Ümumi məlumat
- Fənn kodu
- IF-3930yXTT
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə-45,laboratoriya -30
- Auditoriyadan kənar saatlar
- TSİ- 105, MRTSİ-30
Fənn haqqında
«Mühəndis qrafikası və dizayn» fənni – mühəndis qrafikası və dizaynının bütün bölmələrini və Mühəndis qrafikası və dizaynın əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ixtisas fənlərdən biridir. «Mühəndis qrafikası və dizayn»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə sənayedə istifadə olunan texniki vasitələrin, o cümlədən, onların quruluşlarına daxil olan hissələrin, birləşmələrin, sxemlərin, yığımların 3D modellənməsi və ikiölçülü müstəvi üzərində cizgilərin çəkilməsi, hesablanması, emalı, redaktəsi, çapı və s. ilə məşğul olan sahədir. «Mühəndis qrafikası və dizayn» mühəndis-texniki təhsilin formalaşması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. (M)Mühazirə
- 2.AutoCAD proqramında qatlar. Draw lövhəsinin bəzi əmrləri.(M)Mühazirə
- 3.AutoCAD proqramında obyektlərin seçilməsi üsulları. Modify (redaktəetmə) lövhəsinin bəzi əmrləri. (M)Mühazirə
- 4.AutoCAD proqramında ölçülərin qoyulması və stillər.(M)Mühazirə
- 5.Mühəndis qrafikası və dizaynnın predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. (M)Mühazirə
- 6.Həndəsi qurmalar.İki düz xəttin, düz xətlə çevrənin və iki çevrənin qovuşması. Maillik və konusluq.(M)Mühazirə
- 7.Ortoqonal proeksiyalama metodu. Nöqtənin iki və üç proeksiya müstəvisinə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi halları.(M)Mühazirə
- 8.Düz xəttin proyeksiyaları. Düz xəttin xüsusi halları. Nöqtənin düz xəttə mənsub olması. Düz xəttin izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri. (M)Mühazirə
- 9.Müstəvinin verilmə üsulları. Nöqtə və düz xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal).(M)Mühazirə
- 10.Çoxüzlülərin və Fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və düz xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(M)Mühazirə
- 11.AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri.(M).Mühazirə
- 12.AutoCAD proqramında materiallar, teksturalar, işıq effekti, kameranın tətbiqilə üçölçülü realistik görünüşlərin alınması, faylda saxlanması.(M)Mühazirə
- 13.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Modelin verilmiş iki görünüşünə görə üçüncü görünüşün və lazımı kəsiklərinin verilməsi.(M)Mühazirə
- 14.Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası.Aksonometrik proyeksiyalar haqqında.(M)Mühazirə
- 15.Detal birləşmələri haqqında ümumi məlumat. Söküləbilən birləşmələr. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. (M)Mühazirə
- 16.Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Bolt birləşməsinin hesablanması və çəkilməsi.(M)Mühazirə
- 17.Söküləbilməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri. (M)Mühazirə
- 18.Auto CAD proqramında blokların yaradılması və redaktəsi. Bloklardan istifadə etməklə elektrik sxeminin tərtibi.(M)Mühazirə
- 19.Eskizlər və işçi çertyojlar. Naturadan verilmiş detalın eskizinin çəkilməsi.(M)Mühazirə
- 20.Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)Mühazirə
- 21.AutoCAD proqramında 3D modeldən İnventor əlavəsinin tətbiqilə avtomatik 2D cizgilərin alınması.(M)Mühazirə
- 22.AutoCAD proqramında 3D modeldən İnventor əlavəsinin tətbiqilə avtomatik 2D cizgilərin alınması və çapı.(M)Mühazirə
- 23.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsasyazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
- 24.LAB № 2. AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. AutoCAD proqramında qatlar. Draw lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında obyektlərin seçilməsi üsulları. Modify (redaktəetmə) lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında ölçülərin qoyulması və stillər. Sadə konturların çəkilməsi.(L)Laboratoriya
- 25.LAB № 2. Sadə konturların çəkilməsi.(L)Laboratoriya
- 26.LAB № 3. Koordinatları ilə verilmiş nöqtənin hər üç proeksiyasının və fəzadakı əyani təsvirinin qurulması.(L)Laboratoriya
- 27.LAB. №3. Laboratoriya işinin yerinə yetirilməsi. (L)Laboratoriya
- 28.LAB. №4. Fəza fiquru ilə xüsusi halda verimiş müstəvinin kəsişməsinin qurulması.(L)Laboratoriya
- 29.LAB. №5. AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri. AutoCAD proqramında materiallar, teksturalar, işıq effekti, kameranın tətbiqilə üçölçülü realistik görünüşlərin alınması, faylda saxlanması. Verilmiş 2D modelə görə 3D modelin qurulması və İnventor əlavəsindən istifadə etməklə görünüşlər və kəsiklərin verilməsi. (L)Laboratoriya
- 30.LAB. №6. Naturadan verilmiş detalın 3D modelinin qurulması və relistik təsvirinin alınmsı.(L)Laboratoriya
- 31.LAB. №7. Bloklar. Parametrik cizgilər. Bloklardan istifadə etməklə parametrik boltun çəkilməsi.(L)Laboratoriya
- 32.LAB. №8. Söküləbilən detallardan ibarət birləşmələrin cizgiləri və üçölçülü modellərinin qurulması (Bolt birləşməsi).(L)Laboratoriya
- 33.LAB. №9. Blok kimi faylda saxlanmış prinsipial elektrik sxeminin qrafiki elementlərindən istifadə etməklə onun tərtibi.(L).Laboratoriya
- 34.LAB. №10. Yığımın ümumi görünüş cizgisindən detalların hissələrə ayrılmsı, 3D modeli, cizgisi və çapı.(L)Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |