Subject · Instrumentation engineering (master)

Cihaz və sistemlərin funksional analizi və modelləşdirilməsi

MM-10046 creditsAutumn semesterMandatory2025-2026

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2025-2026

Description

“cihaz və sistemlərin funksional analizi və modelləşdirilməsi” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə müxtəlif təyinatlı cihaz və sistemlərin funksional strukturlarının təhlili və istismar zamanı əlverişli tətbiqi imkanlarını mənimsətmək məqsədilə təqdim olunur. fənnin tədrisinin əsas məqsədi sistem yanaşması əsasında cihazların funksional bloklara bölünməsi, giriş-çıxış parametrlərinin təhlili və davranış modellərinin qurulması üçün nəzəri və tətbiqi üsulları öyrətməkdir. kurs çərçivəsində magistrantlar funksional diaqram və sxemlərin tərtibi, qarşılıqlı əlaqəli elementlər arasında münasibətlərin müəyyənləşdirilməsi və texniki qərarların optimallaşdırılması üzrə peşəkar biliklərə yiyələnirlər. bu fənni öyrənməzdən əvvəl tələbələrin cihazqayırma texnologiyası, elektron nəzarət üsulları, metrologiyanın əsasları və sənaye cihazlarının istismarı üzrə ilkin vərdişlərə malik olması zəruridir. “ölçmə proseslərinin avtomatlaşdırılması” və “ölçmə nəticələrinin emalı” kimi kurslarla birbaşa əlaqəli olan bu fənn, tələbələrə həm istehsalat, həm də istismar mühitində cihazların işləmə prinsiplərini modelləşdirmək və texniki qərarları elmi şəkildə əsaslandırmaq üçün güclü baza yaradır.

Course learning outcomes

  1. CLO 1: Ftn 1 (funksional təhlil və dekompozisiya): cihaz və sistemlərin iş prinsiplərini təhlil edərək muasir metodologiyalara (idef0, sysml, UML və s.) uyğun iyerarxik funksional blok-sxemləri və dekompozisiya modellərini qurmağı bacarır.

  2. CLO 2: Ftn 2 (riyazi modelləşdirmə və dinamika): cihaz və sistemlərin müxtəlif rejimdəki funksional asılılıqlarını, statik və dinamik davranışlarını ifadə edən riyazi, məntiqi və diferensial modelləri işləyib hazırlayır.

  3. CLO 3: Ftn 3 (simulyasiya və kompüter analizi): mürəkkəb texniki sistemlərin funksional imkanlarını ixtisaslaşdırılmış proqram mühitində (matlab/simulink, labview, ansys və s.) simulyasiya edir və xarici təsirlər altında sistemin cavab reaksiyalarını qiymətləndirir.

  4. CLO 4: Ftn 4 (etibarlılıq və imtina analizi): sistemlərin funksional etibarlılığını qiymətləndirir, imtinatörədici amillərin təhlili metodları (fmea, FTA və s.) vasitəsilə kritik elementləri müəyyənləşdirir və xətaya dözümlülük modellərini tətbiq edir.

  5. CLO 5: Ftn 5 (optimizasiya və sintez): təhlil edilən cihaz və sistemlərin funksional parametrlərini keyfiyyət və effektivlik kriterilərinə uyğun optimallaşdırır, optimal sistem arxitekturasını və fəaliyyət alqoritmlərini sintez edir.