Subject · Energy engineering

Soyuducu maşınlarSyllabus

İFS-2338y7 creditsSpring semesterElective2025-2026

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
İFS-2338y
Credits
7
Student workload
210
Semester
Spring semester
Academic year
2025-2026
Subject type
Elective
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
a) 45 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat-laboratoriya işi
Out-of-class hours
a) 60 saat-sərbəst iş b) 75 saat-məsləhət saatı

About the subject

“soyuducu maşınlar” fənni süni soyuq istehsalının termodinamik prinsiplərini, buxar-kompressorlu, absorbsiyalı və qaz soyuducu maşınlarının iş prinsiplərini, əsas avadanlıqlarının (kompressor, kondensator, buxarlandırıcı) hesabatını əhatə edir. fəndə p-h diaqramında soyutma tsikllərinin qurulması, ekoloji təmiz xladagentlərin tətbiqi, soyutma əmsalının və maşınların enerji effektivliyinin yüksəldilməsi metodları tədris olunur.

Teaching methods

  • lecture
  • laboratory work
  • seminar
  • presentations
  • teamwork
  • interactive discussion

Course learning outcomes (CLO)

  1. CLO 1: Ftn1: soyuducu maşınların termodinamik əsaslarını və aşağı temperaturların alınmasının fiziki prinsiplərini izah edir;

  2. CLO 2: Ftn2: soyuducu agentlərin növlərini, xassələrini və seçilmə prinsiplərini şərh edir;

  3. CLO 3: Ftn3: buxar soyuducu maşınların sxem və tsikllərini təhlil edir və hesablayır;

  4. CLO 4: Ftn4: soyuducu maşın kompressorlarının və istilik mübadilə aparatlarının konstruksiyasını, iş prosesini və hesablanma qaydalarını izah edir;

  5. CLO 5: Ftn5: qaz, termoelektrik, buxar-ejektorlu və absorbsion soyuducu maşınların iş prinsipini və xarakteristikalarını təhlil edir.

Topic plan

  1. 1.
    Giriş. soyuducu maşınların inkişaf tarixi və perspektivləri. süni soyuqluğun sənayedə tətbiqi.Lecture

    Soyuducu maşınların inkişaf tarixi və müasir vəziyyəti öyrənilir. süni soyuqluğun sənayedə tətbiq sahələri nəzərdən keçirilir. soyutma sistemlərinin inkişaf perspektivləri izah edilir.

  2. 2.
    Aşağı temperaturlar alınmasının fiziki əsasları. drossellənmə, adiabatik genişlənmə, burulğanlıq və termoelektrik soyuducu effektləri.Lecture

    Aşağı temperaturların alınması üsulları öyrənilir. drossellənmə, xarici iş görməklə adiabatik genişlənmə, burulğanlıq və termoelektrik effektlərin fiziki mahiyyəti izah edilir.

  3. 3.
    Soyuducu maşınların termodinamik əsasları. əks tsikllər və onların klassifikasiyası. əks karno tsikli. mənbələr və onların əks tsikllərlə qarşılıqlı əlaqəsi.Lecture

    Əks tsikllər və onların klassifikasiyası öyrənilir. əks karno tsikli nəzərdən keçirilir. i̇stilik mənbələrinin əks tsikllərlə qarşılıqlı əlaqəsi izah edilir.

  4. 4.
    Soyutma və istilik nasosu tsiklləri. düz və əks tsikllərin əlaqəsi. dönmə əmsalı.Lecture

    Soyutma və istilik nasosu tsiklləri öyrənilir. düz və əks tsikllərin qarşılıqlı əlaqəsi nəzərdən keçirilir. dönmə əmsalının təyini qaydası izah edilir.

  5. 5.
    Soyuducu maşınların işçi cisimləri. soyuducu agentlərin termodinamiki, teplofiziki, kimyəvi, fizioloji və ekoloji xassələri.Lecture

    Soyuducu agentlərin əsas növləri öyrənilir. onların termodinamiki, teplofiziki, kimyəvi, fizioloji və ekoloji xassələri nəzərdən keçirilir

  6. 6.
    Soyuducu agentlərin su, sürtgü yağları və konstruksiya materialları ilə qarşılıqlı təsiri. alternativ soyuducu agentlər.Lecture

    Soyuducu agentlərin su, sürtgü yağları və konstruksiya materialları ilə qarşılıqlı təsiri öyrənilir. alternativ soyuducu agentlərin xüsusiyyətləri izah edilir.

  7. 7.
    Soyuducu agentlərin xassələrinin soyuducu maşının konstruksiyasına və istismar göstəricilərinə təsiri. soyuducu agentlərin seçilmə prinsipləri və tətbiq sahələri.Lecture

    Agent xassələrinin maşının konstruksiyasına və istismar göstəricilərinə təsiri öyrənilir. soyuducu agentlərin seçilmə prinsipləri və tətbiq sahələri izah edilir.

  8. 8.
    Buxar soyuducu maşınların sxem və tsiklləri. nəm buxar oblastında detanderli və drosselləndirməli tsikl. kompressora quru və ya qızmış buxar sorulmaqla olan tsikllər.Lecture

    Buxar soyuducu maşınların əsas sxemləri öyrənilir. nəm buxar oblastında detanderli və drosselləndirməli tsikllər, quru və qızmış buxar sorulan tsikllər nəzərdən keçirilir.

  9. 9.
    Regenerativ və regenerativ olmayan tsikllər. bir pilləli buxar soyuducu maşınlarının nəzəri tsikllərinin hesabı. çox pilləli soyuducu maşınlar. aralıq təzyiqin seçilməsi.Lecture

    Regenerativ və regenerativ olmayan tsikllər öyrənilir. bir pilləli maşınların nəzəri tsiklinin hesablanması izah edilir. çox pilləli sıxma və aralıq təzyiqin seçilməsi nəzərdən keçirilir.

  10. 10.
    Birqatlı drossellənməli, tam və natamam aralıq soyutmalı tsikllər. i̇ki pilləli mübadilə aparatlı, iki pilləli ikiqat drossellənməli, tam və natamam aralıq soyutmalı tsikllər.Lecture

    İki pilləli maşınların müxtəlif sxemləri öyrənilir. birqatlı və ikiqat drossellənməli, tam və natamam aralıq soyutmalı tsikllər nəzərdən keçirilir.

  11. 11.
    Üç pilləli soyuducu maşınların sxem və tsiklləri. quru buz tsikli. kaskad soyuducu maşınlar. ən sadə və real kaskad soyuducu maşını.Lecture

    Üç pilləli maşınların sxem və tsiklləri öyrənilir. quru buz tsikli nəzərdən keçirilir. sadə və real kaskad soyuducu maşınların iş prinsipi izah edilir.

  12. 12.
    Soyuducu maşın kompressorları, növləri və klassifikasiyası. porşenli kompressorlar, konstruktiv xüsusiyyətləri, nəzəri və həqiqi iş prosesləri.Lecture

    Soyuducu maşın kompressorlarının növləri və klassifikasiyası öyrənilir. porşenli kompressorların konstruksiyası, nəzəri və həqiqi iş prosesləri izah edilir.

  13. 13.
    Rotasion və vintli kompressorlar, konstruktiv xüsusiyyətləri və iş prosesi.Lecture

    Rotasion və vintli kompressorların konstruktiv xüsusiyyətləri öyrənilir. onların iş prosesi və tətbiq sahələri izah edilir.

  14. 14.
    Mərkəzdənqaçma tipli kompressorlar, konstruktiv xüsusiyyətləri və iş prosesi.Lecture

    Mərkəzdənqaçma tipli kompressorların konstruksiyası öyrənilir. onların iş prosesi və əsas xarakteristikaları izah edilir

  15. 15.
    Soyuducu maşınların istilik mübadilə aparatları, onların klassifikasiyası. kondensatorlar, onların növləri və konstruktiv xüsusiyyətləri. boru örtüklü horizontal və vertikal kondensatorlar.Lecture

    İstilik mübadilə aparatlarının klassifikasiyası öyrənilir. kondensatorların növləri nəzərdən keçirilir. boru örtüklü horizontal və vertikal kondensatorların konstruksiyası izah edilir.

  16. 16.
    Boru örtüklü ilanvari borulu, elementli, suvarılan və buxarlandırmalı kondensatorlar. hava ilə soyudulan kondensatorlar. axınlı kondensatorların istilik hesabı.Lecture

    Müxtəlif tipli kondensatorların konstruksiyası öyrənilir. hava ilə soyudulan kondensatorlar nəzərdən keçirilir. axınlı kondensatorların istilik hesabı qaydası izah edilir.

  17. 17.
    Buxarlandırıcılar, onların növləri və konstruktiv xüsusiyyətləri. horizontal boru örtüklü ammonyak və freon buxarlandırıcıları. boru örtüklü və boruların daxilində qaynama ilə və panelli buxarlandırıcılar.Lecture

    Buxarlandırıcıların növləri və konstruktiv xüsusiyyətləri öyrənilir. ammonyak və freon buxarlandırıcıları, boruların daxilində qaynama ilə işləyən və panelli buxarlandırıcılar izah edilir.

  18. 18.
    Buxarlandırıcıların istilik hesabı. hava soyuducuları. quru havasoyuducuların konstruktiv xüsusiyyətləri. sakit soyutmalı kamera cihazları. hava soyuducuların hesabı.Lecture

    Buxarlandırıcıların istilik hesabı öyrənilir. hava soyuducularının və sakit soyutmalı kamera cihazlarının konstruktiv xüsusiyyətləri izah edilir. havasoyuducuların hesablanma qaydası nəzərdən keçirilir.

  19. 19.
    Soyuducu maşınların köməkçi avadanlıqları. i̇stidəyişdiricilər, aralıq qablar, yağ ayırıcıları, çənlər, hava və maye ayırıcıları, süzgəclər, freon quruducuları.Lecture

    Soyuducu maşınların köməkçi avadanlıqlarının təyinatı öyrənilir. i̇stidəyişdiricilərin, aralıq qabların, yağ, hava və maye ayırıcılarının, süzgəclərin və freon quruducularının quruluşu izah edilir.

  20. 20.
    Qaz soyuducu maşınları. qaz soyuducu maşınların regenerativ və regenerativ olmayan tsikli. detanderli və burulğan borulu qaz soyuducu maşınları.Lecture

    Qaz soyuducu maşınlarının iş prinsipi öyrənilir. regenerativ və regenerativ olmayan tsikllər nəzərdən keçirilir. detanderli və burulğan borulu maşınların quruluşu izah edilir.

  21. 21.
    Termoelektrik və buxar-ejektorlu soyuducu maşınlar. onların nəzəri və həqiqi iş prosesi. buxar-ejektorlu maşının əsas elementinin konstruksiyası.Lecture

    Termoelektrik və buxar-ejektorlu soyuducu maşınların iş prinsipi öyrənilir. onların nəzəri və həqiqi iş prosesləri, ejektorun konstruksiyası izah edilir.

  22. 22.
    Absorbsion soyuducu maşınların sxemi. nəzəri və həqiqi iş prosesləri. absorbsion soyuducu maşınların konstruksiyası.Lecture

    Absorbsion soyuducu maşınların sxemi və iş prinsipi öyrənilir. nəzəri və həqiqi iş prosesləri, əsas elementlərin konstruksiyası nəzərdən keçirilir.

  23. 23.
    Absorbsion maşınların xarakteristikası və məhsuldarlıqlarının nizamlanması.Lecture

    Absorbsion maşınların xarakteristikaları öyrənilir. məhsuldarlığın nizamlanma üsulları nəzərdən keçirilir.

  24. 24.
    Bir pilləli buxar soyuducu maşının nəzəri tsiklinin lgp–i diaqramında qurulmasının izah olunması.Seminar

    Bir pilləli buxar soyuducu maşının nəzəri tsiklinin lgp–i diaqramında qurulması qaydası öyrənilir. tsiklin proseslərinin diaqramda təsviri izah edilir.

  25. 25.
    Lgp–i diaqramından nəzəri tsiklin düyün nöqtələrinin parametrlərinin təyin olunması.Seminar

    Nəzəri tsiklin düyün nöqtələrinin parametrlərinin diaqramdan tapılması qaydası öyrənilir. soyuducu agentin xassələri cədvəllərdən və diaqramdan istifadə edilərək təyin olunur.

  26. 26.
    Bir pilləli buxar soyuducu maşının istilik hesabatının aparılması.Seminar

    Bir pilləli buxar soyuducu maşının istilik hesabatı qaydası öyrənilir. xüsusi və tam soyuqluq məhsuldarlığı, işi və dönmə əmsalı hesablanır

  27. 27.
    Soyuducu agentlərin xassələrinin soyuducu maşının konstruksiyasına və istismar göstəricilərinə təsirinin araşdırılması.Seminar

    Müxtəlif soyuducu agentlər üçün maşının göstəriciləri müqayisəli şəkildə hesablanır. agent xassələrinin konstruksiya və istismar göstəricilərinə təsiri araşdırılır.

  28. 28.
    Soyuducu maşın kompressorunun energetik göstəricilərinin və konstruktiv ölçülərinin təyini.Seminar

    Kompressorun energetik göstəricilərinin hesablanması qaydası öyrənilir. kompressorun əsas konstruktiv ölçülərinin təyini aparılır.

  29. 29.
    Kompressorun dinamiki hesabının aparılması. nazim çarxın ətalət kütləsinin təyin olunması.Seminar

    Kompressorun dinamiki hesabı qaydası öyrənilir. mexanizmə təsir edən qüvvələr nəzərdən keçirilir. nazim çarxın ətalət kütləsinin təyini aparılır.

  30. 30.
    İstilik mübadilə aparatlarının istilik və konstruktiv hesabının aparılması.Seminar

    Kondensator və buxarlandırıcının istilik hesabı qaydası öyrənilir. aparatın istilik mübadilə səthinin və əsas konstruktiv ölçülərinin təyini aparılır.

  31. 31.
    Hava soyuducuların konstruktiv hesabının aparılması.Seminar

    Hava soyuducusunun konstruktiv hesabı qaydası öyrənilir. havasoyuducunun istilik mübadilə səthi və əsas ölçüləri təyin olunur.

  32. 32.
    Laboratoriya otaqlarında texniki təhlükəsizlik qaydaları öyrənilir. laboratoriya işlərinin yerinə yetirilməsi və təhvil verilməsi qaydaları izah edilir.Laboratory

    Tələbə laboratoriyada təhlükəsizlik qaydalarını izah edir. bu qaydalara əməl edir. i̇şlərin təhvil qaydalarını bilir.

  33. 33.
    Fak-0,7 markalı soyuducu maşının quruluşu və əsas elementləri öyrənilir. maşının iş prinsipi və texniki göstəriciləri nəzərdən keçirilir.Laboratory

    Tələbə maşının əsas elementlərini tanıyır. i̇ş prinsipini izah edir. maşının əsas texniki göstəricilərini müəyyən edir.

  34. 34.
    Buxar-kompression soyuducu maşının tsikli təcrübi olaraq tədqiq olunur. ölçmə nəticələrinə əsasən tsikl diaqramda qurulur.Laboratory

    Tələbə təcrübə parametrlərini ölçür. tsikli diaqramda qurur. alınmış nəticələri hesablayır və təhlil edir.

  35. 35.
    Soyuducu agentlərin bərpası və yenidən istifadəsi üçün təmizləyici qurğunun quruluşu öyrənilir. qurğunun iş prinsipi və ekoloji əhəmiyyəti izah edilir.Laboratory

    Tələbə təmizləyici qurğunun iş prinsipini izah edir. agentlərin bərpasının ekoloji əhəmiyyətini qiymətləndirir.

  36. 36.
    Ammonyak soyuducu maşınlarının porşenli kompressorlarının konstruksiyası öyrənilir. əsas detalların və qovşaqların təyinatı izah edilir.Laboratory

    Tələbə porşenli kompressorun əsas detallarını tanıyır. onların təyinatını izah edir. kompressorun iş prinsipini şərh edir.

  37. 37.
    Ak-fv4m markalı soyuducu maşının quruluşu və əsas elementləri öyrənilir. maşının iş prinsipi və texniki göstəriciləri nəzərdən keçirilir.Laboratory

    Tələbə maşının əsas elementlərini müəyyən edir. i̇ş prinsipini izah edir. maşının əsas göstəricilərini təhlil edir.

  38. 38.
    Freonla işləyən birpilləli maşının istilik sınağı aparılır. ölçmə nəticələrinə əsasən maşının soyuqluq məhsuldarlığı və energetik göstəriciləri təyin olunur.Laboratory

    Tələbə sınaq zamanı parametrləri ölçür. maşının soyuqluq məhsuldarlığını hesablayır. alınmış nəticələri təhlil və qiymətləndirir.

  39. 39.
    Aşağı temperaturlar alınmasının fiziki əsasları. soyutma və istilik nasosu tsiklləri.Independent work

    Drossellənmə, adiabatik genişlənmə, burulğanlıq və termoelektrik soyuducu effektlər araşdırılır. əks karno tsikli, soyutma və istilik nasosu tsiklləri nəzərdən keçirilir.

  40. 40.
    Soyuducu maşınların işçi cisimləri. soyuducu agentlərin xassələri, seçilmə prinsipləri və tətbiq sahələri.Independent work

    Soyuducu agentlərin xassələri və onların su, sürtgü yağları və konstruksiya materialları ilə qarşılıqlı təsiri araşdırılır. agentlərin seçilmə prinsipləri nəzərdən keçirilir.

  41. 41.
    Buxar soyuducu maşınların sxem və tsiklləri. çox pilləli soyuducu maşınlar.Independent work

    Detanderli və drosselləndirməli tsikllər, regenerativ və regenerativ olmayan tsikllər araşdırılır. çox pilləli maşınların sxemləri nəzərdən keçirilir.

  42. 42.
    Birqatlı drossellənməli, ikipilləli və üçpilləli soyuducu maşınların tsiklləri. kaskad soyuducu maşınlar.Independent work

    Tam və natamam aralıq soyutmalı tsikllər araşdırılır. i̇ki və üç pilləli maşınların sxemləri, kaskad soyuducu maşınlar nəzərdən keçirilir.

  43. 43.
    Soyuducu maşın kompressorları və klassifikasiyası. porşenli, rotasion, vintli və mərkəzdənqaçma kompressorlar.Independent work

    Kompressorların növləri, konstruktiv xüsusiyyətləri və iş prosesləri araşdırılır. porşenli, rotasion, vintli və mərkəzdənqaçma kompressorlar müqayisə edilir.

  44. 44.
    Soyuducu maşınların istilik mübadilə aparatları, onların klassifikasiyası. kondensatorların növləri.Independent work

    Kondensatorların növləri, konstruktiv xüsusiyyətləri və iş prinsipi araşdırılır. boru örtüklü, elementli, suvarılan, buxarlandırmalı və hava ilə soyudulan kondensatorlar müqayisə edilir.

  45. 45.
    Buxarlandırıcıların növləri. hava soyuducuları. sakit soyutmalı kamera cihazları.Independent work

    Buxarlandırıcıların növləri və konstruktiv xüsusiyyətləri araşdırılır. hava soyuducuları və sakit soyutmalı kamera cihazları nəzərdən keçirilir.

  46. 46.
    Qaz soyuducu maşınları. regenerativ və regenerativ olmayan tsikllər. detanderli və burulğan borulu qaz soyuducu maşınları.Independent work

    Qaz soyuducu maşınlarının tsiklləri araşdırılır. detanderli və burulğan borulu maşınların iş prinsipi və konstruksiyası nəzərdən keçirilir.

  47. 47.
    Termoelektrik və buxar-ejektorlu soyuducu maşınlar. onların nəzəri və həqiqi iş prosesi.Independent work

    Termoelektrik və buxar-ejektorlu maşınların iş prinsipi araşdırılır. nəzəri və həqiqi iş prosesləri, ejektorun konstruksiyası nəzərdən keçirilir.

  48. 48.
    Absorbsion soyuducu maşınların sxemi. nəzəri və həqiqi iş prosesləri. xarakteristikası və məhsuldarlığının nizamlanması.Independent work

    Absorbsion soyuducu maşınların sxemi və iş prosesləri araşdırılır. maşınların xarakteristikaları və məhsuldarlığın nizamlanma üsulları nəzərdən keçirilir.

Reading list

  1. 1. a.b.baxşıyev, ə.h.müslümov havanın kondisiyalaşdırılması fənnindən laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik vəsait, azmi̇u “nəşriyyat-poliqrfiya mərkəzi”,52 səh. bakı, 2022
  2. 2. a.b.baxşıyev, ə.h.müslümov havanın kondisiyaşdırılması fənnindən məşğələ dərslərinin keçirilməsinə dair metodik vəsait, azmi̇u “nəşriyyat-poliqrfiya mərkəzi”,52 səh. bakı, 2024
  3. 3. h. m. quliyev “soyuducu maşınların istilik mübadilə aparat¬la¬¬¬rı”, bakı 1985.
  4. 4. c. t. səfərov, m. a. talıbov, a. b. baxşıyev “soyuducu ma¬şın¬lar¬dan laboratoriya praktikumu”, bakı. 2004.
  5. 5. a. b. baxşıyev, m. m. bəşirov, n. s. əliyev “havanın kon¬di¬si¬¬ya¬laşdırılması və həyat fəaliyyətinin təminatı” fənnindən kurs işi¬¬nin yerinə yetirilməsinə dair metodik göstəriş. bakı. 2008.
  6. 6. n. y. məmmədov, n. r. aslanzadə “ventilyasiya və kondi¬sioner sistemləri” 1-ci hissə. bakı, “elm”, 2008 - 540 s .
  7. 7. y. z. hacıyev, n. y. məmmədov, n. r. aslanzadə “ven¬tilya¬si¬ya və kondisioner sistemləri” 2-ci hissə. kondisioner sistemləri. ba¬kı, “elm”, 2010 - 450 səh.

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5