About this subject
Credits
6
Workload
1hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənnin tədrisinin məqsədi təşkilati davranış sahəsində effektiv qərarlar qəbul etməyə qadir olan ixtisaslaşmış menecerlərin formalaşmasına yardım etməkdir. bununla əlaqədar, vəsaitin əsas vəzifəsi mühüm nəzəri mövqelərin mənimsənilməsi və heyətin idarə edilməsilə bağlı praktik vərdişlərin işlənib hazırlanmasıdır. təşkilati davranış qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi və təşkilatın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə individlərin, qrupların davranışının öyrənilməsi və formalaşdırılmasını nəzərdə tutur. təşkilati davranış çoxtərkibli nizama malikdir, belə ki, o digər nizamlardan (təşkilati nəzəriyyələr, psixologiya, sosial psixologiya, menecment, heyətin idarə edilməsi) götürülmüş prinsip, metodlardan istifadə edir. təşkilat daxilində insan davranışının idarə edilməsi elm və incəsənətin vəhdətini özündə ehtiva edir. bu nəzəri və praktiki fəaliyyət möhkəm elmi təmələ əsaslanır. i̇nsanların idarə edilməsi incəsənəti istənilən sahədə fəaliyyət göstərən təşkilatda inkişafın, keyfiyyətin yüksəldilməsinin, effektivliyin artırılmasının vacib şərtidir.
Course learning outcomes
No learning outcomes have been added.