General information
- Subject code
- İFS-3941sSM
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Spring semester
- Academic year
- —
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- seminar- 60 saat
- Out-of-class hours
- TSİ-90 saat , MRTSİ-30 saat
About the subject
«cad əsaslı texniki qrafika» fənni – bərk cisim para¬metrik fəza model¬ləşdirməsi sistemində eskizlər əsasında parametrik 3d modellərin yaradılması, onun vasitəsilə mühəndis analizlərini və cizgilərin alınmasını yerinə yetirir. «cad əsaslı texniki qrafika»nın öyrənilməsində əsas məq¬səd: 3d modellər əsasında 2d modellərin qurulması, tekstura, material, rəng verməklə kameranın tətbiqilə relistik rastr şəkillərin alınması, 3d modellərdən yığımın alınması və animasiyaların qurulması, müxtəlif təyinatlı və mürəkkəbli mühəndis analiz¬lərini yerinə yetirmək üçün əlavələrdən istifadə qaydaları kimi mühəndis fəliyyətində istifadə edilən müxtəlif təyinatlı məsələlərin elektron həllini təşkil etməkdir. «cad əsaslı texniki qrafika» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır. elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir zamanda ali-texniki məktəblərin qarşısında duran əsas vəzifələrdən biri yüksək biliyə malik olan mühəndis-texniki kadrların hazırlanmasıdır.
Teaching methods
- interactive discussion
- seminar
- presentations
Course learning outcomes (CLO)
No learning outcomes have been added.
Topic plan
- 1.Giriş. CAD əsaslı texniki qrafika haq¬qın¬da məlumat-giriş. sərbəstlik dərəcəsi haqqında. solidworks proq¬ramının interfeysi. zolaq və onunla işləmə qaydaları. solidworks proqramında yeni faylın açılması və şablonun yaradılması. ölçü vahidinin təyini.Seminar
- 2.Eskizlərdə asıllıqlar. həndəsi, ölçü və koordinat başlanğıcına nəzərən asıllıqlar. həndəsi asıllıqlarda əsas komandalar (əmrlər). solidworks proqramında eskizlərin tərtibi üçün əmrlər. mətnlərin yazılması.Seminar
- 3.Fiqurların həndəsi qurulması haqqında. 2d mo¬delləməyə aid məşğələ.Seminar
- 4.2d obyektlərin modellənməsi seçilməsi və redaktəsi. obyekt¬lərin seçilməsi üsulları. redaktəetmə komandaları: move, copy, rotate, scale, mirror, offset, fillet və s. ölçülərin qoyulması. fərdi tapşırıqlar üzrə sadə yastı konturların çəkilməsi.Seminar
- 5.Fərdi tapşırıqlar üzrə mürəkkəb yastı konturların çəkilməsi.Seminar
- 6.Adaptivlik haqqında. konturların çəkilməsinə aid məşğələ.Seminar
- 7.3d bərk cism modelləmə. features menyusunun 3d modelləmə əmirləri. sadə modellərin çəkilməsi.Seminar
- 8.3d modellərin redaktəsi. 3d modellərin elementlərinin çoxal¬dıl-ması, simmetrik çevrilməsi, döndərilməsi və s. üçün komandalar. fərdi tapşırıqlar üzrə 3d modelləmə.Seminar
- 9.Naturadan yivli detalların 3d modellənməsinə aid məşğələ.Seminar
- 10.Materialların və rənglərin tətbiqi. renderləmə. mürəkkəb detalların bərk cism modellənməsinə aid məşğələ.Seminar
- 11.Konfiqurasiyalar. modellərin konfiqurasiyalarının alınması üsulları. ölçülərlə, alt obyektlərin gizlədilməsi və redaktə ilə konfiqurasiyalar. modellərin texnoloji proseslərə uyğun konfiqurasiyanın yaradılması. val tipli detalın 3d modelinin qurulması.Seminar
- 12.Fərdi tapşırıqlar üzrə konfiqurasiyalar əsasında modellənməsi.Seminar
- 13.Çertyojlar - drawing bölməsi. çertyoj bölməsinin komandaları. qosta uyğun şablonun yaradılması və yadda saxlanması. 3d modellərdən avtomatik 2d cizgilərin alınması qaydası. görünüşlər və kəsiklərin qurulması ardıcıllığı. künc ştampının doldurulması qaydası.Seminar
- 14.Fərdi tapşırıqlar üzrə 3d modelləmə və cizgilərinin alınmasıSeminar
- 15.Bərk cism nazik divarlı detallar (metal lövhələr). nazik divarlı detalların modellənməsində istifadə edilən əmrlər. 3d me¬tal lövhələrin qurulması və onlardan 2d açılışların hazırlan¬ması ardıcıllığı.Seminar
- 16.Fərdi tapşırıqlar üzrə metal lövhələrdən detalların modellənməsinə aid məşğələ.Seminar
- 17.Qaynaq birləşməsi. qaynaq üçün əmrlər. profillərdən ibarət konstruksiyanın qaynaq vasitəsilə qurulmasına aid məşğələ.Seminar
- 18.Fərdi tapşırıqlar üzrə profillərdən ibarət konstruksiyanın modellənməsinə aid məşğələ.Seminar
- 19.Assambly menyusunun əmrlərilə tanışlıq. aşa¬ğı¬dan yuxarı və yuxarıdan aşağı üsulu ilə layihələndirmə haq¬qında.Seminar
- 20.Assambly - yığım. kitabxanadan istifadə qaydası. standart detalların kitab¬xanadan seçilməsi və əlavə edilməsi qaydası. bolt birləşməsi. i̇ki detalın bolt vasitəsilə birləşdirilməsinə aid məşğələ.Seminar
- 21.Fərdi tapşırıqlar üzrə bolt birləşməsinə aid məşğələ.Seminar
- 22.Animasiya. yığımın yerinə yetirilməsi ardıcıllığı. müxtəlif növ birləşmələrdə istifadə edilən yığımlar (dişli çarx, remen ötürməsi, yastıqlar, yaylar və s). animasiya lövhəsinin əmrləri. sadə yığımın qurulması və animasiyası.Seminar
- 23.Fərdi tapşırıqlar əsasında yaylı mexanizmin yığımının qurulması və animasiyası.Seminar
- 24.Yığımda animasiya. yığımın tərtibində və hissələrə ayrılmasında animasiyanın tətbiqi. yığımın detallarının cizgilərinin tərtibi. animasiya lövhəsinin komandaları. vertual mühərrik, qravitasiya, yay, kontaktlar və s. virtual yığımın aparılması üçün anima¬si¬yaların hazırlanması və yadda saxlanması.Seminar
- 25.Fərdi tapşırıqlar əsasında bir pilləli reduktorun modellənməsi.Seminar
- 26.Fərdi tapşırıqlar əsasında bir pilləli reduktorun animasiyası.Seminar
- 27.Yumruqlu mexanizmin detallarının 3d modellənməsi.Seminar
- 28.Yfərdi tapşırıqlar üzrə yumruqlu mexanizmin 3d modellənməsi, yığımı, animasiyası və xüsusiyyət cədvəlinin tərtibinə aid məşğələ.Seminar
- 29.Əlavələri haqqında. motion əlavəsi. solidworks proqramında kinematik analizin yerinə yetirilməsi haqqında məlumat. yumruqlu mexanizmdə itələyicinin kinematik analizi.Seminar
- 30.Solidworks proqramında modellərin saxlanması və çapı.Seminar
Reading list
No reading list has been added.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |