Subject · Biznesin idarə edilməsi
Maliyyə texnologiyaları
About this subject
Credits
6
Workload
180hours
Semester
Spring
Academic year
2026-2027
Description
Bu fənn tələbələrə ənənəvi maliyyə sektorunu dəyişdirən müasir texnoloji innovasiyaları, maliyyə texnologiyaları (fintech) ekosistemini və bu sahədəki biznes modillərini öyrətmək üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində rəqəmsal ödəniş sistemləri, neobankçılıq, blokçeyn və kripto aktivlər, açıq bankçılıq (open banking / apis), robo-məsləhətçilər və p2p kreditləşmə kimi konseptual əsaslar tədris olunur. tələbələr süni intellekt, böyük data (big data) və maşın öyrənməsinin finans risklərinin idarə olunmasında, dələduzluqla mübarizədə (fraud detection) və anderraytinq prosesində tətbiqini, həmçinin fintech tənzimləmələrini (regtech) və kibertəhlükəsizlik standartlarını mənimsəyəcəklər. fənn tələbələrdə maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, yeni fintech startaplarının və innovativ rəqəmsal məhsulların yaradılması üçün strateji baxış formalaşdırır.
Course learning outcomes
CLO 1: Maliyyə texnologiyaları ekosisteminin əsas komponentlərini (ödəniş sistemləri, neobankçılıq, kraudfandinq, blokçeyn və alqoritmik ticarət) və onların ənənəvi maliyyə sektoruna təsirini təhlil edir.
CLO 2: Blokçeyn texnologiyası, ağıllı müqavilələr (smart contracts) və mərkəzsizləşdirilmiş maliyyə (defi) alətlərinin fəaliyyət prinsiplərini qiymətləndirir.
CLO 3: Maliyyə xidmətlərində süni intellekt, böyük data (big data) və açıq bankçılıq (open banking) tətbiqlərinin biznes modellərini layihələndirir.
CLO 4: Maliyyə texnologiyalar startaplarının və innovativ maliyyə məhsullarının risklərin idarə edilməsi, kiberkeşikçilik və tənzimləyici tələblərə (regtech/suptech) uyğunluğunu analiz edir.
CLO 5: İnnovativ maliyyə texnologiyalarının tətbiqi ilə müştəri təcrübəsinin yaxşılaşdırılması və maliyyə əlçatanlığının (financial inclusion) artırılması üçün strategiyalar hazırlayır.