Subject · Biznesin idarə edilməsi
Kiçik və orta biznesin idarə edilməsi
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənn tələbələrə kiçik və orta sahibkarlıq (kob) subyektlərinin yaradılması, idarə olunması və dayanıqlı inkişafının təmin edilməsi üçün zəruri olan konseptual bilik və praktiki bacarıqları aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində kob-ların milli və qlobal iqtisadiyyatdakı rolu, biznes ideyalarının qiymətləndirilməsi, biznes planın tərtibi, resursların və risklərin effektiv idarə olunması prinsipləri tədris olunur. tələbələr kob-larda maliyyə imkanlarının idarə edilməsi, qiymətləndirmə və marketinq strategiyalarının seçilməsi, əməliyyatların optimallaşdırılması və dövlət dəstəyi mexanizmlərindən istifadə yollarını mənimsəyəcəklər. fənn real biznes kazusları (case-studies) vasitəsilə tələbələrdə məhdud resurslar şəraitində çevik kararqəbuletmə, innovativ yanaşmaların tətbiqi və sahibkarlıq təfəkkürünü formalaşdırır.
Course learning outcomes
CLO 1: Kiçik və orta biznes subyektlərinin yaradılması, biznes ideyasının doğrulanması və biznes modelinin (business model canvas) tərtibi prosesini həyata keçirir.
CLO 2: Kob-ların resurs məhdudiyyətlərini nəzərə alaraq ilkin kapital, dövriyyə vəsaitləri və alternativ maliyyələşmə mənbələrini (qrantlar, mələk investorlar, kreditlər) qiymətləndirir.
CLO 3: Kob-ların resurs məhdudiyyətlərini nəzərə alaraq ilkin kapital, dövriyyə vəsaitləri və alternativ maliyyələşmə mənbələrini (qrantlar, mələk investorlar, kreditlər) qiymətləndirir.
CLO 4: Kob-ların üzləşdiyi bazar, maliyyə və hüquqi riskləri idarə etmək üçün çevik (agile) böhran idarəetmə strategiyaları formalaşdırır.
CLO 5: Dövlət dəstəyi mexanizmlərindən, vergi güzəştlərindən və güzəştli kredit alətlərindən istifadə edərək kob-un davamlı böyümə planını hazırlayır.