Fənn · Sistemlər mühəndisliyi
Azərbaycan tarixiCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-25607• FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-70491• FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-60333• FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 4CLO-57480• FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 5CLO-53879• FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, sistemlər mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 2
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını, sosial və ekoloji məsuliyyət prinsiplərini mühəndislik fəaliyyətində nəzərə almaq bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 3
İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, diferensial tənliklər, xətti cəbr, ehtimal nəzəriyyəsi, riyazi statistika, alqoritmləşdirmə, proqramlaşdırma, fizika və kimya üzrə bilikləri sistemlər mühəndisliyi sahəsində texniki və idarəetmə məsələlərinin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, simulyasiya və məlumatların təhlili bacarıqlarına malik olur.
Bu fənndən töhfə yoxdur
PLO 4
Sosial-texniki, istehsalat, təşkilati və mürəkkəb mühəndis sistemlərinin layihələndirilməsi, idarə edilməsi və inkişaf strategiyalarının hazırlanmasında iştirak etmək; sistemlərin məqsədlərini, funksiyalarını, tələblərini, iyerarxik quruluşunu, elementlərarası qarşılıqlı əlaqələrini, tətbiq məhdudiyyətlərini və səmərəlilik meyarlarını müəyyən etmək; sistemlərin təhlili, layihələndirilməsi, optimallaşdırılması və dəyişikliklərin idarə olunması proseslərində sistemli yanaşma, prosesli yanaşma və mühəndis metodlarından istifadə etmək; informasiya texnologiyaları, modelləşdirmə vasitələri və idarəetmə sistemləri əsasında texniki və təşkilati problemləri təhlil etmək, müxtəlif səviyyəli sistemlər arasında əlaqələri müəyyənləşdirmək bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur
PLO 5
Riyazi modelləşdirmə, simulyasiya, əməliyyatların tədqiqi, ehtimal nəzəriyyəsi, riyazi statistika, sistemli analiz və idarəetmə qərarlarının qəbulu metodlarından istifadə etməklə sosial-texniki, istehsalat, texniki və təşkilati sistemlərin fəaliyyətini təhlil etmək; mürəkkəb sistemlərdə baş verən prosesləri modelləşdirmək, sistemin əsas elementlərini və onlar arasındakı qarşılıqlı əlaqələri müəyyən etmək; risk, qeyri-müəyyənlik, etibarlılıq, texniki-iqtisadi səmərəlilik, resurs təminatı, zaman məhdudiyyətləri və keyfiyyət göstəriciləri nəzərə alınmaqla alternativ həll yollarını müqayisə etmək; Matlab/Simulink və digər müasir informasiya texnologiyalarından istifadə etməklə imitasiya modelləri qurmaq, nəticələri təhlil etmək, proqnozlaşdırma aparmaq və əsaslandırılmış idarəetmə qərarları qəbul etmək bacarıqlarına malik olur.
Bu fənndən töhfə yoxdur
PLO 6
Sosial-texniki sistemlərin layihələndirilməsi, idarə edilməsi, inkişaf etdirilməsi, dəyişikliklərin idarə olunması, istismarı və təkmilləşdirilməsi proseslərində iştirak etmək; rabitə vasitələri, idarəetmə sistemləri, logistika, metrologiya, standartlaşdırma, sertifikatlaşdırma, elektrotexnika, elektronika, mühəndis qrafikası və mühəndis hazırlığı üzrə bilikləri sistemlərin idarə olunması və texniki proseslərin təşkili zamanı tətbiq etmək; istehsalın təşkili və planlaşdırılması, layihələrin idarə edilməsi, resurslardan səmərəli istifadə, komanda işinin təşkili, konfliktlərin həlli, təhlükəsizlik və ekoloji tələblərə riayət olunması sahəsində qərarlar qəbul etmək; normativ-texniki sənədlər, standartlar, texniki hesabatlar və layihə sənədləri ilə işləmək, sistemin mövcud vəziyyətini qiymətləndirmək və onun təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq bacarıqlarına yiyələnir.
Bu fənndən töhfə yoxdur