Subject · Economics-master's degree
Tədqi̇qat anali̇ti̇kasi
About this subject
Credits
6
Workload
1hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Fənnin qısa məzmunu: fənn elmi və tətbiqi tədqiqatlarda məlumatların toplanması, sistemləşdirilməsi, emalı, təhlili və interpretasiyasının nəzəri və praktiki əsaslarını əhatə edir. tədqiqat problemlərinin müəyyənləşdirilməsi, tədqiqat suallarının formalaşdırılması, məlumat mənbələrinin seçilməsi, kəmiyyət və keyfiyyət analizi metodlarının tətbiqi, statistik və analitik alətlərdən istifadə, nəticələrin vizuallaşdırılması və əsaslandırılmış nəticələrin hazırlanması öyrənilir. fənnin hədəfi: tələbələrdə müasir analitik metodlardan istifadə etməklə tədqiqat məlumatlarını müstəqil şəkildə təhlil etmək, əldə edilmiş nəticələri qiymətləndirmək və elmi-praktiki əsaslandırılmış qərar və tövsiyələr hazırlamaq bacarığının formalaşdırılması. fənnin məqsədləri: bu fənnin əsas məqsədi tələbələrə tədqiqat prosesində məlumatların analizi, statistik metodların tətbiqi və nəticələrin düzgün interpretasiyası üzrə bilik və bacarıqların verilməsidir.
Course learning outcomes
CLO 1: Fənnin təlim nəticələri: tələbələr fənni bitirdikdə aşağıdakı təlim nəticələrinə yiyələnəcək: • ftn1: tədqiqat problemini və məqsədini müəyyən edir, müvafiq tədqiqat suallarını formalaşdırır. • ftn2: tədqiqat üçün zəruri olan məlumat və elmi mənbələri müəyyən edir, toplayır və sistemləşdirir. • ftn3: tədqiqat məlumatlarını müvafiq analitik və statistik metodlardan istifadə etməklə təhlil edir. • ftn4: analitik nəticələri şərh edir, onların etibarlılığını və məhdudiyyətlərini qiymətləndirir. • ftn5: tədqiqat nəticələrini cədvəl, qrafik və digər vizual vasitələrlə təqdim edir və əsaslandırılmış nəticələr formalaşdırır. • ftn6: tədqiqat nəticələri əsasında elmi və praktiki tövsiyələr hazırlayır.