Bachelor's programme

Proqram təminatı mühəndisliyiCourse outcomes

Bachelor's6006038Faculty of information technologies and telecommunicationsEngineering mathematics and artificial intelligence4 subjects

Course learning outcomes

What a student is expected to achieve by the end of each subject.

4 subjects
  • if-611142y

    Xətti cəbr

    Subject page: Xətti cəbr
    1. CLO 1: Matris və vektorlar üzərində əməliyyatları yerinə yetirir və xətti tənliklər sistemlərini müxtəlif üsullarla həll edir.

    2. CLO 2: Matrislərin məxsusi qiymət və vektorlarını hesablayır, nəticələri praktik məsələlərin həllində tətbiq edir.

    3. CLO 3: Koordinatlar üsulundan istifadə edərək riyazi məsələləri həll edir.

    4. CLO 4: Xətti cəbr üsulları ilə çoxölçülü məlumatların riyazi təsvirini qurur və onların strukturunu təhlil edir.

    5. CLO 5: Ölçünün azaldılması və proyeksiya üsullarının riyazi əsaslarını izah edir və tətbiq edir.

    6. CLO 6: Xətti cəbr metodlarını verilənlərin təhlili və maşın öyrənməsi ilə bağlı praktik məsələlərin həllində tətbiq edir.

  • if-611141y

    Riyazi analiz

    Subject page: Riyazi analiz
    1. CLO 1: Funksiyaların limitlərini və kəsilməzliyini müəyyən edir, limitlərin hesablanması üsullarını tətbiq edir.

    2. CLO 2: Funksiyaların törəmələrini hesablayır, artma-azalma intervallarını və ekstremum nöqtələrini müəyyən edir.

    3. CLO 3: Müəyyən inteqralları hesablayır, inteqral hesabın köməyi ilə sahə və funksiyanın orta qiymətini müəyyən edir.

    4. CLO 4: Çoxdəyişənli funksiyaların qismən törəmələrini hesablayır və ekstremum məsələlərini həll edir.

    5. CLO 5: Riyazi analiz üsullarını optimallaşdırma və data analitikası məsələlərinin həllində tətbiq edir.

    6. CLO 6: Riyazi modellər qurur, alınmış nəticələri təhlil edir və statistik analizlə maşın öyrənməsi üçün zəruri riyazi üsullardan istifadə edir.

  • if-611144y

    Proqramlaşdırmanın əsasları

    Subject page: Proqramlaşdırmanın əsasları
    1. CLO 1: Alqoritmik düşünmə prinsiplərini tətbiq etməklə məsələlərin həlli üçün alqoritmlər qurur və onları proqramlaşdırma dilində reallaşdırır.

    2. CLO 2: Proqramlaşdırmada dəyişənlərdən, verilənlər tiplərindən, şərt və dövr operatorlarından istifadə edərək proqram kodları yazır.

    3. CLO 3: Funksiyalardan və modul proqramlaşdırma prinsiplərindən istifadə etməklə proqram kodunun strukturunu formalaşdırır.

    4. CLO 4: Fayllarla işləmə vasitələrindən istifadə edərək məlumatları oxuyur, emal edir və fayllara yazır.

    5. CLO 5: Proqram kodunda məntiqi və sintaktik səhvləri müəyyən edir, təhlil edir və aradan qaldırır.

    6. CLO 6: Proqramlaşdırma vasitələrindən istifadə etməklə sadə data analitikası məsələlərini həll edir və məlumatların emalını həyata keçirir.

  • if-611143y

    Proqram mühəndisliyinin əsasları

    Subject page: Proqram mühəndisliyinin əsasları
    1. CLO 1: Proqram mühəndisliyinin əsas anlayışlarını, prinsiplərini və proqram təminatının həyat dövrü mərhələlərini izah edir.

    2. CLO 2: Proqram inkişaf metodologiyalarını (agile, waterfall və s.) müqayisə edir və verilmiş layihənin xüsusiyyətlərinə uyğun metodologiyanı seçir.

    3. CLO 3: Verilmiş məsələyə uyğun proqram təminatı tələblərini müəyyənləşdirir, təhlil edir və tələblərdəki uyğunsuzluqları və riskləri aşkarlayır.

    4. CLO 4: Sadə proqram layihələri üçün layihələndirmə sənədləri hazırlayır və UML diaqramları vasitəsilə sistemləri modelləşdirir.

    5. CLO 5: Proqram təminatının keyfiyyət meyarlarını və standartlarını qiymətləndirir, proqram kodunun strukturlaşdırılması və oxunaqlılığını təmin edən prinsipləri tətbiq edir.

    6. CLO 6: Versiya nəzarət sistemlərindən (git və s.) istifadə edir və proqram təminatının test edilməsi üsullarını, o cümlədən vahid və inteqrasiya testlərini tətbiq edir.

    7. CLO 7: Proqram təminatında yaranan problemləri təhlil edir, alternativ proqram həllərini müqayisə edir və optimal həll variantını əsaslandırır.