Master's programme
Instrumentation engineering (master)Learning outcomes
Programme learning outcomes
What a graduate is expected to know and be able to do on completing the programme.
PLO 1PLO-78246
(dərinləşdirilmiş layihələndirmə və elmi-tədqiqat) məzunların cihazqayırma, optika, elektronika və avtomatlaşdırma sahələrində dərindən elmi-nəzəri bilikləri və qabaqcıl mühəndislik metodlarını, proqram təminatlarını tətbiq edərək mürəkkəb və innovativ texniki sistemləri layihələndirmək, elmi-tədqiqat aparmaq, modelləşdirmək və mürəkkəb istehsalat-elmi problemlərini müstəqil həll etmək bacarığına yiyələnməsi.
PLO 2PLO-62990
(i̇nnovasiya, prototipləşdirmə və keyfiyyətə nəzarət) yeni texnoloji processeslərin işlənməsi, qabaqcıl sürətli prototipləşdirmə üsullarının tətbiqi, yüksək dəqiqlikli cihaz elementlərinin (ölçmə, optik, elastik həssas və elektron) elmi-təcrübi əsaslarla hazırlanması, yığılması, sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyəti təminat standartlarına uyğunlaşdırılması istiqamətində yüksək səviyyəli praktiki və tədqiqat bacarıqları nümayiş etdirməsi.
PLO 3PLO-86513
(davamlı təhsil, elmi fəaliyyət və doktorantura) məzunların sürətlə dəyişən texnoloji mühitə adaptasiya olunmaq üçün müstəqil elmi tədqiqatlar aparmaq, elmi məqalələr dərc etdirmək, akademik biliklərini davamlı artırmaq və təhsilini doktorantura (fəlsəfə doktoru - phd) və ya daha yüksək ixtisaslaşma səviyyəsində uğurla davam etdirmək qabiliyyətinə malik olması.
PLO 4PLO-14237
(liderlik, r&d i̇darəetməsi və akademik kommunikasiya) disiplinlərarası elmi-tədqiqat və sənaye layihələrində rəhbər və ya aparıcı tədqiqatçı kimi çıxış etmək, elmi-texniki nəticələri, innovativ həlləri və proqramları işəgötürənlərə, sifarişçilərə və beynəlxalq akademik auditoriyaya şəffaf, akademik və peşəkar dildə təqdim etmək bacarığına sahib olması.
PLO 5PLO-91945
(elmi etika, əqli mülkiyyət və sənaye standartları) cihaz mühəndisliyi və elmi-tədqiqat fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq keyfiyyət normativlərinə (iso/iec), elmi/peşə etikasına, əqli mülkiyyətin hüquqi qorunmasına (patentləşdirmə), əməyin mühafizəsi və ətraf mühitin davamlı qorunması prinsiplərinə tam riayət edən cavabdeh mütəxəssis kimi formalaşması.