Subject · Instrumentation engineering (master)

Diaqnostikanın üsul və vasitələri

MİFS-43066 creditsAutumn semesterMandatory2027-2028

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2027-2028

Description

“diaqnostik üsul və vasitələr” fənni 060647─“metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələrə tədris olunan mühüm bir sahədir. sənaye təhlükəsizliyinin idarə olunmasında əsas elementlərdən sayılan bu fənn potensial təhlükəli istehsal obyektlərinin texniki vəziyyətinin qiymətləndirilməsi və gələcək fəaliyyətinin proqnozlaşdırılması yollarını öyrədir. kursun başlıca məqsədi magistrantlara texniki diaqnostikanın strukturu, nasazlıqların axtarılması və diaqnostik informasiyanın növləri barədə dərindən məlumat verməklə onlarda sistemlərin iş qabiliyyətini müəyyənləşdirmək vərdişləri yaratmaqdır. tədris müddətində tələbələrə diaqnostik vasitələrin sinifləndirilməsi, imtinaların təsnifatı, proses parametrlərinin ölçülməsi və obyektlərin dağıtmadan nəzarət növləri üzrə lazımi biliklər aşılanır. proqram çərçivəsində texniki diaqnostikanın əsas istiqamətləri ilə yanaşı, ultrasəs nəzarət aparatları, metodları, texnologiyaları, eləcə də bu sahənin standartlaşdırılması və metroloji təminatı məsələləri geniş şəkildə əhatə olunur.

Course learning outcomes

  1. CLO 1: Ftn 1 (fiziki prinsiplər və diaqnostika metodları): avadanlıq və sistemlərin texniki vəziyyətini təyin etmək üçün istifadə olunan fiziki üsulları (vibrasiya, akustik emission, termoqrafiya, ultrasəs, maqnit, tribologiya və s.) təhlil edir və tətbiq sahələrini müəyyənləşdirir.

  2. CLO 2: Ftn 2 (diaqnostik parametr və kriterilər): cihaz və sistemlərin nasazlıq əlamətlərini, informativ diaqnostik parametrlərini seçir, buraxıla bilən həd hədlərini (limit diapazonlarını) və norma göstəricilərini riyazi və normativ sənədlər əsasında müəyyənləşdirir.

  3. CLO 3: Ftn 3 (siqnalların emalı və nasazlıqların təyini): diaqnostika vasitələrindən (sensorlar, analizatorlar) alınan fiziki siqnalların zaman və spektral analizini aparır, küyləri təmizləyir və nasazlığın növünü, yerini və ağırlıq dərəcəsini lokalizasiya edir.

  4. CLO 4: Ftn 4 (texniki vəziyyətin proqnozlaşdırılması): eksperimental verilənlər və monitorinq sistemlərinin nəticələri əsasında avadanlıqların qalıq resursunu (rul — remaining useful life) hesablayır, aşınma və sıradan çıxma dinamikasını proqnozlaşdırır.

  5. CLO 5: Ftn 5 (avtomatlaşdırılmış diaqnostika və sistem inteqrasiyası): müasir avtomatlaşdırılmış monitorinq, ağıllı sensorlar və ekspress-diaqnostika komplekslərini idarə edir, texniki xidmət üzrə qərarların qəbulu alqoritmlərini tərtib edir.