Fənn · Sistemlər mühəndisliyi

Konstruksiya materiallarının texnologiyasıSillabus

İF-3261x4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3261x
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya;
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 45 saat, b) hazırlıq - 30 saat

Fənn haqqında

Konstruksiya materiallarının texnologiyası” fənni XTB050107-“Sistemlər mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisasın peşə hazırlıgı fənlərinə aid edilir.Müxtəlif növ konstruksiya materiallarının istehsal texnologiyaları, tərkib, struktur və xassələri arasında əlaqəni, həmin materialların lazımi kompleks xassələri adətən, materialların tətbiqi sahələrini öyrənən bir elm sahəsidir.Konstruksiya materialların lazımi kompleks xassələri adətən həmin materiallardan müəyyən təyinatlı məmulatların hazırlanması prosesləri zamanı formalaşır. Adətən eyni kimyəvi tərkibə malik olmalarına baxmayaraq, müxtəlif hazırlanma texnologiyası nəticəsində fərqli struktur alınır ki, bu da son nəticədə hazır məmulatda müxtəlif xassələrin alınmasına səbəb olur.

Tədris metodları

  • mühazirə
  • təqdimatlar
  • interaktiv müzakirə
  • laboratoriya işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Kursun mahiyyəti və məqsədi. Konstruksiya materiallarının növləri və tətbiq sahələriMühazirə

    Kursun əsas vəzifələri, konstruksiya materiallarının təsnifatı və istifadə sahələri.

  2. 2.
    Metalların atom-kristallik quruluşu. Metal və ərintilərin əsas xassələri və strukturtəşkilediciləriMühazirə

    Metalların daxili quruluşu, xassələri və strukturların formalaşması.

  3. 3.
    Müasir metallurgiya istehsalatı. Metal və ərintilərin istehsalında tətbiq edilən materiallar. Domna sobasında çuqun istehsalı və alınan məhsullarMühazirə

    Metallurgiya prosesləri, domna istehsalının texnologiyası və məhsulları.

  4. 4.
    Azərbaycan və Sovet imperiyası mövzusuMəşğələ

    Azərbaycanda sovet hakimiyyətinin qurulması və bu mərhələdə ölkədə baş verən siyasi, iqtisadi və ictimai dəyişiklikləri əhatə edir. Həmçinin sovet idarəçiliyi modelinin tətbiqi nəticəsində milli dövlətçilik ənənələrinin məhdudlaşdırılması, sənayeləşmə, kollektivləşmə və cəmiyyətdə baş verən digər proseslər öyrənilir.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  5. 5.
    Oksigen konvertoru və elektrik sobalarında polad istehsalı. Əlvan metalların istehsalı haqqında məlumatMühazirə

    Konvertor və elektrik sobalarında polad əridilməsi, əlvan metalların istehsalı.

  6. 6.
    Metalların təzyiqlə emal texnologiyası. Təzyiqlə emalda qızdırıcı qurğular və qızdırma rejimiMühazirə

    Metalların plastik deformasiyası, qızdırma vasitələri və rejimləri.

  7. 7.
    Yayma prosesi. Yayma dəzgahları və boru yayma. Presləmə və çəkmə əməliyyatlarıMühazirə

    Yayma avadanlıqları, boru istehsalı, presləmə və çəkmə üsulları.

  8. 8.
    Sərbəst döymə prosesinin mahiyyəti, əməliyyatları və avadanlıqları. Qızmar həcmi və təbəqə ştamplama prosesiMühazirə

    Döymə üsulları, avadanlıqlar və ştamplama texnologiyası.

  9. 9.
    Tökük istehsalının mahiyyəti. Qəlib materialları. Qəlibin əl ilə və maşınla hazırlanma texnologiyasıMühazirə

    Tökmə prosesləri, qəlib materialları və formalaşdırma üsulları.

  10. 10.
    Qaynaq istehsalının ümumi xarakteristikası. Qaynaq birləşməsi. Əl ilə və avtomatik elektrik qövs qaynağıMühazirə

    Qaynağın əsasları, əl və avtomatik qövs qaynağı texnologiyası.

  11. 11.
    Qazla qaynaq və qazla kəsmə. Qaz qaynağında alovun xarakteristikası və istifadə olunan avadanlıqlarMühazirə

    Qazla birləşdirmə və kəsmə, alov növləri və avadanlıqlar.

  12. 12.
    Kontakt qaynağı və onun növləri. Mütərəqqi qaynaq üsullarıMühazirə

    Kontakt qaynağının növləri və müasir qaynaq texnologiyaları.

  13. 13.
    Metalların kəsmə yolu ilə emal edilməsi üsulları və emal sxemləri. Kəskilər və onların həndəsi parametrləri. Kəsmə prosesinin parametrləri və kəskiyə təsir edən qüvvələrMühazirə

    Kəsmə prosesinin nəzəriyyəsi, alətlərin həndəsəsi və qüvvə analizi.

  14. 14.
    Metalkəsən dəzgahların təsnifatı. Torna və deşmə dəzgahları, onlarda görülən işlərMühazirə

    Dəzgah təsnifatı, torna və deşmə əməliyyatlarının mahiyyəti.

  15. 15.
    Kompozisiya materiallarının təsnifatı və onlardan məmulatların alınması texnologiyasıMühazirə

    Kompozit materialların növləri və istehsal üsulları.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5