Subject · Proqram təminatı mühəndisliyi

Proqram mühəndisliyinin əsasları

if-611143y6 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Proqram mühəndisliyinin əsasları fənninin təsviri bu fənn proqram mühəndisliyinin əsas anlayış və prinsiplərini, proqram təminatının həyat dövrü mərhələlərini, keyfiyyət meyarlarını və proqram inkişaf metodologiyalarını əhatə edir. fənn çərçivəsində proqram təminatına olan tələblərin müəyyənləşdirilməsi, UML diaqramları vasitəsilə sistemlərin modelləşdirilməsi, layihələndirmə sənədlərinin hazırlanması, versiya nəzarət sistemlərindən istifadə, proqram təminatının test edilməsi, risklərin təhlili və proqram layihələrinin planlaşdırılması üzrə bilik və bacarıqlar formalaşdırılır.

Course learning outcomes

  1. CLO 1: Proqram mühəndisliyinin əsas anlayışlarını, prinsiplərini və proqram təminatının həyat dövrü mərhələlərini izah edir.

  2. CLO 2: Proqram inkişaf metodologiyalarını (agile, waterfall və s.) müqayisə edir və verilmiş layihənin xüsusiyyətlərinə uyğun metodologiyanı seçir.

  3. CLO 3: Verilmiş məsələyə uyğun proqram təminatı tələblərini müəyyənləşdirir, təhlil edir və tələblərdəki uyğunsuzluqları və riskləri aşkarlayır.

  4. CLO 4: Sadə proqram layihələri üçün layihələndirmə sənədləri hazırlayır və UML diaqramları vasitəsilə sistemləri modelləşdirir.

  5. CLO 5: Proqram təminatının keyfiyyət meyarlarını və standartlarını qiymətləndirir, proqram kodunun strukturlaşdırılması və oxunaqlılığını təmin edən prinsipləri tətbiq edir.

  6. CLO 6: Versiya nəzarət sistemlərindən (git və s.) istifadə edir və proqram təminatının test edilməsi üsullarını, o cümlədən vahid və inteqrasiya testlərini tətbiq edir.

  7. CLO 7: Proqram təminatında yaranan problemləri təhlil edir, alternativ proqram həllərini müqayisə edir və optimal həll variantını əsaslandırır.