Fənn · Menecment

Təşkilati davranış

İFS-71959y6 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

1saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənnin tədrisinin məqsədi təşkilati davranış sahəsində effektiv qərarlar qəbul etməyə qadir olan ixtisaslaşmış menecerlərin formalaşmasına yardım etməkdir. Bununla əlaqədar, vəsaitin əsas vəzifəsi mühüm nəzəri mövqelərin mənimsənilməsi və heyətin idarə edilməsilə bağlı praktik vərdişlərin işlənib hazırlanmasıdır. Təşkilati davranış qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi və təşkilatın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə individlərin, qrupların davranışının öyrənilməsi və formalaşdırılmasını nəzərdə tutur. Təşkilati davranış çoxtərkibli nizama malikdir, belə ki, o digər nizamlardan (təşkilati nəzəriyyələr, psixologiya, sosial psixologiya, menecment, heyətin idarə edilməsi) götürülmüş prinsip, metodlardan istifadə edir. Təşkilat daxilində insan davranışının idarə edilməsi elm və incəsənətin vəhdətini özündə ehtiva edir. Bu nəzəri və praktiki fəaliyyət möhkəm elmi təmələ əsaslanır. İnsanların idarə edilməsi incəsənəti istənilən sahədə fəaliyyət göstərən təşkilatda inkişafın, keyfiyyətin yüksəldilməsinin, effektivliyin artırılmasının vacib şərtidir.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.