Fənn · Silah və silah sistemləri mühəndisliyi
Fəlsəfə
Fənn haqqında
Kredit
3
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
2025/2026
Fənnin təsviri
Azərbaycanın gələcəyi xeyli dərəcədə burada fəaliyyət göstərən yüksək ixtisaslı kadrların, səriştəli mütəxəssislərin hazırlanmasından asılı olacaqdır. Hazırladığımız mütəxəssislər öz ixtisasına dərindən yiyələnməklə yanaşı, həm də görüş dairəsinə malik olmalı, xalqımızın mədəniyyətini dərindən mənimsəməli, onu yüksək səviyyədə təmsil etməyi bacarmalı, ümümbəşəri və milli-mənəvi dəyərlərə yiyələnərək öz əməli fəaliyyətində onları rəhbər tutmalıdır. Gələcək mütəxəssislərdə bu keyfiyyətləri formalaşdırmağın yollarından biri də onların görüş dairələrini genişləndirməkdir. Bunun üçün onları fəlsəfi biliklərə qovuşdurmaq lazımdır. Bu baxımdan tələbələrdə gerçəkliyin, dünya tarixi-mədəni prosesin, insan həyatının fəlsəfi dərkinə marağın inkişaf etdirilməsi “Fəlsəfə” fənninin hədəflərindəndir.
Fənn təlim nəticələri
CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.