General information
- Subject code
- MM-1202
- Credits
- 6
- Student workload
- 0
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Out-of-class hours
- a) 81 saat – sərbəst iş b) 54 saat- layihə işi və ya məsləhət saatı və s.
About the subject
“spektral analiz və elektromaqnit uyğunluğu” fənninin deskripsiyası “spektral analiz və elektromaqnit uyğunluğu” fənni elektrik və elektron sistemlərdə siqnalların tezlik spektrinin öyrənilməsi, elektromaqnit şüalanmalarının və maneələrin analizi, həmçinin elektron qurğuların bir-birinə elektromaqnit təsirinin qiymətləndirilməsi və qarşısının alınması üsullarını əhatə edir.
Teaching methods
- lecture
- project-based learning
- problem-based learning
- teamwork
- seminar
- case study
- presentations
- interactive discussion
Course learning outcomes (CLO)
No learning outcomes have been added.
Topic plan
- 1.Giriş. spektral analizin əsas tədqiqat metodları.Lecture
Spektral analizin mahiyyəti, elektromaqnit siqnallarının spektral xüsusiyyətləri və zaman-frekans oblastında tədqiqat metodları öyrənilir.
- 2.Boş fəzada dalğanın yayılması. bircins müstəvi dalğa üçün dalğa tənliyi.Lecture
Boş fəzada elektromaqnit dalğalarının yayılması, elektrik və maqnit sahələrinin qarşılıqlı əlaqəsi və bircins müstəvi dalğa üçün dalğa tənliyinin alınması araşdırılır.
- 3.Şüalanma selinin gücünün spektral sıxlığının analizi.Lecture
Elektromaqnit şüalanmasının enerji və güc xüsusiyyətləri, gücün spektral sıxlığı və onun tezlik oblastında təhlili üsulları araşdırılır.
- 4.Vektor şəklində helmholts tənliyiLecture
Elektromaqnit sahəsinin harmonik rejimdə təsviri, maksvell tənliklərindən helmholts tənliyinin alınması və onun vektor formasının tətbiqi öyrənilir.
- 5.Elektromaqnit uyğunluğunun fiziki mahiyyətiLecture
Elektromaqnit uyğunluğunun əsas anlayışları, elektromaqnit maneələrin yaranma səbəbləri və elektron sistemlərin bir-birinə qarşılıqlı təsiri öyrənilir.
- 6.Müstəvi dalğaların superpozisiyası, faza və qrup sürətləri.Lecture
Bir neçə müstəvi elektromaqnit dalğasının superpozisiyası, interferensiya hadisəsi və dalğaların faza və qrup sürətlərinin fiziki mənası araşdırılır.
- 7.Faza və qrup sürətləri.Lecture
Elektromaqnit dalğalarında faza və qrup sürətlərinin müəyyən edilməsi, dispersiya hadisəsi və onların dalğanın yayılmasına təsiri öyrənilir.
- 8.Dalğanın polyarlaşması.Lecture
Elektromaqnit dalğalarının xətti, dairəvi və elliptik polyarlaşması, elektrik sahəsi vektorunun dəyişməsi və polyarlaşmanın təyini üsulları öyrənilir.
- 9.Poyntinq teoremi və dalğanın gücüLecture
Elektromaqnit sahəsinin enerji axını, poyntinq vektoru, enerji sıxlığı və elektromaqnit dalğasının gücünün hesablanması prinsipləri öyrənilir.
- 10.Normal düşmə halında bircins müstəvi dalğanın yayılması və keçməsiLecture
Elektromaqnit dalğasının iki müxtəlif mühitin sərhədinə normal düşməsi, əks olunma və keçmə hadisələri, həmçinin elektrik və maqnit sahələrinin sərhəd şərtləri araşdırılır.
- 11.Yaxşı keçiricilərdə yayılma. skin effekti.Lecture
Elektromaqnit dalğalarının yaxşı keçirici mühitdə yayılması, zəifləmə, nüfuzetmə dərinliyi və skin effektinin fiziki mahiyyəti araşdırılır.
- 12.Dalğa tənliyiLecture
Elektromaqnit sahələrinin dalğa tənliyi, onun alınması, həlli və müxtəlif mühitlərdə elektromaqnit dalğalarının təsviri prinsipləri öyrənilir.
- 13.Düzbucaqlı dalğaötürənlər.Lecture
Düzbucaqlı dalğaötürənlərin quruluşu, elektromaqnit dalğalarının dalğaötürəndə yayılması, modlar, kəsilmə tezliyi və əsas parametrlər öyrənilir.
- 14.Elektromaqnit şüalanması və antenaların elektromaqnit uyğunluğu.Lecture
Antenaların elektromaqnit şüalanması, elektromaqnit sahələrinin qarşılıqlı təsiri, antena sistemlərində elektromaqnit uyğunluğunun təmin edilməsi və maneələrin azaldılması üsulları öyrənilir.
- 15.Optik liflərdə elektromaqnit uyğunluğuLecture
Optik liflərdə elektromaqnit siqnallarının ötürülməsi, optik rabitənin elektromaqnit maneələrə davamlılığı və elektromaqnit uyğunluğu xüsusiyyətləri araşdırılır.
- 16.Skin-effektSeminar
Bu mövzuda dəyişən elektrik cərəyanının keçiricilərdə paylanma xüsusiyyətləri və skin-effekt hadisəsi, həmçinin spektral analizin əsas prinsipləri və tədqiqat metodları öyrənilir. skin-effektin yaranma səbəbləri, cərəyanın keçiricinin səthinə yaxın sahələrdə daha çox cəmlənməsi və onun keçiricinin müqavimətinə təsiri izah edilir.
- 17.Spektral analizin əsas tədqiqat metodlarıSeminar
Bu mövzuda spektral analizin mahiyyəti, əsas prinsipləri və tətbiq olunan tədqiqat metodları öyrənilir. spektral analiz maddələrin tərkibinin onların elektromaqnit şüalanma ilə qarşılıqlı təsiri əsasında müəyyən edilməsinə imkan verən mühüm analitik üsullardan biridir. mövzu çərçivəsində spektral analizin əsas növləri – emissiya, absorbsiya və flüoressensiya spektroskopiyası, həmçinin onların iş prinsipləri araşdırılır.
- 18.Elektromaqnit şüalanması və antenaların elektromaqnit uyğunluğuSeminar
Mövzuda elektromaqnit şüalanmasının yaranması, yayılması və əsas xüsusiyyətləri, antenaların iş prinsipi və elektromaqnit dalğalarının ötürülməsi və qəbulunda rolu öyrənilir. antenaların əsas parametrləri, şüalanma diaqramı, tezlik xüsusiyyətləri və elektromaqnit uyğunluğu anlayışı izah edilir. elektron qurğular arasında elektromaqnit maneələrin yaranma səbəbləri və onların azaldılması üsulları araşdırılır. həmçinin elektromaqnit uyğunluğun təmin edilməsində ekranlaşdırma, filtrasiya, torpaqlama və antenaların düzgün yerləşdirilməsinin əhəmiyyəti nəzərdən keçirilir.
- 19.Elektromaqnit maniyələrin tezlik diapazonundan və atmosferin vəziyyətinin asıllığıSeminar
Mövzuda elektromaqnit maneələrin yaranma səbəbləri, onların müxtəlif tezlik diapazonlarında yayılması və rabitə sistemlərinə təsiri öyrənilir. elektromaqnit maneələrin intensivliyinin tezlikdən, siqnalın yayılma şəraitindən və ətraf mühit amillərindən asılılığı izah edilir. atmosferin temperaturu, rütubəti, təzyiqi, yağıntılar, ildırım və digər meteoroloji hadisələrin elektromaqnit dalğalarının yayılmasına təsiri araşdırılır. həmçinin müxtəlif tezlik diapazonlarında atmosfer təsirlərinin xüsusiyyətləri və elektromaqnit maneələrin azaldılması üsulları nəzərdən keçirilir.
Reading list
No reading list has been added.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |