Subject · Electronics, telecommunications and radio engineering

Optik gücləndiricilər və magistral şəbəkələrTopics

MS-12076 creditsAutumn semesterElective2026-2027

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

20 topics
  1. 1. Optik gücləndiricilərə giriş və onların rabitə sistemlərində rolu

    Lecture

    Optik gücləndiricilərin təyinatı, iş prinsipləri, əsas növləri və optik rabitə sistemlərində tətbiq sahələri öyrənilir. optik siqnalların regenerasiyasız gücləndirilməsi, ötürmə məsafəsinin artırılması və optik gücləndiricilərin rabitə xəttinin energetik balansına təsiri araşdırılır.

  2. 2. Edfa – erbium qatqılı lifli optik gücləndirici

    Lecture

    Erbium qatqılı lifli optik gücləndiricilərin (edfa) quruluşu, enerji səviyyələri, nasoslama üsulları, gücləndirmə mexanizmi və spektral xüsusiyyətləri öyrənilir. edfa-nın magistral və WDM optik rabitə sistemlərində tətbiqi, giriş və çıxış gücləri arasındakı əlaqə araşdırılır.

  3. 3. Çoxpilləli EDFA sistemində ümumi gain və OSNR hesablanması.

    Lecture

    Çoxpilləli EDFA sistemlərində gücləndirmə əmsalının, ümumi optik güclənmənin və optik siqnal-küy nisbətinin (osnr) hesablanma üsulları öyrənilir. gücləndirmə pillələrinin sayı, səs-küyün toplanması və gücləndiricilərin ardıcıl birləşdirilməsinin sistem göstəricilərinə təsiri araşdırılır.

  4. 4. Optik gücləndiricilərin əsas parametrləri və səs-küy

    Lecture

    Optik gücləndiricilərin gücləndirmə əmsalı, çıxış gücü, doyma gücü, gücləndirmə spektri, səs-küy əmsalı və dinamik diapazonu araşdırılır. gücləndirmə prosesində yaranan spontan emissiya səs-küyü və onun siqnalın keyfiyyətinə təsiri öyrənilir

  5. 5. Raman və yarımkeçirici optik gücləndiricilər

    Lecture

    Raman optik gücləndiricilərinin və yarımkeçirici optik gücləndiricilərin (soa) quruluşu, iş prinsipləri, gücləndirmə mexanizmləri və tətbiq xüsusiyyətləri öyrənilir. bu gücləndiricilərin EDFA ilə müqayisəsi, spektral imkanları, səs-küy xüsusiyyətləri və optik şəbəkələrdə istifadə imkanları araşdırılır.

  6. 6. Optik gücləndiricilərin kaskadlaşdırılması və sistem hesablamaları

    Lecture

    Optik gücləndiricilərin ardıcıl birləşdirilməsi, güc büdcəsinin hesablanması, lifdə zəifləmənin kompensasiyası və kaskad sistemlərində səs-küyün toplanması öyrənilir. gücləndiricilərarası məsafənin, giriş və çıxış güclərinin, həmçinin gücləndirmə əmsalının sistemin işinə təsiri təhlil edilir.

  7. 7. Magistral optik şəbəkələrin arxitekturası

    Lecture

    Magistral optik şəbəkələrin quruluşu, topologiyaları, əsas komponentləri və layihələndirmə prinsipləri öyrənilir. nöqtədən-nöqtəyə, halqavari və torşəkilli topologiyalar, optik ötürmə sistemləri, gücləndirici qovşaqlar və şəbəkələrarası əlaqələr araşdırılır.

  8. 8. Wdm/dwdm magistral şəbəkələri

    Lecture

    Dalğa uzunluğuna görə sıxlaşdırma (wdm) və sıx dalğa uzunluğu sıxlaşdırması (dwdm) texnologiyalarının iş prinsipləri, kanal planlaşdırılması, optik multipleksor və demultipleksorların funksiyaları öyrənilir. kanal aralığı, spektral resurslardan istifadə və çoxkanallı ötürmənin xüsusiyyətləri araşdırılır.

  9. 9. Dwdm sistemində kanal sayı və ümumi ötürmə qabiliyyətinin hesablanması.

    Lecture

    Dwdm sistemlərində istifadə olunan spektral diapazon, kanal aralığı, kanal sayı və hər kanal üzrə ötürmə sürəti əsasında ümumi ötürmə qabiliyyətinin hesablanması üsulları öyrənilir. spektral resursların səmərəli istifadəsi və kanal parametrlərinin sistemin tutumuna təsiri araşdırılır.

  10. 10. Uzunməsafəli optik rabitə xətlərinin layihələndirilməsi

    Lecture

    Uzunməsafəli optik rabitə xətlərinin layihələndirilməsində istifadə olunan optik lifin parametrləri, zəifləmə, dispersiya, güc büdcəsi, gücləndiricilərin yerləşdirilməsi və ötürmə məsafəsinin hesablanması öyrənilir. xəttin energetik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prinsipləri araşdırılır.

  11. 11. Roadm, OADM və çevik optik şəbəkələr

    Lecture

    Optik kanalların əlavə edilməsi, çıxarılması və marşrutlaşdırılması üçün istifadə olunan OADM və ROADM qurğularının quruluşu, iş prinsipləri və idarəetmə imkanları öyrənilir. çevik optik şəbəkələr, spektral resursların dinamik bölüşdürülməsi və optik kanalların çevik idarə olunması araşdırılır.

  12. 12. Roadm əsaslı magistral şəbəkənin strukturunun qurulması.

    Lecture

    Roadm qurğuları əsasında magistral optik şəbəkənin strukturunun formalaşdırılması, qovşaqların yerləşdirilməsi, optik kanalların marşrutlaşdırılması və dalğa uzunluqlarının planlaşdırılması öyrənilir. şəbəkənin genişləndirilməsi, çevik idarə olunması və ehtiyat marşrutların təşkili prinsipləri araşdırılır.

  13. 13. Magistral şəbəkələrin monitorinqi, etibarlılığı və müasir inkişaf istiqamətləri

    Lecture

    Magistral optik şəbəkələrin texniki vəziyyətinin monitorinqi, performans göstəricilərinin izlənməsi, nasazlıqların aşkarlanması və etibarlılığın təmin edilməsi üsulları öyrənilir. avtomatlaşdırılmış idarəetmə, intellektual monitorinq və proqramla idarə olunan optik şəbəkələrin inkişaf istiqamətləri araşdırılır.

  14. 14. Magistral optik xəttdə nasazlığın müəyyənləşdirilməsi və OTDR nəticəsinin təhlili.

    Lecture

    Optik zaman oblastında reflektometriya (otdr) üsulunun iş prinsipi, ölçmə parametrləri və reflektogramların təhlili öyrənilir. optik lifdə qırılma, birləşmə itkiləri, konnektor qüsurları və digər hadisələrin müəyyənləşdirilməsi, nasazlığın məsafəsinin və xəttin zəifləməsinin qiymətləndirilməsi araşdırılır.

  15. 15. Optik gücləndiricilər və magistral şəbəkələrin nəticəsi.

    Lecture

    Optik gücləndiricilərin, wdm/dwdm texnologiyalarının, ROADM qurğularının və magistral optik şəbəkələrin layihələndirilməsi prinsipləri ümumiləşdirilir. gücləndirmə əmsalı, osnr, ötürmə qabiliyyəti, güc büdcəsi, etibarlılıq və monitorinq göstəriciləri əsasında kompleks sistem təhlili aparılır.

  16. 16. Optik linkin güc büdcəsinin hesablanması. edfa-nın gücləndirmə əmsalının və çıxış gücünün hesablanması.

    Seminar

    Optik rabitə xəttinin güc büdcəsinin hesablanması, optik lifdə zəifləmə, birləşdirici və konnektor itkilərinin müəyyənləşdirilməsi üsulları öyrənilir. EDFA gücləndiricisinin giriş və çıxış gücləri, gücləndirmə əmsalı və xəttin energetik balansı üzrə hesablama məsələləri yerinə yetirilir.

  17. 17. Gain, NF və OSNR hesablamaları. edfa–raman–soa müqayisəsi və tətbiq sahəsinin seçilməsi.

    Seminar

    Optik gücləndiricilərin gücləndirmə əmsalının (gain), səs-küy əmsalının (nf) və optik siqnal-küy nisbətinin (osnr) hesablanma üsulları araşdırılır. edfa, raman və yarımkeçirici optik gücləndiricilərin iş prinsipləri, texniki göstəriciləri, üstünlükləri və məhdudiyyətləri müqayisə edilir.

  18. 18. Çoxpilləli EDFA sistemində ümumi gain və OSNR hesablanması. magistral şəbəkə topologiyasının seçilməsi və layihələndirilməsi.

    Seminar

    Çoxpilləli EDFA sistemlərində ümumi gücləndirmə əmsalının və OSNR göstəricisinin hesablanması, gücləndiricilərarası məsafənin və səs-küyün sistemin keyfiyyətinə təsiri öyrənilir. magistral optik şəbəkələrin xətti, halqavari və torşəkilli topologiyaları müqayisə edilir, verilmiş texniki tələblərə uyğun şəbəkə strukturunun seçilməsi və layihələndirilməsi üzrə tapşırıqlar yerinə yetirilir.

  19. 19. Dwdm sistemində kanal sayı və ümumi ötürmə qabiliyyətinin hesablanması. 100–500 km magistral xətt üçün güc büdcəsinin hesablanması.

    Seminar

    Dwdm sistemlərində spektral diapazon, kanal aralığı, kanal sayı və hər kanalın ötürmə sürəti əsasında ümumi ötürmə qabiliyyətinin hesablanması üsulları öyrənilir. 100–500 km uzunluqlu magistral optik xətlər üçün lifin zəifləməsi, birləşmə itkiləri, gücləndiricilərin yerləşdirilməsi və güc büdcəsinin hesablanması üzrə praktiki məsələlər həll edilir.

  20. 20. Roadm əsaslı magistral şəbəkənin strukturunun qurulması. magistral optik xəttdə nasazlığın müəyyənləşdirilməsi və OTDR nəticəsinin təhlili.

    Seminar

    Roadm qurğuları əsasında magistral optik şəbəkənin strukturunun qurulması, optik kanalların marşrutlaşdırılması və dalğa uzunluqlarının idarə edilməsi prinsipləri öyrənilir. OTDR cihazının iş prinsipi, reflektogramların təhlili, optik lifdə qırılma, birləşmə itkiləri və digər nasazlıqların aşkarlanması üsulları üzrə praktiki tapşırıqlar yerinə yetirilir.