Subject · Elektrik və elektronika mühəndisliyi (nano və mikroelektronika – bar-i̇lan ikili diplom)

Rəqəmsal proseslərdə analoq dövrələrin qabaqcıl dizaynıSyllabus

MS-0313Bİ8 creditsAutumn semesterElective2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-0313Bİ
Credits
8
Student workload
225
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Elective
Mode of study
Full-time
Language of instruction
English
Contact hours
a) 45 saat - mühazirə b) 30 saat - seminar
Independent study hours
a) 150 saat - sərbəst iş

About the subject

Fənn rəqəmsal elektron sistemlərdə analoq siqnalların qəbulu, emalı, gücləndirilməsi və süzgəcdən keçirilməsi üçün dövrələrin qabaqcıl dizaynını, əməliyyat gücləndiriciləri, ADC/DAC çeviriciləri və qarışıq siqnallı sistemlərin layihələndirilməsini öyrədir. (Tədris planı üzrə 7,5 AKTS.)

Teaching methods

  • lecture
  • interactive discussion
  • seminar
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Analoq və rəqəmsal dövrələrin əsas nəzəri prinsiplərini, iş xüsusiyyətlərini, elektron komponentlərin funksiyalarını və onların qarşılıqlı əlaqəsini izah etməyi bacarmalıdır.

  2. CLO 2: Analoq dövrələrin əsas parametrlərini, gücləndirmə əmsalını, tezlik xarakteristikalarını, siqnal-küy nisbətini və digər elektrik göstəricilərini hesablamağı bacarmalıdır.

  3. CLO 3: Rəqəmsal proseslərdə istifadə olunan analoq dövrələrin quruluşunu, əməliyyat gücləndiricilərini, filtrləri, analoq-rəqəmsal və rəqəmsal-analoq çeviriciləri təhlil etməyi və onların tətbiq xüsusiyyətlərini qiymətləndirməyi bacarmalıdır.

  4. CLO 4: Müasir analoq dövrələrin layihələndirilməsi prinsiplərini, inteqral sxemlərin iş xüsusiyyətlərini, siqnal emalı üsullarını və analoq-rəqəmsal sistemlərdə dövrələrin optimallaşdırılması metodlarını tətbiq etməyi bacarmalıdır.

  5. CLO 5: Verilmiş texniki tələblərə uyğun analoq dövrələrin sxemlərini layihələndirməyi, modelləşdirmə proqramlarından istifadə etməklə onların işini simulyasiya etməyi, nəticələri qiymətləndirməyi və mühəndislik problemlərinin həlli üçün optimal texniki qərarlar qəbul etməyi bacarmalıdır.

Topic plan

  1. 1.
    Rəqəmsal sistemlərdə analoq dövrələrin roluLecture

    Analoq, rəqəmsal və qarışıq siqnallı sistemlərin arxitekturası. dizayn meyarları və texniki spesifikasiyalar

  2. 2.
    Yarımkeçirici elementlərin modelləşdirilməsiLecture

    Bjt və MOSFET tranzistorlarının iş rejimləri, kiçik və böyük siqnal modelləri

  3. 3.
    Bir və çoxkaskadlı analoq gücləndiricilərLecture

    Gərginlik və cərəyan güclənməsi, giriş-çıxış müqaviməti, aktiv yüklər və qütbləndirmə

  4. 4.
    Diferensial gücləndiricilər və cərəyan güzgüləriLecture

    Ümumi rejim siqnallarının zəiflədilməsi, diferensial güclənmə və uyğunlaşdırma

  5. 5.
    Əməliyyat gücləndiricilərinin arxitekturasıLecture

    Açıq və qapalı dövrə güclənməsi, giriş ofseti, giriş diapazonu, çıxış mərhələləri və dinamik göstəricilər

  6. 6.
    Əks-əlaqə nəzəriyyəsi və gücləndiricilərin sabitliyiLecture

    Qapalı dövrə ötürmə funksiyası, bode diaqramları, faza və güclənmə ehtiyatları

  7. 7.
    Tezlik xarakteristikaları və kompensasiyaLecture

    Qütblər və sıfırlar, dominant qütb kompensasiyası, tezlik zolağı və slew rate

  8. 8.
    Analoq siqnalların filtrasiyasıLecture

    Aşağı, yuxarı və zolaq filtrləri; butterworth və chebyshev yaxınlaşmaları; aktiv filtrlərin layihələndirilməsi

  9. 9.
    Səs-küy və xəttilikLecture

    Termik və güllə səs-küyü, siqnal-küy nisbəti, thd, imd, dinamik diapazon və xəttilik məhdudiyyətləri

  10. 10.
    Sensor interfeysləri və analoq siqnalın kondisionerləşdirilməsiLecture

    Diferensial girişlər, instrumental gücləndiricilər, ofsetin kompensasiyası və siqnal uyğunlaşdırılması

  11. 11.
    Analoq-rəqəmsal çeviricilərin (adc) giriş dövrələriLecture

    Nümunəgötürmə, saxlayıcı dövrələr, aliasing, kvantlaşdırma və giriş siqnalının hazırlanması

  12. 12.
    Rəqəmsal-analoq çeviricilər (dac) və çıxış dövrələriLecture

    Çevirici arxitekturaları, rekonstruksiya filtrləri və çıxış buferləri

  13. 13.
    Komparatorlar, şmitt triggerləri və qeyri-xətti analoq dövrələrLecture

    Histerezis, keçid prosesləri və rəqəmsal məntiqə uyğun siqnal formalaşdırılması

  14. 14.
    Analoq dövrələrin CMOS inteqral sxemlərində layihələndirilməsiLecture

    Tranzistor ölçülərinin seçilməsi, enerji sərfiyyatı, layout məhdudiyyətləri və parazit təsirlər

  15. 15.
    Qabaqcıl layihələndirmə və optimallaşdırmaLecture

    Pvt dəyişmələri, monte-karlo təhlili, həssaslıq analizi, etibarlılıq və yekun layihənin texniki qiymətləndirilməsi

  16. 16.
    Bjt və MOSFET tranzistorlarının iş rejimlərinin təhlili və kiçik siqnal parametrlərinin hesablanmasıSeminar
  17. 17.
    Bir və çoxkaskadlı analoq gücləndiricilərin hesablanmasıSeminar

    Gərginlik və cərəyan güclənməsinin, giriş və çıxış müqavimətlərinin müəyyən edilməsi

  18. 18.
    Diferensial gücləndiricilərin və cərəyan güzgülərinin parametrlərinin hesablanmasıSeminar

    Diferensial güclənmə əmsalının və ümumi rejimin zəiflədilmə göstəricisinin təyin edilməsi

  19. 19.
    Əməliyyat gücləndiricilərinin əks-əlaqəli sxemlərinin təhliliSeminar

    Qapalı dövrə güclənməsinin, tezlik xarakteristikalarının və dayanıqlılıq ehtiyatlarının hesablanması

  20. 20.
    Aktiv analoq filtrlərin layihələndirilməsiSeminar

    Butterworth və chebyshev filtrlərinin parametrlərinin hesablanması və amplitud-tezlik xarakteristikalarının qurulması

  21. 21.
    Analoq dövrələrdə səs-küy və təhriflərin hesablanmasıSeminar

    Siqnal-küy nisbətinin, harmonik təhrif əmsalının və dinamik diapazonun qiymətləndirilməsi

  22. 22.
    Adc və DAC çeviricilərinin əsas parametrlərinin hesablanmasıSeminar

    Kvantlaşdırma addımı, ayırdetmə qabiliyyəti, çevirmə xətaları və nümunəgötürmə tezliyinin təhlili

  23. 23.
    Cmos analoq dövrələrinin layihələndirilməsi və kompüter modelləşdirilməsiSeminar

    Tranzistor parametrlərinin seçilməsi, PVT dəyişmələrinin və monte-karlo təhlilinin nəticələrinin qiymətləndirilməsi

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5