Subject · Electronics, telecommunications and radio engineering
Kommunikasiya nəzəriyyəsi
About this subject
Credits
6
Workload
90hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“kommunikasiya nəzəriyyəsi” fənnini dinləmədən öncə tələbə sosial və texniki kommunikasiya sahəsində əsas anlayışlar, kommunikasiya və informasiya texnologiyaları sahəsində müəyyən biliklərə malik olmalıdır, tədris olunan fənn şəxsiyyətin fərdi xüsusiyyətlərinin təsir qanunauyğunluqlarını öyrənən psixologiya, müəyyən şəraitdə subyektlərin şüurunun və davranışının dialektikasını öyrənən kütləvi psixologiya, sosial bərabərsizliklərin sosial qarşılıqlı əlaqəyə təsirini öyrənən sosiologiya, cəmiyyətin siyasi sistemini və siyasi həyatını, daxili siyasət və beynəlxalq münasibətlərin problemlərini öyrənən politologiya, xalqın mənəvi mədəniyyəti öyrənən mədəniyyətşünaslıq (kulturologiya) və informasiyanın müəyyən rabitə kanalı ilə bir nöqtədən, qurğudan və ya şəxsdən digərinə məlumatın ötürülməsini təmin edən texniki kommunikasiya, informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi təmin edən semantik kommunikasiya, verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsini təmin edən praqmatik kommunikasiya kimi digər fənlərlə ilə əlaqəlidir.
Course learning outcomes
CLO 1: Clo1 kommunikasiya nəzəriyyəsinin əsas anlayışlarını, prinsiplərini və informasiya ötürülməsinin nəzəri əsaslarını izah edir. clo2 siqnalların növlərini, əsas parametrlərini və riyazi təsvir üsullarını müəyyən edir və təhlil edir. clo3 analoq və rəqəmsal rabitə sistemlərində modulyasiya və demodulyasiya proseslərinin iş prinsiplərini izah edir. clo4 rabitə kanallarının xüsusiyyətlərini, küyün və maneələrin siqnal ötürülməsinə təsirini qiymətləndirir. clo5 i̇nformasiya nəzəriyyəsinin əsas müddəalarını, entropiya, informasiya miqdarı və kanalın buraxma qabiliyyəti anlayışlarını tətbiq edir. clo6 diskret və fasiləsiz siqnalların ötürülməsi zamanı kodlaşdırma və dekodlaşdırma üsullarını təhlil edir. clo7 rabitə sistemlərinin səmərəliliyini siqnal-küy nisbəti, spektral səmərəlilik və bit xətası ehtimalı kimi göstəricilər əsasında qiymətləndirir. clo8 kommunikasiya sistemlərində yaranan texniki problemləri təhlil edir və siqnal ötürülməsinin keyfiyyətinin yaxşılaşdırılması üçün uyğun üsullar seçir.