Fənn · Sistemlər mühəndisliyi
Azərbaycan dilində işgüzar və akademik kommunikasiyaCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-54861• FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-61459• FTN2: İxtisas üzrə işgüzar üslubun leksik, qrammatik və sintaktik xüsusiyyətləri müəyyənləşdirilir və müxtəlif kommunikativ situasiyalarda düzgün tətbiq edilir. Peşəkar fəaliyyətə uyğun şifahi və yazılı kommunikasiya vasitələrindən, peşə etikası və etiket normalarından səmərəli istifadə bacarığı formalaşdırılır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-38070• FTN3: İxtisas üzrə işgüzar ünsiyyətin informasiya mübadiləsi funksiyası və əsas kommunikativ prinsipləri mənimsənilir və praktik kommunikasiya prosesində tətbiq edilir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, sistemlər mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 2
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını, sosial və ekoloji məsuliyyət prinsiplərini mühəndislik fəaliyyətində nəzərə almaq bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 3
İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, diferensial tənliklər, xətti cəbr, ehtimal nəzəriyyəsi, riyazi statistika, alqoritmləşdirmə, proqramlaşdırma, fizika və kimya üzrə bilikləri sistemlər mühəndisliyi sahəsində texniki və idarəetmə məsələlərinin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, simulyasiya və məlumatların təhlili bacarıqlarına malik olur.
Bu fənndən töhfə yoxdur
PLO 4
Sosial-texniki, istehsalat, təşkilati və mürəkkəb mühəndis sistemlərinin layihələndirilməsi, idarə edilməsi və inkişaf strategiyalarının hazırlanmasında iştirak etmək; sistemlərin məqsədlərini, funksiyalarını, tələblərini, iyerarxik quruluşunu, elementlərarası qarşılıqlı əlaqələrini, tətbiq məhdudiyyətlərini və səmərəlilik meyarlarını müəyyən etmək; sistemlərin təhlili, layihələndirilməsi, optimallaşdırılması və dəyişikliklərin idarə olunması proseslərində sistemli yanaşma, prosesli yanaşma və mühəndis metodlarından istifadə etmək; informasiya texnologiyaları, modelləşdirmə vasitələri və idarəetmə sistemləri əsasında texniki və təşkilati problemləri təhlil etmək, müxtəlif səviyyəli sistemlər arasında əlaqələri müəyyənləşdirmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 5
Riyazi modelləşdirmə, simulyasiya, əməliyyatların tədqiqi, ehtimal nəzəriyyəsi, riyazi statistika, sistemli analiz və idarəetmə qərarlarının qəbulu metodlarından istifadə etməklə sosial-texniki, istehsalat, texniki və təşkilati sistemlərin fəaliyyətini təhlil etmək; mürəkkəb sistemlərdə baş verən prosesləri modelləşdirmək, sistemin əsas elementlərini və onlar arasındakı qarşılıqlı əlaqələri müəyyən etmək; risk, qeyri-müəyyənlik, etibarlılıq, texniki-iqtisadi səmərəlilik, resurs təminatı, zaman məhdudiyyətləri və keyfiyyət göstəriciləri nəzərə alınmaqla alternativ həll yollarını müqayisə etmək; Matlab/Simulink və digər müasir informasiya texnologiyalarından istifadə etməklə imitasiya modelləri qurmaq, nəticələri təhlil etmək, proqnozlaşdırma aparmaq və əsaslandırılmış idarəetmə qərarları qəbul etmək bacarıqlarına malik olur.
Bu fənndən töhfə yoxdur
PLO 6
Sosial-texniki sistemlərin layihələndirilməsi, idarə edilməsi, inkişaf etdirilməsi, dəyişikliklərin idarə olunması, istismarı və təkmilləşdirilməsi proseslərində iştirak etmək; rabitə vasitələri, idarəetmə sistemləri, logistika, metrologiya, standartlaşdırma, sertifikatlaşdırma, elektrotexnika, elektronika, mühəndis qrafikası və mühəndis hazırlığı üzrə bilikləri sistemlərin idarə olunması və texniki proseslərin təşkili zamanı tətbiq etmək; istehsalın təşkili və planlaşdırılması, layihələrin idarə edilməsi, resurslardan səmərəli istifadə, komanda işinin təşkili, konfliktlərin həlli, təhlükəsizlik və ekoloji tələblərə riayət olunması sahəsində qərarlar qəbul etmək; normativ-texniki sənədlər, standartlar, texniki hesabatlar və layihə sənədləri ilə işləmək, sistemin mövcud vəziyyətini qiymətləndirmək və onun təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur