Subject · Beynəlxalq ticarət və logistika

Logistikada süni intellekt və avtomatlaşdırmaSyllabus

MS-19536 creditsAutumn semesterElective2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-1953
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Elective
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə
Independent study hours
a) 90 saat – sərbəst iş b) 60 saat- layihə işi və ya məsləhət saatı

About the subject

"logistikada süni intellekt və avtomatlaşdırma" fənni süni intellektin (si̇) və avtomatlaşdırmanın logistika və təchizat zəncirinin bütün mərhələlərində — tələbin proqnozlaşdırılmasından son mil çatdırılmaya qədər — necə dəyər yaratdığını öyrədir. kurs idarəçi (mba) perspektivindən qurulub: texnologiyanın iş prinsipi, biznes nəticəsi və tətbiq riskləri birlikdə öyrənilir. fənnin hədəfi MBA tələbələrini logistika və təchizat zəncirində si̇ və avtomatlaşdırma imkanlarını müəyyən edən, iqtisadi səmərəsini qiymətləndirən və tətbiqini idarə edən rəhbər kimi hazırlamaqdır. fənnin əsas məqsədlərinə si̇, maşın öyrənməsi, kompüter görməsi, nlp, generativ si̇ və RPA texnologiyalarının logistikadakı rolunu izah etmək, proqnozlaşdırma, ehtiyat, nəqliyyat və anbar qərarlarında məlumata əsaslanan yanaşma verdişlərini formalaşdırmaq, robototexnika, avtonom nəqliyyat və rəqəmsal əkiz texnologiyalarının əməliyyat effektini təhlil etməyi öyrətmək, təchizat zəncirinin dayanıqlığını si̇ ilə gücləndirmə yollarını göstərmək, si̇ layihələrinin roi/tco, etik, hüquqi və kibertəhlükəsizlik aspektlərini qiymətləndirmə bacarığı vermək, azərbaycanın logistika və si̇ siyasəti kontekstində tətbiq yol xəritəsi hazırlamaq bacarığını inkişaf etdirmək daxildir.

Teaching methods

  • lecture
  • interactive discussion
  • problem-based learning
  • case study
  • teamwork
  • presentations
  • project-based learning

Course learning outcomes (CLO)

  1. CLO 1: Logistikada istifadə olunan si̇ texnologiyalarını (ml, kompüter görməsi, nlp, generativ si̇, rpa, rəqəmsal əkiz) izah edir və fərqləndirir.

  2. CLO 2: Logistika problemlərinin həllində uyğun si̇ və avtomatlaşdırma yanaşmalarını tətbiq edir.

  3. CLO 3: Logistika prosesində si̇ tətbiqi üçün məlumat mənbələrini, prosesləri, riskləri və texnoloji ehtiyacları müəyyənləşdirərək konkret istifadə halını formalaşdırır.

  4. CLO 4: Si̇ layihəsinin iqtisadi səmərəsini (roi, tco), risklərini, etik və hüquqi uyğunluğunu qiymətləndirir və qərarı əsaslandırır.

  5. CLO 5: Konkret logistika və ya təchizat zənciri problemi üçün AI və avtomatlaşdırma əsaslı həll konsepsiyası, tətbiq yol xəritəsi və əsas performans göstəricilərini (kpi) özündə birləşdirən ilkin layihə təklifi hazırlaya bilir.

Topic plan

  1. 1.
    Logistikada süni intellektə giriş: anlayış, inkişaf və logistika 5.0-a keçidLecture

    Süni intellektin anlayışı, əsas növləri və logistikada tətbiqinin tarixi inkişafı izah olunur. logistika 4.0-dan insan mərkəzli və dayanıqlı logistika 5.0 modelinə keçidin mahiyyəti göstərilir.

  2. 2.
    Reaktivdən proqnozlaşdırıcı və avtonom təchizat zəncirinəLecture

    Ənənəvi reaktiv təchizat zəncirinin proqnozlaşdırıcı və avtonom modellərə çevrilməsinin mərhələləri izah olunur. bu keçiddə məlumatların və süni intellektin rolu göstərilir.

  3. 3.
    Logistikada rəqəmsal infrastruktur: big data, iot, bulud texnologiyaları və inteqrasiya edilmiş sistemlərLecture

    Big data, əşyaların i̇nterneti (iot), bulud texnologiyaları və erp/wms/tms kimi inteqrasiya edilmiş sistemlərin logistikada rolu izah olunur. bu texnologiyaların süni intellekt tətbiqləri üçün necə zəmin yaratdığı göstərilir.

  4. 4.
    Maşın öyrənməsi və proqnozlaşdırıcı analitika: logistika meneceri üçün əsas anlayışlarLecture

    Maşın öyrənməsinin əsas növləri (nəzarətli, nəzarətsiz və gücləndirici öyrənmə) və proqnozlaşdırıcı analitikanın prinsipləri qeyri-texniki menecer üçün sadə dillə izah olunur. bu anlayışların logistika qərarlarında necə istifadə edildiyi göstərilir.

  5. 5.
    Si̇ ilə tələbin proqnozlaşdırılması və təchizat zəncirinin planlaşdırılmasıLecture

    Süni intellektə əsaslanan tələb proqnozlaşdırma metodları ənənəvi statistik metodlarla müqayisə olunur. proqnozların istehsal və təchizat zəncirinin planlaşdırılmasında (s&op) tətbiqi izah olunur.

  6. 6.
    Si̇ ilə ehtiyatların optimallaşdırılması və təchizatın bərpasıLecture

    Süni intellektin optimal ehtiyat səviyyəsinin müəyyənləşdirilməsində və avtomatik sifariş (təchizatın bərpası) proseslərində tətbiqi izah olunur. ehtiyat çatışmazlığı və artıq ehtiyat risklərinin azaldılması yolları göstərilir.

  7. 7.
    Nəqliyyat logistikasında si̇: marşrut və park idarəçiliyiLecture

    Süni intellektlə marşrutların optimallaşdırılması, real vaxtda nəqliyyat monitorinqi və avtopark idarəçiliyi izah olunur. proqnozlaşdırıcı texniki xidmətin xərclərin azaldılmasındakı rolu göstərilir.

  8. 8.
    Son mil logistikasında süni intellekt, avtonom nəqliyyat və dron texnologiyalarıLecture

    Son mil çatdırılmasının problemləri və bu sahədə süni intellekt, avtonom nəqliyyat vasitələri və dronların tətbiqi izah olunur. bu texnologiyaların imkanları, məhdudiyyətləri və tənzimləmə məsələləri göstərilir.

  9. 9.
    Ağıllı anbar və robototexnikaLecture

    Ağıllı anbarın konsepsiyası, avtomatlaşdırılmış saxlama sistemləri (as/rs), mobil robotlar (amr) və kompüter görməsinin anbar əməliyyatlarında tətbiqi izah olunur. robotlaşdırmanın səmərəliliyə və işçi qüvvəsinə təsiri təhlil olunur.

  10. 10.
    Satınalma və təchizatçı risklərinin si̇ ilə idarə edilməsiLecture

    Süni intellektin təchizatçıların seçilməsində, qiymətləndirilməsində və satınalma proseslərinin avtomatlaşdırılmasında tətbiqi izah olunur. təchizatçı risklərinin erkən aşkarlanması və monitorinqi göstərilir.

  11. 11.
    Generativ si̇ və böyük dil modelləri (llm) logistika menecmentindəLecture

    Generativ süni intellektin və böyük dil modellərinin iş prinsipləri və logistikada tətbiq sahələri izah olunur. bu sahələrə sənəd emalı, müştəri xidməti, hesabatların hazırlanması və qərar dəstəyi aiddir. onların imkanları və riskləri də göstərilir.

  12. 12.
    Ağıllı avtomatlaşdırma: rpa, si̇ ilə iş axınları və si̇ agentləri logistika proseslərindəLecture

    Robotlaşdırılmış proses avtomatlaşdırması (rpa), süni intellektə əsaslanan iş axınları və müstəqil hərəkət edən si̇ agentləri arasındakı fərqlər izah olunur. onların logistika proseslərinin avtomatlaşdırılmasında tətbiqi göstərilir.

  13. 13.
    Rəqəmsal əkizlər və simulyasiyaLecture

    Rəqəmsal əkiz anlayışı və onun anbar, nəqliyyat və təchizat zəncirinin modelləşdirilməsində tətbiqi izah olunur. simulyasiya vasitəsilə ssenarilərin sınaqdan keçirilməsi və qərarların əsaslandırılması göstərilir.

  14. 14.
    Təchizat zəncirinin dayanıqlığı (resilience) və si̇: yaşıl logistika, karbon emissiyalarının optimallaşdırılması və dövri təchizat zənciriLecture

    Süni intellektin təchizat zəncirində pozuntuların proqnozlaşdırılması və dayanıqlığın artırılmasındakı rolu izah olunur. yaşıl logistika, karbon emissiyalarının azaldılması və dövri (circular) təchizat zənciri modellərində si̇ tətbiqləri göstərilir.

  15. 15.
    Si̇ tətbiqinin strategiyası, etikası, tənzimlənməsi və kibertəhlükəsizlikLecture

    Logistika şirkətlərində süni intellekt tətbiqi strategiyasının hazırlanması mərhələləri izah olunur. etik prinsiplər, hüquqi tənzimləmə (məsələn, ai̇-nin si̇ aktı) və kibertəhlükəsizlik riskləri göstərilir.

  16. 16.
    Süni intellektlə idarə olunan təchizat zənciri: ənənəvi modeldən ağıllı və avtonom təchizat zəncirinə keçidIndependent study

    Tələbə ənənəvi, ağıllı və avtonom təchizat zənciri modellərinin fərqlərini araşdırır və bu keçiddə süni intellektin rolunu müəyyən edir. qlobal şirkətlərin nümunəsində transformasiyanın mərhələlərini və nəticələrini təhlil edir.

  17. 17.
    Si̇ ilə tələbin proqnozlaşdırılması və ehtiyatların optimallaşdırılması: biznes qərarlarının keyfiyyətinə təsirIndependent study

    Tələbə süni intellektə əsaslanan tələb proqnozlaşdırma və ehtiyat optimallaşdırma alətlərini araşdırır. real şirkət nümunələri əsasında onların proqnoz dəqiqliyinə, xərclərə və idarəetmə qərarlarının keyfiyyətinə təsirini təhlil edir.

  18. 18.
    Nəqliyyat logistikasında süni intellekt: marşrutların optimallaşdırılması və park idarəçiliyiIndependent study

    Tələbə süni intellektin marşrut planlaşdırılmasında, real vaxtda monitorinqdə və avtopark idarəçiliyində tətbiqini araşdırır. konkret şirkət nümunəsində yanacaq, vaxt və xərc qənaətini qiymətləndirir.

  19. 19.
    Ağıllı anbar: robototexnika, kompüter görməsi və si̇ ilə anbar əməliyyatlarının transformasiyasıIndependent study

    Tələbə ağıllı anbar texnologiyalarını, o cümlədən robotları, avtomatlaşdırılmış saxlama sistemlərini və kompüter görməsini araşdırır. onların anbar əməliyyatlarının sürətinə, dəqiqliyinə və işçi qüvvəsinə təsirini real nümunələrlə təhlil edir.

  20. 20.
    Son mil logistikasında si̇, avtonom nəqliyyat və dronlar: gələcəyin çatdırılma modeliIndependent study

    Tələbə son mil çatdırılmasında süni intellekt, avtonom nəqliyyat vasitələri və dronların tətbiq təcrübəsini araşdırır. bu modellərin üstünlüklərini, məhdudiyyətlərini və azərbaycanda tətbiq imkanlarını qiymətləndirir.

  21. 21.
    Generativ si̇ və llm-lərin logistika menecmentində tətbiqi: menecer üçün yeni rəqəmsal köməkçiIndependent study

    Tələbə generativ süni intellektin və böyük dil modellərinin logistika menecerinin gündəlik işində tətbiq sahələrini araşdırır. bu sahələrə sənəd emalı, analitika, kommunikasiya və qərar dəstəyi aiddir. praktik istifadə ssenariləri hazırlayır və riskləri göstərir.

  22. 22.
    Si̇ agentləri və ağıllı avtomatlaşdırma: logistika proseslərində rpa-dan agent əsaslı sistemlərə keçidIndependent study

    Tələbə rpa, süni intellektlə gücləndirilmiş iş axınları və si̇ agentləri arasındakı fərqləri araşdırır. seçdiyi logistika prosesi üçün avtomatlaşdırma ssenarisi təklif edir.

  23. 23.
    Rəqəmsal əkiz və simulyasiya texnologiyaları ilə təchizat zəncirinin idarə edilməsiIndependent study

    Tələbə rəqəmsal əkiz və simulyasiya texnologiyalarının təchizat zəncirinin planlaşdırılmasında və risk ssenarilərinin sınaqdan keçirilməsində tətbiqini araşdırır. real şirkət nümunələri əsasında onların idarəetmə qərarlarına təsirini təhlil edir.

  24. 24.
    Si̇ ilə dayanıqlı və yaşıl logistika: karbon emissiyalarının ölçülməsi və optimallaşdırılmasıIndependent study

    Tələbə süni intellektin logistikada karbon emissiyalarının ölçülməsi, monitorinqi və azaldılmasındakı rolunu araşdırır. yaşıl logistika təşəbbüslərinin ekoloji və iqtisadi nəticələrini nümunələrlə qiymətləndirir.

  25. 25.
    Logistikada si̇ tətbiqinin strateji idarə edilməsi: investisiya, risk, etika və kibertəhlükəsizlikIndependent study

    Tələbə logistika şirkətində süni intellekt layihəsinin strateji planlaşdırılmasını araşdırır: investisiyanın əsaslandırılması, risklərin qiymətləndirilməsi, etik və hüquqi tələblər, kibertəhlükəsizlik. seçdiyi şirkət üçün si̇ tətbiqi yol xəritəsi təklif edir.

Reading list

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5