Fənn · Elektrik və elektronika mühəndisliyi (Nano və mikroelektronika – Bar-İlan ikili diplom)

Rəqəmsal proseslərdə analoq dövrələrin qabaqcıl dizaynıSillabus

MS-0313Bİ8 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0313Bİ
Kredit
8
Tələbənin iş yükü
225
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
İngilis dili
Auditoriya saatları
a) 45 saat - mühazirə b) 30 saat - seminar
Auditoriyadankənar saatlar
a) 150 saat - sərbəst iş

Fənn haqqında

Fənn rəqəmsal elektron sistemlərdə analoq siqnalların qəbulu, emalı, gücləndirilməsi və süzgəcdən keçirilməsi üçün dövrələrin qabaqcıl dizaynını, əməliyyat gücləndiriciləri, ADC/DAC çeviriciləri və qarışıq siqnallı sistemlərin layihələndirilməsini öyrədir. (Tədris planı üzrə 7,5 AKTS.)

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Analoq və rəqəmsal dövrələrin əsas nəzəri prinsiplərini, iş xüsusiyyətlərini, elektron komponentlərin funksiyalarını və onların qarşılıqlı əlaqəsini izah etməyi bacarmalıdır.

  2. CLO 2: Analoq dövrələrin əsas parametrlərini, gücləndirmə əmsalını, tezlik xarakteristikalarını, siqnal-küy nisbətini və digər elektrik göstəricilərini hesablamağı bacarmalıdır.

  3. CLO 3: Rəqəmsal proseslərdə istifadə olunan analoq dövrələrin quruluşunu, əməliyyat gücləndiricilərini, filtrləri, analoq-rəqəmsal və rəqəmsal-analoq çeviriciləri təhlil etməyi və onların tətbiq xüsusiyyətlərini qiymətləndirməyi bacarmalıdır.

  4. CLO 4: Müasir analoq dövrələrin layihələndirilməsi prinsiplərini, inteqral sxemlərin iş xüsusiyyətlərini, siqnal emalı üsullarını və analoq-rəqəmsal sistemlərdə dövrələrin optimallaşdırılması metodlarını tətbiq etməyi bacarmalıdır.

  5. CLO 5: Verilmiş texniki tələblərə uyğun analoq dövrələrin sxemlərini layihələndirməyi, modelləşdirmə proqramlarından istifadə etməklə onların işini simulyasiya etməyi, nəticələri qiymətləndirməyi və mühəndislik problemlərinin həlli üçün optimal texniki qərarlar qəbul etməyi bacarmalıdır.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5