Subject · Economics-master's degree
İqtisadiyyatda rəqəmsal metodlar
About this subject
Credits
6
Workload
135hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Fənnin qısa məzmunu: fənn müasir rəqəmsal texnologiyaların və analitik alətlərin iqtisadi tədqiqat və təhlildə tətbiqinin nəzəri və praktiki əsaslarını əhatə edir. kurs çərçivəsində iqtisadi məlumatların rəqəmsal mənbələrdən əldə edilməsi, məlumatların toplanması, sistemləşdirilməsi və emalı, elektron cədvəllər və digər rəqəmsal analitik vasitələrdən istifadə, statistik və ekonometrik təhlil, iqtisadi göstəricilərin hesablanması, məlumatların vizuallaşdırılması və rəqəmsal modelləşdirmə məsələləri öyrənilir. həmçinin rəqəmsal metodların iqtisadi qərarların qəbul edilməsində və proqnozlaşdırmada tətbiqi nəzərdən keçirilir. fənnin hədəfi: tələbələrdə iqtisadi məlumatların rəqəmsal vasitələrdən istifadə etməklə toplanması, emalı və təhlili, iqtisadi proseslərin müasir analitik metodlarla modelləşdirilməsi, nəticələrin vizuallaşdırılması və əldə olunan məlumatlar əsasında əsaslandırılmış iqtisadi qərarların qəbul edilməsi bacarıqlarının formalaşdırılması. fənnin məqsədləri: fənnin əsas məqsədi tələbələrə iqtisadi təhlildə müasir rəqəmsal metod və alətlərdən səmərəli istifadə etməyi öyrətmək, iqtisadi məlumatların əldə edilməsi və emalı, statistik və ekonometrik təhlilin aparılması, iqtisadi proseslərin rəqəmsal modelləşdirilməsi və proqnozlaşdırılması, analitik nəticələrin vizual formada təqdim edilməsi və həmin nəticələr əsasında əsaslandırılmış iqtisadi qərar və praktiki tövsiyələrin hazırlanması bacarıqlarını formalaşdırmaqdır.
Course learning outcomes
No learning outcomes have been added.