Subject · Beynəlxalq ticarət və logistika
Logistikada süni intellekt və avtomatlaşdırma
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
"logistikada süni intellekt və avtomatlaşdırma" fənni süni intellektin (si̇) və avtomatlaşdırmanın logistika və təchizat zəncirinin bütün mərhələlərində — tələbin proqnozlaşdırılmasından son mil çatdırılmaya qədər — necə dəyər yaratdığını öyrədir. kurs idarəçi (mba) perspektivindən qurulub: texnologiyanın iş prinsipi, biznes nəticəsi və tətbiq riskləri birlikdə öyrənilir. fənnin hədəfi MBA tələbələrini logistika və təchizat zəncirində si̇ və avtomatlaşdırma imkanlarını müəyyən edən, iqtisadi səmərəsini qiymətləndirən və tətbiqini idarə edən rəhbər kimi hazırlamaqdır. fənnin əsas məqsədlərinə si̇, maşın öyrənməsi, kompüter görməsi, nlp, generativ si̇ və RPA texnologiyalarının logistikadakı rolunu izah etmək, proqnozlaşdırma, ehtiyat, nəqliyyat və anbar qərarlarında məlumata əsaslanan yanaşma verdişlərini formalaşdırmaq, robototexnika, avtonom nəqliyyat və rəqəmsal əkiz texnologiyalarının əməliyyat effektini təhlil etməyi öyrətmək, təchizat zəncirinin dayanıqlığını si̇ ilə gücləndirmə yollarını göstərmək, si̇ layihələrinin roi/tco, etik, hüquqi və kibertəhlükəsizlik aspektlərini qiymətləndirmə bacarığı vermək, azərbaycanın logistika və si̇ siyasəti kontekstində tətbiq yol xəritəsi hazırlamaq bacarığını inkişaf etdirmək daxildir.
Course learning outcomes
CLO 1: Logistikada istifadə olunan si̇ texnologiyalarını (ml, kompüter görməsi, nlp, generativ si̇, rpa, rəqəmsal əkiz) izah edir və fərqləndirir.
CLO 2: Logistika problemlərinin həllində uyğun si̇ və avtomatlaşdırma yanaşmalarını tətbiq edir.
CLO 3: Logistika prosesində si̇ tətbiqi üçün məlumat mənbələrini, prosesləri, riskləri və texnoloji ehtiyacları müəyyənləşdirərək konkret istifadə halını formalaşdırır.
CLO 4: Si̇ layihəsinin iqtisadi səmərəsini (roi, tco), risklərini, etik və hüquqi uyğunluğunu qiymətləndirir və qərarı əsaslandırır.
CLO 5: Konkret logistika və ya təchizat zənciri problemi üçün AI və avtomatlaşdırma əsaslı həll konsepsiyası, tətbiq yol xəritəsi və əsas performans göstəricilərini (kpi) özündə birləşdirən ilkin layihə təklifi hazırlaya bilir.






