinin etibarlılıq, dayanıqlılıq, keyfiyyət, təhlükəsizlik və iqtisadi səmərəlilik baxımından rejimlərinə qoyulan tələblər öyrənilir. xüsusi iş rejimləri və onların əsas parametrləri təhlil edilir.
- 18.3. elektrik şəbəkələrinin rejim tənlikləri və rejimlərin hesablanmasıSeminar
Elektrik şəbəkələrinin rejim tənlikləri, düyün və budaq parametrləri, güc balansı və rejim hesablamalarının əsas prinsipləri nəzərdən keçirilir. hesablama metodlarının alqoritmləşdirilməsi və kompüter tətbiqləri üzrə praktiki məsələlər həll edilir.
- 19.4. enerji təchizatında optimallaşdırma məsələləri və metodlarıSeminar
Enerji təchizatında optimallaşdırmanın məqsədləri, meyarları və metodologiyası araşdırılır. enerji itkilərinin minimumlaşdırılması, enerji resurslarından səmərəli istifadə, optimal rejim və digər optimallaşdırma məsələlərinin xarakteristikaları təhlil edilir.
- 20.5. enerji sistemlərinin riyazi, kompüter və informasiya modelləşdirilməsiSeminar
Modelləşdirmənin ümumi məsələləri, modellərin təsnifatı, riyazi modellərin növləri, kompüter və informasiya modelləşdirməsinin xüsusiyyətləri öyrənilir. enerji sistemlərinin modellərinin qurulması və onların hesablama proseslərində istifadəsi araşdırılır.
- 21.6. enerji şəbəkələrinin avtomatlaşdırılmış və real vaxt rejimində idarə edilməsiSeminar
Enerji şəbəkələrində avtomatlaşdırılmış idarəetmə sistemlərinin quruluşu, funksiyaları və iş prinsipləri öyrənilir. real vaxt rejimində məlumatların toplanması, emalı, monitorinqi və idarəetmə qərarlarının formalaşdırılması araşdırılır.
- 22.7. elektrik enerjisi istehlakının monitorinqi və sayğacların idarə edilməsiSeminar
Elektrik enerjisi istehlakının monitorinqi üçün avtomatlaşdırılmış sistemlər, müasir elektrik sayğacları, məlumatların toplanması və ötürülməsi, sayğacların məsafədən idarə edilməsi və enerji istehlakının təhlili məsələləri araşdırılır
- 23.8. enerji auditi və avadanlıqların enerji səmərəliliyinin qiymətləndirilməsiSeminar
Enerji auditinin məzmunu, məqsədi və vəzifələri, auditin əsas mərhələləri, enerji sərfiyyatının qiymətləndirilməsi və müəssisə avadanlıqlarının enerji səmərəliliyinin müəyyənləşdirilməsi məsələləri öyrənilir.
- 24.1. sinxron generatorda AVR gərginlik tənzimləyicisinin iş rejimiIndependent work
Avr-in (automatic voltage regulator) sinxron generatorun çıxış gərginliyinin sabit saxlanılmasında rolu, iş prinsipi və müxtəlif yük rejimlərində generatorun həyəcanlandırma sisteminə təsiri araşdırılır.
- 25.2. generatorda tənzimləyici sürət idarəetməsinin əsaslarıIndependent work
Generatorun mexaniki giriş gücünün və fırlanma sürətinin idarə edilməsində sürət tənzimləyicisinin rolu, idarəetmə xarakteristikaları və tezlik dəyişmələrinə təsiri öyrənilir.
- 26.3. sinxron generatorun qısa müddətli və uzun müddətli dinamik rejimləriIndependent work
Sinxron generatorun keçid proseslərində qısa müddətli və uzun müddətli dinamik davranışı, rotor bucağının, sürətin, gərginliyin və gücün zamanla dəyişməsi araşdırılır.
- 27.4. elektrik sistemində yüklərin tənzimləyici təsiriIndependent work
Elektrik yüklərinin gərginlik və tezlik dəyişmələrinə cavab xüsusiyyətləri, yükün aktiv və reaktiv gücünün sistemin dinamikasına təsiri və yük tənzimləyicilik əmsalları araşdırılır.
- 28.5. generator parametrlərinin (xd, xq, h) dinamikaya təsiriIndependent work
Sinxron generatorun uzununa reaktansı (xd), eninə reaktansı (xq) və ətalət sabitinin (h) generatorun keçid proseslərinə və dinamik dayanıqlığına təsiri öyrənilir.
- 29.6. sinxron generatorun reaktiv güc–gərginlik əlaqəsiIndependent work
Sinxron generatorun reaktiv güc istehsalı ilə terminal gərginliyi arasındakı əlaqə, həyəcanlandırma səviyyəsinin dəyişdirilməsi və gərginliyin tənzimlənməsi prosesləri araşdırılır
- 30.7. atq-nin dinamik təsirləriIndependent work
Atq-nin (avtomatik təkrar qoşma) elektrik sistemində tətbiqi, qəza və qısaqapanmalardan sonra sistemin bərpası, generatorların rotor bucağı və sistemin dinamik dayanıqlığına təsiri araşdırılır.
- 31.8. avr-in gərginlik rəqslərinə təsiriIndependent work
Avr-in generatorun gərginlik dəyişmələrinə və rəqslərinə reaksiyası, tənzimləmə sürəti, qazanc əmsalı və sistemin kiçik siqnallı dayanıqlığına təsiri araşdırılır.
- 32.9. generatorun güc xarakteristikasıIndependent work
Sinxron generatorun aktiv və reaktiv gücünün rotor bucağı, həyəcanlandırma və sistem parametrlərindən asılılığı, güc–bucaq xarakteristikası və onun dayanıqlıq baxımından əhəmiyyəti öyrənilir.
- 33.10. sistem impedansının dayanıqlığa təsiriIndependent work
Elektrik sisteminin ekvivalent impedansının generatorun ötürə biləcəyi gücə, gərginlik səviyyəsinə və statik və dinamik dayanıqlıq göstəricilərinə təsiri araşdırılır.
Reading list
- 1. j. machowski, z. lubośny, j. w. bialek and j. r. bumby, “power system dynamics: stability and control (3rd edition),” john wiley & sons, 2020;(opens in a new tab)
- 2. p. s. kundur, “power system stability and control (second edition),” mcgraw-hill, 2022;(opens in a new tab)
- —
- 3. n.orucov, elektrik təchizat sistemlərinin optimallaşdırılması, bakı, 2015;(opens in a new tab)
- 4. s.əliyeva, h.əliyev, enerjiyə nəzarət və enerji auditi, bakı, 2015;(opens in a new tab)
- 5. b.h. rzayev, m.ə. beydullayev, v.a. kələntərov, elektrik stansiyalarının və yarımstansiyalarının elektrik avadanlıqları. bakı, 2014(opens in a new tab)
- 6. a.b. məmmədzadə, elektron-rəqamsal EE sayğacları. bakı, 2010(opens in a new tab)
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |