Ümumi məlumat
- Fənn kodu
- İFS-3941sSM
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- seminar- 60 saat
- Auditoriyadan kənar saatlar
- TSİ-90 saat , MRTSİ-30 saat
Fənn haqqında
«CAD əsaslı texniki qrafika» fənni – bərk cisim para¬metrik fəza model¬ləşdirməsi sistemində eskizlər əsasında parametrik 3D modellərin yaradılması, onun vasitəsilə mühəndis analizlərini və cizgilərin alınmasını yerinə yetirir. «CAD əsaslı texniki qrafika»nın öyrənilməsində əsas məq¬səd: 3D modellər əsasında 2D modellərin qurulması, tekstura, material, rəng verməklə kameranın tətbiqilə relistik rastr şəkillərin alınması, 3D modellərdən yığımın alınması və animasiyaların qurulması, müxtəlif təyinatlı və mürəkkəbli mühəndis analiz¬lərini yerinə yetirmək üçün əlavələrdən istifadə qaydaları kimi mühəndis fəliyyətində istifadə edilən müxtəlif təyinatlı məsələlərin elektron həllini təşkil etməkdir. «CAD əsaslı texniki qrafika» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır. Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir zamanda ali-texniki məktəblərin qarşısında duran əsas vəzifələrdən biri yüksək biliyə malik olan mühəndis-texniki kadrların hazırlanmasıdır.
Tədris metodları
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. CAD əsaslı texniki qrafika haq¬qın¬da məlumat-giriş. Sərbəstlik dərəcəsi haqqında. Solidworks proq¬ramının interfeysi. Zolaq və onunla işləmə qaydaları. Solidworks proqramında yeni faylın açılması və şablonun yaradılması. Ölçü vahidinin təyini. Məşğələ
- 2.Eskizlərdə asıllıqlar. Həndəsi, ölçü və koordinat başlanğıcına nəzərən asıllıqlar. Həndəsi asıllıqlarda əsas komandalar (əmrlər). Solidworks proqramında eskizlərin tərtibi üçün əmrlər. Mətnlərin yazılması. Məşğələ
- 3.Fiqurların həndəsi qurulması haqqında. 2D mo¬delləməyə aid məşğələ. Məşğələ
- 4.2D obyektlərin modellənməsi seçilməsi və redaktəsi. Obyekt¬lərin seçilməsi üsulları. Redaktəetmə komandaları: Move, Copy, Rotate, Scale, Mirror, Offset, Fillet və s. ölçülərin qoyulması. Fərdi tapşırıqlar üzrə sadə yastı konturların çəkilməsi.Məşğələ
- 5.Fərdi tapşırıqlar üzrə mürəkkəb yastı konturların çəkilməsi.Məşğələ
- 6.Adaptivlik haqqında. Konturların çəkilməsinə aid məşğələ.Məşğələ
- 7.3D bərk cism modelləmə. Features menyusunun 3D modelləmə əmirləri. Sadə modellərin çəkilməsi. Məşğələ
- 8.3D modellərin redaktəsi. 3D modellərin elementlərinin çoxal¬dıl-ması, simmetrik çevrilməsi, döndərilməsi və s. üçün komandalar. Fərdi tapşırıqlar üzrə 3D modelləmə.Məşğələ
- 9.Naturadan yivli detalların 3D modellənməsinə aid məşğələ.Məşğələ
- 10.Materialların və rənglərin tətbiqi. Renderləmə. Mürəkkəb detalların bərk cism modellənməsinə aid məşğələ.Məşğələ
- 11.Konfiqurasiyalar. Modellərin konfiqurasiyalarının alınması üsulları. Ölçülərlə, alt obyektlərin gizlədilməsi və redaktə ilə konfiqurasiyalar. Modellərin texnoloji proseslərə uyğun konfiqurasiyanın yaradılması. Val tipli detalın 3D modelinin qurulması.Məşğələ
- 12.Fərdi tapşırıqlar üzrə konfiqurasiyalar əsasında modellənməsi.Məşğələ
- 13.Çertyojlar - drawing bölməsi. Çertyoj bölməsinin komandaları. Qosta uyğun şablonun yaradılması və yadda saxlanması. 3D modellərdən avtomatik 2D cizgilərin alınması qaydası. Görünüşlər və kəsiklərin qurulması ardıcıllığı. Künc ştampının doldurulması qaydası.Məşğələ
- 14.Fərdi tapşırıqlar üzrə 3D modelləmə və cizgilərinin alınmasıMəşğələ
- 15.Bərk cism nazik divarlı detallar (metal lövhələr). Nazik divarlı detalların modellənməsində istifadə edilən əmrlər. 3D me¬tal lövhələrin qurulması və onlardan 2D açılışların hazırlan¬ması ardıcıllığı.Məşğələ
- 16.Fərdi tapşırıqlar üzrə metal lövhələrdən detalların modellənməsinə aid məşğələ.Məşğələ
- 17.Qaynaq birləşməsi. Qaynaq üçün əmrlər. Profillərdən ibarət konstruksiyanın qaynaq vasitəsilə qurulmasına aid məşğələ.Məşğələ
- 18.Fərdi tapşırıqlar üzrə profillərdən ibarət konstruksiyanın modellənməsinə aid məşğələ.Məşğələ
- 19.Assambly menyusunun əmrlərilə tanışlıq. Aşa¬ğı¬dan yuxarı və yuxarıdan aşağı üsulu ilə layihələndirmə haq¬qında.Məşğələ
- 20.Assambly - yığım. Kitabxanadan istifadə qaydası. Standart detalların kitab¬xanadan seçilməsi və əlavə edilməsi qaydası. Bolt birləşməsi. İki detalın bolt vasitəsilə birləşdirilməsinə aid məşğələ.Məşğələ
- 21.Fərdi tapşırıqlar üzrə bolt birləşməsinə aid məşğələ. Məşğələ
- 22.Animasiya. Yığımın yerinə yetirilməsi ardıcıllığı. Müxtəlif növ birləşmələrdə istifadə edilən yığımlar (dişli çarx, remen ötürməsi, yastıqlar, yaylar və s). Animasiya lövhəsinin əmrləri. Sadə yığımın qurulması və animasiyası.Məşğələ
- 23.Fərdi tapşırıqlar əsasında yaylı mexanizmin yığımının qurulması və animasiyası.Məşğələ
- 24.Yığımda animasiya. Yığımın tərtibində və hissələrə ayrılmasında animasiyanın tətbiqi. Yığımın detallarının cizgilərinin tərtibi. Animasiya lövhəsinin komandaları. Vertual mühərrik, qravitasiya, yay, kontaktlar və s. Virtual yığımın aparılması üçün anima¬si¬yaların hazırlanması və yadda saxlanması.Məşğələ
- 25.Fərdi tapşırıqlar əsasında bir pilləli reduktorun modellənməsi.Məşğələ
- 26.Fərdi tapşırıqlar əsasında bir pilləli reduktorun animasiyası.Məşğələ
- 27.Yumruqlu mexanizmin detallarının 3D modellənməsi. Məşğələ
- 28.YFərdi tapşırıqlar üzrə yumruqlu mexanizmin 3D modellənməsi, yığımı, animasiyası və xüsusiyyət cədvəlinin tərtibinə aid məşğələ.Məşğələ
- 29.əlavələri haqqında. Motion əlavəsi. Solidworks proqramında kinematik analizin yerinə yetirilməsi haqqında məlumat. Yumruqlu mexanizmdə itələyicinin kinematik analizi.Məşğələ
- 30.Solidworks proqramında Modellərin saxlanması və çapı.Məşğələ
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |